Azərbaycan


hamarlanması  məqsədinə  xidmət  edir



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə220/252
tarix25.12.2016
ölçüsü3,44 Mb.
#3305
1   ...   216   217   218   219   220   221   222   223   ...   252
hamarlanması  məqsədinə  xidmət  edir.  Təqribən  iki  illik  intensiv  hazırlıqdan,  o  cümlədən  vəsaitlərin 
qiymətləndirilməsi  üzrə  ünvanlılıq  mexanizmi  hazırlandıqdan,  inzibati  proseduralar  qurulduqdan, 
müvafiq  qanun  və  bir  sıra  inzibati  qərarlar  qəbul  edildikdən,  iĢçilər  cəlb  olunduqdan  və 
təlimləndirildikdən,  müəssisələr  bərpa  edildikdən,  ev  təsərrüfatlarının  qeydə  alınması  üçün 
avtomatlaĢdırılmıĢ  Ġdarəetmə  Ġnformasiya  Sistemi  (ĠĠS)  iĢlənib-hazırlandıqdan,  intensiv  ictimai 
məlumatlandırma  kampaniyası  hazırlanıb  həyata  keçirildikdən  və  proqramın  əvvəlində  müavinət  üçün 
müraciət  etmiĢ  60000  ev  təsərrüfatı  yoxlanıldıqdan  sonra,  2006-cı  ilin  ortalarında  ÜSY  həyata 
keçirilməyə baĢlamıĢdır. ÜSY gəlir metodu əsasında ünvanlanan və təcrübədə ünvanlılığının qeyri-təkmil 
olması aĢkar edilmiĢ bəzi uĢaq müavinətlərini əvəz etmiĢdir. Bütün ev təsərrüfatları, o cümlədən məcburi 
köçkün (MK) ev təsərrüfatları və leqal miqrantların ev təsərrüfatları ÜSY üçün müraciət etmək hüququna 
malikdirlər.  Əgər  onların  ailədə  bütün  mənbələrdən,  o  cümlədən  Ģəxsi  istehlak  üçün  olan  istehsaldan 
adambaĢına  gəlirləri  əvvəlcədən  müəyyən  edilmiĢ  həddən  (hazırda  ayda  60  AZN  –  orta  aylıq  əmək 
haqqının  təqribən  20  faizi)  aĢağıdırsa,  onlar  müavinət  almaq  hüququ  əldə  edirlər.  Müavinət  ailənin 
qiymətləndirilən  adambaĢına  gəliri  ilə  hədd  arasındakı  fərq  kimi  hesablanır.  ÜSY  həyata  keçirilməyə 
baĢladığı  andan  həm  əhatə  dairəsi,  həm  də  müavinətin  məbləği  baxımından  əhəmiyyətli  dərəcədə 
geniĢlənmiĢdir.  Əhatə  dairəsi  2008-ci  ilin  ikinci  yarısında  iki  dəfədən  çox  geniĢlənmiĢdir  və  beləliklə, 
2009-cu ilin əvvəlində 165461 ev təsərrüfatının 760000 üzvü (əhalinin 9.2 faizi) ÜSY almıĢdır; ÜSY alan 
hər  ev  təsərrüfatı  üzrə  orta  aylıq  ÜSY-nin  məbləği  100.3  AZN  olmuĢdur.  2008-ci  ildə  ÜSY-ə  ayrılmıĢ 
büdcə 127 milyon AZN, yaxud ÜDM-in 0.36 faizi həcmində olmuĢdur. 2009-cu ilin büdcəsi 210 milyon 
AZN-ə qədər artırılmıĢdır. 

Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin