-Komendant üsul idarəsi;
-Quberniyalaşdırma – qəza, naiblik;
-Duma modeli
.
1905-ci il inqilabından sonra Çar Rusiyasında demokratik islahatlar başladı. Bu
manifestin nəticəsində Azərbaycanda çoxlu sayda ictimai və siyasi təşkilatlar yarandı.
Amma bu islahatlar Stolıpinin baş nazir olması ilə sona çatdı və irtica dövrü başlandı,
əldə olunan demokratik nailiyyətlər itirildi. Çar Rusiyası dövrünün ən mühüm 2 irsi
bu gün də öz aktuallığını qorumaqdadır:
Ümumiyyətlə, Çar Rusiyası dövründə Azərbaycanda dövlət idarəçiliyi özünün bir
sıra səciyyəvi xüsusiyyətləri ilə seçilmişdir. Belə ki, bu dövrdə xanlar və bəylər
böyük səlahiyyətə malik idilər. Komendant üsul-idarələri yaradılmışdı – bəylərə və
xanlara nəzarət etmək üçün yaradılırdı. 1861-ci ildə Zaqafqaziya Mərkəzi İslahat
Komitəsi Qafqaz Canişinliyi, nezdlər (qəza), quberniyalar, voloslar – kəndlər, bəy
kəndləri – sahibkar kəndliləri, dövlət kəndləri... Əyalətlər 1828-ci ildən etibarən
komendantlar tərəfindən idarə olunurdu, köməkçisi polismeyestr adlanırdı. Təsərrüfat
idarəsi, əyalət xəzinədarlığı idarəsi var idi. 1828-1905-ci illər arası şəhər, məhkəmə,
torpaq islahatları həyata keçirilirdi. Abşeronda neft yataqlarının sənaye üsulu ilə
istismarı milli burjuaziyanın, milli düşüncənin və təsisatların inkişafına əsas yaratdı.
Bunun nəticəsi olaraq inqilabdan sonra Azərbaycanda milli dövlət yarandı. Bu zaman
Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil şəkildə dövlət qulluğu sistemi
formalaşmağa başlamışdır.
Şərqdə ilk müstəqil demokratik dövlətin-Azərbaycan Xalq Cümhuriyyətinin
qurulması ilə ölkəmizdə müstəqil dövlət qulluğu quruculuğu istiqamətində ciddi
addımlar atılmağa başladı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət
qulluğu sahəsində ən önəmli islahat - dövlət qulluqçularının siyasi fəaliyyətini
qadağan edən qanunun qəbulu həlledici oldu. Həmçinin nazirliklərin ştat cədvəlləri
və siyasi məmurluq haqqında parlament qanunları da mövcuddur. Bütün bunlarla
yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət
qulluğu sisteminin formalaşdırılması prosesində beynəlxalq təcrübədən istifadə
edilmişdir. Belə ki, Türkiyə və Fransa dövlət idarəçiliyi sisteminin elementləri Xalq
Cümhuriyyəti dövrünün dövlət idarəçiliyi sistemində əksini tapmışdır. Xüsusilə də
Xalq
Cümhuriyyəti
dövründə
dövlətçiliyin
formalaşmasında
Türkiyə
Cümhuriyyətinin dövlət qulluğu və ya idarəçiliyi sisteminin nəzərəçarpacaq təsiri
olmuşdur. Bu, özünü daha qabarıq şəkildə dövlət qulluğunda differensasiyanın
aparılmasında büruzə vermişdir (Азербайджанская демократическая республика
(1918-1920) 105).
78 Həmdulla Məmmədov
Xalq Cümhuriyyəti dövründə dövlər qulluğu sisteminin daha təkmil səviyyəyə
çatmasını əngəlləyən başlıca məqam dövlət qulluğunun qanunvericilik bazasının
olmamasından ibarət olmuşdur. Tədqiqatlar prosesində gəldiyimiz nəticələr biri də
ondan ibarət olmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət qulluğu
sistemi haqqında təsəvvürlər çox da geniş deyildir. Bu baxımdan, bu sahənin
dərindən öyrənilməsinə ehtiyac vardır.
Sovet İttifaqı dövründə idarəçiliyi və qulluğu altı təməl prinsipə söykənirdi. Bunlar
aşağıdakılardan ibarətdir ( Rehimli 31) :
-xalqın idarəetmədə iştirakı;
-demokratik mərkəzçilik;
-komunist partiyasının liderliyi;
-millətlərin bərabərliyi;
-sosialist qanunçuluğu;
-sosialist planlama.
Sovetlər birliyi dönəmində ümumi kadr siyasəti sistemi mövcud deyildir.
Ümumiyyətlə, qeyd edək ki, dövlət qulluğunun xarakteri baxımından Sovet dövrünün
özünü də 2 dövrə bölmək olar (Восленский 51):
-1920-1922-ci illər – Müstəqil Sovet Sosialist Respublikaları dövrü;
-1922-ci ildən sonra – Müttəfiq Respublikalar dövrü.
Bu dövrdə dövlət qulluğu kommunist partiyanın patronajı altında idi.
Azərbaycanda dövlət idarəçiliyi əyalət xarakterinə malik idi, əyalət mərkəzi Bakı idi.
Həmin dövrdə aparılmış islahatlar nəticəsində Sovet nomenklaturası qurulmuşdu.
Vəzifələrin hər biri üzrə 3 namizəd, həmin namizədlərin də yerinə (hər birinin) 3
namizəd var idi. Hər bir vəzifəli şəxs ondan yüksək vəzifəyə namizəd idi, onun
vəzifəsinə də 3 namizəd var idi. Sovet dövründə Qorbaçovun partiya patronajını ləğv
etmək adı ilə başladığı perestroyka siyasəti keçmiş totalitar rejimə nifrətin ifadə
olunmağına, nəticədə isə SSRİ-nin dağılmasına gətirib çıxardı.1991-ci ildə
müstəqillik əldə etdikdən sonra, ölkəmizdə dövlət qulluğu öz inkişafının ikinci
mərhələsinə qədəm qoymuşdur. Bu məqamda onu da vurğulamaq lazımdır ki,
Azərbaycanda Cümhuriyyət dövrünü də dövlət qulluğunun mövcudluğunun müəyyən
bir mərhələsi kimi qeyd edirlər. Bunun ciddi əsaslarının olduğunu qeyd etmək
lazımdır. Çünki, qısa zaman kəsiyində olsa da, işlək dövlət strukturunun əksər
elementləri yaradılmışdır və bu dövlətin idarə olunması üçün ilkin mərhələdə tam
yetərli hesab oluna bilərdi (Ələkbərova 215).
1991-ci ildə öz müstəqilliyinə qovuşduqdan sonra, Azərbaycanda dövlət qulluğunun
inkişafının prinsipcə tam yeni bir mərhələsi başlamışdır (Rehimli 35).Müstəqilliyinin
elə ilk günlərindən Azərbaycan demokratikləşmə istiqamətində ciddi addımlar
atmışdır. Tamam yeni idarəetmə sistemi formalaşmağa başladı. Bu, artıq tam
müstəqil, özünün inkişaf yolunu, milli maraqlarını müəyyənləşdirmiş dövlətin idarə
olunması sistemi idi. Məhz müstəqillik əldə etdikdən sonra Azərbaycan
Azərbaycanda dövlət qulluğunun formalaşması… 79
Respublikasında dövlət qulluğunun həyata keçirilməsi zamanı istinad olunan
prinsiplər tam formalaşmışdır. 1991-ci ilin oktyabr ayının 18-də qəbul olunmuş
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında
dövlət qulluğunun vacib prinsiplərinin bir qismi öz əksini tapmışdır. Qeyd edək ki,
dövlət qulluğunun konstitusional əsaslarının formalaşmasında 1995-ci ilin noyabr
ayının 12-də qəbul olunmuş Konstitusiyanın həlledici rolu oldu. Bu məqama qədər,
yəni, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunadək sırf dövlət qulluğu
haqqında ayrıca qanunvericilik aktı mövcud deyildi. Lakin, 1995-ci il
konstitusiyasında, qeyd etdiyimiz kimi, dövlət qulluğunun prinsip əsasları öz əksini
tapmışdır. Belə ki, bu konstitusiyanın 55-ci maddəsində xüsusi bir maddə
müəyyənləşmişdir ki, burada vətəndaşların dövlətin idarə olunmasında iştirakı və
dövlət qulluğuna qəbulu ilə bağlı məqamlar yer almışlar (Azərbaycan
Respublikasının konstitusiyası).
Məhz bundan sonra Azərbaycan Respublikasında dövlət qulluğunun real inkişafının
işlək əsasları daha dinamik işlənib hazırlanılmasına başlanılmışdır. Dövlət
qulluğunun həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi diqqət mərkəzinə
keçmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, dövlət qulluğu sisteminin
səmərəliliyinin artırılması istiqamətində ictimaiyyətin gözləntilərinin nəzərə alınması
və dövlət qulluğunun pozitiv imicinin yaradılması məsələlərinə də ciddi diqqət
yetirilməyə başlanmışdır. Bunun ilk mühüm əlamətlərindən biri kimi 1996-cı ildə Ulu
Öndər Heydər Əliyevin imzaladığı sərancamla Hüquqi islahatalar komissiyasının
yaradılmasını göstərmək olar. Bu, müstəqil Azərbaycan Respublikasında digər
sahələrlə yanaşı, həm də dövlət idarəçiliyinin və dövlət qulluğunun normativ-hüquqi
bazasının
formalaşmasının
başlanğıcı
idi.
Dövlət
qulluğu
sisteminin
formalaşdırılması prosesində Azərbaycanın strateji məqsədlərindən biri də ondan
ibarət olmuşdur ki, mövcud beynəlxalq təcrübənin ən qabaqcıl elementlərinə istinad
etməklə bunun anunvericilik bazası təmin edilsin. 1998-ci ilin dekabrında
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “AR-nın dövlət
idarə¬etmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması
haqqında” fərman imzalanmışdır. Fərmanın imzalanmasında konkret məqsəd ölkənin
ümumi inkişafını təmin edəcək dövlət idarəetmə sisteminin formalaşdırılmasından
ibarət idi. Bu istiqamətdə atılması nəzərdə tutulan ən strateji addım təkmil hüquqi
bazanın yaradılmasından ibarət olmuşdur. Bu, həm də təbii ki, dövlət idarəçiliyi
sistemində zamanın reallıqlarına uyğun kompleks islahatların aparılmasını nəzərdə
tuturdu.
Ulu Öndər Heydər Əliyev dövlət idarəçiliyi sistemində islahatların həyata keçirilməsi
məqsədi ilə xüsusi komissiya da yaratmışdır. Tərkibi 17 nəzəfərdən ibarət olan
komissiyaya sədrliyi Heydər Əliyev öz üzərinə götürmüşdür. Bundan sonra
Azərbaycanda dövlət idarəçiliyi və dövlət qulluğu sistemində bütün zəruri islahatların
həyata keçirilməsinə start verilmişdir. Bundan sonra Azərbaycan Respublikasında
dövlət qulluğu sisteminin məxsusi elementlərinin formalaşması prosesi davamlı
xarakter almışdır. Bütün bunlar dövlət qulluğunun səmərəliliyinin artırılmasında
kifayət qədər təsirli addımlar olmuşdur və sonrakı inkişaf üçün zəmin yaratmışdır (
İsmayılov 7). 2000-ci ilin iyul ayının 21-də Heydər Əliyev tərəfindən təsdiq edilmiş
80 Həmdulla Məmmədov
“Dövlət qulluğu haqqında” Aərbaycan Respublikasının Qanunu bu prosesdə xüsusi
dönüş məqamı oldu (Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu
40). Bu qanunun qəbul olunması ilə Azərbaycan Respublikasında dövlət qulluğunun
hüquqi əsaslarının müəyyənləşməsi ilə yanaşı, dövlət qulluqçularının hüquqi
vəziyyəti də qətiləşmişdir. Bununla da Azərbaycanda dövlət qulluğu sisteminin
özünün bütün komponentləri ilə təşəkkür tapmış oldu. Bundan sonrakı addımlar
dövlət qulluğu sisteminin təkmilləşdirilməsinə hesablanmışdır. Hazırkı mərhələdə
Azərbaycanda dövlət qulluğunun təkmilləşdirilməsinin innovativ metodları diqqət
mərkəzindədir.
Dostları ilə paylaş: |