güclü sübutlar var.Səhiyyə üzrə ġX həm ümumi istehlak, həm də beynəlxalq standartlar üzrə
ölçüldükdə yüksəkdir. Növbəti bölmədə bəzi əlaqədar siyasət məsələlərinə baxılır.
B. Xülasə və siyasət məsələləri
6.35
Əvvəlki bölmələrdə Azərbaycanın səhiyyə sektorunda nəzərəçarpan bərabərsizliklərin olduğu müəyyənləşdirildi.Əsas nəticələrə varlı və yoxsullar arasında sağlamlıq vəziyyətinin
əhəmiyyətli bərabərsizliyini, həmçinin yüksək nağd ödəniĢlərdən (ġX) maliyyə müdafiəsinin
olmamasını aid etmək olar. YoxsullaĢma və faciəvi səhiyyə xərcləri dünyada ən yüksək olanlar
sırasındadır. Nəticələr vacib siyasət gündəliyinin olmasını nəzərdə tutur və əlbəttə ki, siyasi mühit
sürətlə inkiĢaf edir – yeni müavinət paketi hazırlanmaqdadır, digər gözlənilən məsələlər arasında
isə yeni gəlir mənbələrinin miqyası hələ baĢa çatdırılmamıĢdır. Siyasət istiqamətləri və onların
çətinlikləri haqqında daha aydın nəticələr çıxarmaq üçün daha çox zaman və məlumat tələb
olunacaqdır. Biz burada əsas məsələlər barəsində yalnız bəzi ilkin baxıĢları əks etdiririk.