Ötən bir neçə il ərzində Azərbaycanda kifayət qədər böyük iqtisadi artım müĢahidə
edilmiĢ və əhalinin müxtəlif qrupları üzrə bölgünün nəticələri əhəmiyyətli olmuĢdur. Lakin,
müvafiq məlumatın olmadığına görə gəlirlərin bölüĢdürülməsi böyük mənada qeyri-müəyyən
olaraq qalır. Ölkədə yoxsulluğun təhlili üçün yeganə məlumat mənbəyi olan AEBM Cini əmsalı
ilə ölçülən bərabərsizlik sahəsində aĢağı göstəricilər müəyyən etmiĢdir. Məsələn, məlumatların
mövcid olduğu son bir neçə il üzrə (2002, 2003, 2004 və 2005) istehlak xərclərinin Cini əmsalı
16-18 faiz civarında olmuĢdur. Bu bütün ölkələrdə müĢahidə edilən ən aĢağı göstəricilərdən
biridir. Bir sıra amilləri nəzərə alaraq Azərbaycanın ən bərabər ölkə olması ehtimalı isə azdır
(Ersado 2007). Azərbaycan keçmiĢ kommunist ölkəsidir və böyük neft ixracatçısıdır. Hər iki
amil bərabərsizlik anlayıĢı ilə geniĢ Ģəkildə əlaqəlidir. KeçmiĢ kommunist ölkələri xüsusilə,
keçmiĢ Sovet Ġttifaqı respublikaları demək olar ki, iqtisadiyyatın bütün sahələrində köklü
dəyiĢikliklər ilə üzləĢmiĢ və bərabərsizlik səviyyəsi kifayət qədər artmıĢdır.
11
Bir tərəfdən
iqtisadiyyatın liberallaĢdırılması və özəlləĢdirilməsi, eləcə də, daha yüksək ödəniĢli iĢçi qüvəsinin
meydana çıxması, digər tərəfdən isə iĢsizlərin mövcud olması bir qayda olaraq bərabərsizliyin
artması ilə müĢahidə edilir (bax: Milanoviç və Ersada 2008). Eyni zamanda, neft hasil edən
ölkələrdə bərabərsizlik səviyyəsi adətən yüksək olur.
12
4.2
Bu bölmənin məqsədi Azərbaycanda bərabərsizliyin səviyyəsini və meyllərini təhlil
etməkdən ibarətdir. Əvvəllər də qeyd edildiyi kimi indiyə qədər mövcud olan empirik məlumatlar
səbəb amillərini və ya Azərbaycanda bərabərsizliyin səviyyəsini müəyyən etməmiĢdir.
Bərabərsizlik üzrə müfəssəl təhlillərin aparılması üçün dəqiq məlumat bazası və bərabərsizliyin
müəyyən edilməsi tələb olunur. 2008-ci ilin yanvar-aprel aylarında həyata keçirilən
Azərbaycanda YaĢayıĢ Səviyyəsinin Qiymətləndirilməsi Sorğusunun nəticələrinə Azərbaycanda
mövcud olan bərabərsizlik səviyyəsini qiymətləndirməyə imkan verən dəyərli məlumatlar təmin
edir.
11
Bu ədəbiyyat böyük həcmlidir. Biz, yalnız Milanoviçin (1998, 1999), Mitra və Yemtsovun (2006),
ĠvaĢçenkonun (2002), Giammatteonun (2006), Sukiassyanın (2007) və Dünya Bankının Avropa və Mərkəzi
Asiyada yoxsulluq və bərabərsizlik üzrə iki geniĢ hesabatının (Dünya Bankı 2000 və 2005) adlarını
çəkmiĢik .
12
Məsələn, 2000-ci ildə Anqolada Cini əmsalı 40, Qabonda 41, Nigeriyada 49, və Venesuelada 48
(göstəricilər Dünyada Gəlir Bölgüsü məlumat bazasına əsaslanır).