Azərbaycan


Yoxsulluq və infrastruktura çıxıĢ imkanı



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə80/252
tarix25.12.2016
ölçüsü3,44 Mb.
#3305
1   ...   76   77   78   79   80   81   82   83   ...   252
Yoxsulluq və infrastruktura çıxıĢ imkanı  
 
3.11
 
Azərbaycan  üçün  ölkə  üzrə  iqtisadi  memorandum  (2009)  hesabatında  qeyd  olunur  ki, 
1990-cı  illərin  ortalarından  baĢlayaraq  Azərbaycanda  ictimai  infrastrukturun  keyfiyyətinin  aĢağı 
olması  inkiĢafa  mənfi  təsir  göstərən  amillərdən  biri  olmuĢdur.  Ġctimai  infrastrukturun  zəif 
olmasının  iqtisadiyyatın  digər  sahələrinə  mənfi  təsir  göstərdiyini  nəzərə  alan  Azərbaycan 
hökuməti  bu  sektorun  inkiĢaf  etdirilməsini  özünün  əsas  prioritet  istiqaməti  kimi  qəbul  etmiĢdir. 
Hesabatda, xüsusilə Bakıdan kənar ərazilərdə su təchizatı sisteminin etibarlı olmadığı vurğulanır. 
Hökumət investisiya qoyuluĢlarının həcmini getdikcə artırır və 2006-cı ildən baĢlayaraq artan neft 
gəlirlərindən  istifadə  etməklə  dövlət  investisiyalarını  üç  dəfə  yüksəltmiĢdir.  Bu  investisiyalar 
nəticəsində  ölkə  üzrə  ictimai  xidmətlərin  keyfiyyətinin  və  onlara  çıxıĢ  imkanının  əhəmiyyətli 
dərəcədə  yaxĢılaĢacağı  və  kənd  ərazilərində  təkcə  ev  təsərrüfatlarının  yaĢayıĢ  Ģəraitinin  deyil, 
həmçinin,  ərzaq  məhsullarının  emalı,  yüngül  və  digər  sənaye  sahələrinin  inkiĢaf  edəcəyi 
gözlənilir.    
 


49 
 
3.12
 
2008-ci  il  üzrə  YSQS  məlumatları  ictimai  xidmətlərə  və  infrastruktura  çıxıĢ  imkanının, 
onların keyfiyyətinin və davamlılığının qiymətləndirilməsi üçün imkan yaradır. Biz, su, istisi su, 
istilik,  kanalizasiya,  tibbi  və  təhsil  xidmətləri  kimi  ən  zəruri  ictimai  xidmətlərə  çıxıĢ  imkanını, 
onların  keyfiyyətini  və  davamlılığını  nəzərdən  keçiririk.  Mövcud  məlumatlar  Azərbaycanda 
yoxsul  əhalinin  əksər  hissəsinin  zəruri  ictimai  xidmətlərə  zəif  çıxıĢ  imkanına  malik  olduğunu 
aĢkar etmiĢdir (Diaqram 3-7). Əhalinin ən yoxsul 20%-inin (bu yoxsulluq göstəricisinə təqribən 
yaxın bir rəqəmdir) isti su təchizatına çıxıĢ imkanı  məhduddur və bu 20% təĢkil edir. Hətta  ən 
varlı  20%  üçün  çıxıĢ  imkanı  50%-dən  aĢağıdır.  Ən  yoxsul  əhali  qrupu  istilik  mənbəyi  kimi 
oduncaqdan  istifadə  etdiyi  halda,  varlı  Ģəxslər  qızdırıcı  qismində  elektrik  enerjisindən  daha  çox 
istifadə edirlər.   
  
 

Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin