Azərbaycanda yoxsulluq ilə təhsil arasında aydın əlaqə mövcuddur. Ölkə perspektivi
baxımından səriĢtəli insan kapitalının çatıĢmaması Azərbaycanın rəqabət qabiliyyətini aĢağı salır
və məhsuldarlığın artırılmasında rol oynayan elm və innovasiyaların inkiĢafını məhdudlaĢdırır.
Fərdi baxımdan isə, təhsilin olmaması yoxsulluğu yaradan əsas amillərdən biridir. Fərdi
səviyyədə mövcud olan bu cür güclü əlaqələr müxtəlif təhsil səviyyələrinə malik Ģəxslərdən ibarət
istehlak qrupları arasında müĢahidə olunan böyük fərqlərdə özünü büruzə verir. Məsələn, Cədvəl
5-2-də ailə baĢçısının ali təhsilə malik olduğu ev təsərrüfatlarının ən çoxu əsas təhsil pilləsinə
malik olan ailə baĢçısının olduğu ev təsərrüfatları ilə müqayisədə orta hesabla adambaĢına 25%
daha çox istehlak etdiyini göstərir.