9
ÖN SÖZ
Azərbaycan Hökuməti ilə (AH) Dünya Bankı arasında məlumatların toplanılması və yoxsulluğun
təhlili sahəsində ölkənin potensialının gücləndirilməsi məqsədini daĢıyan yoxsulluğun monitorinqi və
bilik mübadiləsi sahəsində çoxillik əməkdaĢlıq ənənələri mövcuddur.
Azərbaycan: Yaşayış
səviyyəsinin qiymətləndirilməsinə dair hesabatı bu qəbildən olan əməkdaĢlığın ən son bariz
nümunəsidir. Sözügedən hesabat Azərbaycanda Yoxsulluğun Proqramatik Qiymətləndirilməsi
(FY08–FY10) layihəsi çərçivəsində üç il müddətinə həyata keçirilən iĢlərin əsas nəticəsidir.
Sözügedən layihənin komponentlərinə ölkə üzrə ev təsərrüfatlarının reprezentativ sorğusu, ünvanlı
sosial yardım (ÜSY) proqramlarının monitorinqi və qiymətləndirilməsi, texniki yardım və potensialın
artırılması, eləcə də, AH-nin tərəfdaĢları ilə birgə həyata keçirilən təhlillər daxildir.
2008-ci il üzrə YaĢayıĢ Səviyyəsinin Qiymətləndirilməsi Sorğusu (YSQS) Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (ƏƏSMN), Dövlət Statistika Komitəsi (DSK) və Azərbaycanın ÜSY
proqramının monitorinqi və qiymətləndirilməsi (M&Q) məqsədilə yaradılan iĢçi qrupuna daxil olan
digər müvafiq dövlət qurumlarının təmsilçiləri ilə birgə həyata keçirilmiĢdir. Monitorinq və
Qiymətləndirmə 2006-cı ilin ortalarından etibarən daha yoxsul və həssas ev təsərrüfatlarına maddi
yardım etmək məqsədilə tətbiq olunmağa baĢlanan ÜSY proqramlarının hazırlanması və həyata
keçirilməsi komponentinin ayrılmaz tərkib hissəsidir. ÜSY proqramını idarə edən ƏƏSMN Dünya
Bankının texniki yardımı ilə YSQS 2008 layihəsinin maliyyələĢdirilməsində və həyata
keçirilməsində
mühüm rol oynamıĢdır. Qaçqın və Məcburi Köçkünlərin ĠĢləri üzrə Dövlət Komitəsi böyük və həssas
qrup olan məcburi köçkünlər arasında seçmə iĢləri aparmaq üçün onların ümumi siyahısını təqdim
etmiĢdir.
Yeni yerli sorğu Ģirkəti tərəfindən Dünya Bankının texniki dəstəyi və potensialın artırılması səyləri
ilə həyata keçirilən və çoxsaylı keyfiyyət-nəzarət tədbirlərini əhatə edən
YSQS
2008 sorğusu cari
hesabatda istifadə edilən məlumatların əsas mənbəyidir.
YSQS
2008 Azərbaycanda Ev
Təsərrüfatlarının Büdcə Müayinəsi (AEBM) sorğusu (il üzrə) üçün əlavə informasiya və alternativ
məlumat mənbəyi rolunda çıxıĢ edir. Lakin, YSQS 2008 bir sıra mühüm amillər baxımından AEBM-
dən fərqlənir ki, bu da iki mənbə arasında məlumatların dəqiq Ģəkildə müqayisə edilməsinə mane ola
bilər. AEBM il üzrə həyata keçirildiyi halda, YSQY 2008-ci ilin yalnız birinci rübünü əhatə edir.
Ġstehlakın strukturunda, qiymətlərdə və gəlir imkanlarındakı mövsümü fərqlər əhəmiyyətli dərəcədə
ola bilər.
Bu hesabatda 2001-ci ildən etibarən yoxsulluq və bərabərsizlik nəzərdən keçirilir və artım ilə
yoxsulluq meylləri arasında əlaqələr qiymətləndirilir. Hesabat AH-nin ünvanlı sosial yardım
proqramının təsirini dəyərləndirir və proqramın nəzərdə tutulan benefisiarları nə dərəcədə əhatə
etməsinə və onların həyat səviyyəsinin yaxĢılaĢdırmasına dair birbaĢa məlumatlar təqdim edir. Eyni
zamanda, hesabatda yoxsulluq ilə təhsil, səhiyyə, sosial müdafiə və əmək bazarında həyata keçirilən
sosial siyasətlər arasında əlaqələr ətraflı Ģəkildə nəzərdən keçirilir və yoxsul və həssas əhali qrupunun
daha geniĢ inteqrasiyası üçün müvafiq tövsiyələr təqdim olunur. ġəhər və kənd əraziləri, eləcə də,
məcburi köçkün və ümumi əhali arasında fərqlərə xüsusi diqqət yetirilir. Hesabatda, həmçinin, qlobal
maliyyə böhranının yoxsulluğa təsiri qiymətləndirilir. YSQS qlobal maliyyə böhranını baĢlamasından
dərhal sonra həyata keçirildiyi üçün müvafiq məlumatlar və hesabat böhranın təsirinin
qiymətləndirilməsi baxımından baza göstərici rolunu oynaya bilər.
Həyat Ģəraitinin müxtəlif tərəflərini əhatə edən hesabatın nəticələri hərtərəfli, diversifikasiyalı və
qlobal miqyasda rəqabət qabiliyyətinə malik bazar iqtisadiyyatının yaradılması ilə bağlı
Azərbaycanın ambisiyalı məqsədi ilə əhəmiyyətli əlaqəyə malikdir. Nəticələr, qlobal maliyyə
böhranından sonrakı dövrdə xüsusi önəm kəsb edir. Belə ki, Azərbaycanın hazırkı vəziyyəti neft