qiymətləndirilməsində mütləq fərqlər mövcuddur (Diaqram 6-3). Ən varlı kvintildəki
respondentlər ən yoxsul kvintildəkilərdən 2.5 dəfə artıq sağlamlıq vəziyyətlərinin yaxĢı olduğunu
bildirmiĢlər, yoxsullar isə əksinə, varlılardan 2.5 dəfə artıq sağlamlıq vəziyyətlərinin pis olduğunu
bildirmiĢlər. Bu cavablar rifahın subyektiv qavranılmasıdır və onlarda bəzi xətalar olsa da səhiyyə
ədəbiyyatında göstərilir ki, bu, ölüm hallarının nəzərə çarpan proqnoz verəni və hazırkı xəstəlik
və tibbi xidmətlərdən istifadə göstəricilərinə nisbətən sağlamlıq vəziyyətinin ölçülməsi üçün daha
etibarlı vasitədir (Qertler və baĢqaları, 2000-ci il). DSS sağlamlıq vəziyyətinin daha obyektiv
göstəriciləri, o cümlədən qadın və uĢaqlar arasında anemiya və aĢağı yaĢa görə boy göstəriciləri
ilə bağlı əhəmiyyətli xəta aĢkar etmiĢdir (DSS, 2006-cı il). Bu nəticələr Azərbaycanın səhiyyə
sektorunda mühüm bir təkmilləĢdirmə sahəsinə iĢarə edir.