Azərbaycanda “E-hökumətin” tətbiqi prosesində mövcud vəziyyətin analizi, yaranan problemlərin beynəlxalq təcrübə əsasında həlli yolları və təkliflər



Yüklə 227,14 Kb.
səhifə2/3
tarix29.11.2016
ölçüsü227,14 Kb.
#406
1   2   3

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli və 2010-cu il 17 avqust tarixli 149 nömrəli qərarları ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin və “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın icrasını təmin etmək məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri yaradılmışdır və mövcud qanunvericiliyə əsasən həm dövlət informasiya ehtiyatları, həm də fərdi məlumatların informasiya sistemləri onların mülkiyyətçilərinin müraciəti əsasında icbari qaydada dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilməlidir. Bəzi qurumlar müraciət etsə də, bir çoxu hələ də bununla əlaqədar bir tədbir görmürlər. (E-gov saytına istinadən: Dövlət informasiya ehtiyatlarının reyestrində qeydiyyata alınmış informasiya ehtiyatları – 35, Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmış informasiya sistemləri -81).


  • Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnaməsinin 3.1.10.3. bəndinə əsasən həmin təşkilata dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq hüququ verilmişdir.

    Araşdırmalarıma əsasən 2013-cü ilin əvvəlindən bu təşkilat dövlət qurumlarında qiymətləndirmələr apararaq, bütün çatışmamazlıqları və nöqsanları əks etdirən arayışı Prezident Aparatına yazır. Çatışmazlıqlar kimi əsasən – bu sahəyə maliyyə vəsaitinin ayrılmaması , bəzi dövlət qurumlarında İT şöbələrin olmaması və kadr çatışmamazlığı qeyd olunur, lakin hələ də bu problemlərin həlli üçün heç bir tədbir görülməyib.


    4.E-hökumətin həyata keçirilməsində üzləşdiyimiz kadr çatışmamazlığı və onun həlli yolları
     Yuxarıda e-hökumətin qanunvericilikdə öz əksini tapması və bügünki problemlər haqqında qısa analiz etdik.Qanunların bu gün tam həyata keçirilməməsində problemlərdən biri də kadr çatışmamazlığıdır.İşçilərin də bu günki dəyişikliklərə savad baxımdan hazır olması lazımdır yoxsa ən yüksək səviyyəli sistem qurulsa belə savadsız işçi onu çökdürər.

    E- hökumət layihələrinin hazırlanması və onların həyata keçirilməsi üçün ən önəmli faktorlardan biri də informasiya texnologiyaları sahəsində müasir tələblərə cavab verən kadrların olmasıdır.Bu sahədə olan əsas aparıcı qurumların öz çərçivələrinə görə kadr heyəti vardır.Ancaq kənar təşkilatların böyük əksəriyyətində bu faktor bir problem olaraq hələ də qalmaqdadır.Bəzi məqamlarda təcrübəli kadr heyəti olmayan təşkilatlar bunun həlli yolunu İnformasiya texnologiyaları təşkilatlarına müraciət etməklə həll edirlər.Təşkilata aid məlumatların kənar şəxslər tərəfindən idarə olunmasının təbii ki öz riskləri vardır.




    Dövlət tərəfindən bu sahədə hansı addımlar atılıb?
    Güman edirəm ki, ilk olaraq Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Asan Xidmət” mərkəzlərini qeyd etməliyik.Çünki ölkənin intellektual qüvvəsinin artırılmasına,  elmi-tədqiqat qurğularının inkişaf etdirilməsinə bu agentlik dəyərli töhfələrini verəcəkdir.Bundan başqa,“Elektron hökumət”in normativ-hüquqi bazasının inkişaf etdirilməsinin, inkişaf etmiş ölkələrin bu sahədəki qanunlarının öyrənilməsi, Azərbaycanda onların tətbiq olunması üçün qanunvericiliyin işlənib hazırlanması, bunların hamısı çox böyük zəhmət, intellektual potensial tələb edir.

    Agentliyə yüksək bacarıqlı kadrlar cəlb olunmalıdır.Həmin kadrlar daim olaraq hakimiyyət orqanları ilə əməkdaşlıq etməlidirlər.Çünki hakimiyyət orqanlarının əməkdaşlarının hamısı “Elektron hökumət” alətləri üzrə  mütəxəssis deyil. Mütəmadi treninqlər keçirmək, yeni layihələr  təqdim etmək, beynəlxalq sənədlər və yeniliklər haqqında onları məlumatlandırmaq lazımdır.

    Bundan başqa bu il yaradılan İnformasiya Texnologiyaları Universiteti düşünürəm ki,bu sahədə olan kadr boşluğunu doldurmaq üçün atılan önəmli addımlardan biridir.Burdakı üstünlüklərdən biri də tələbələrin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı qazanması , məzunların Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunması məsələləri çox önəmlidir. Eyni zamanda universitetin məzunlarına xaricdə təhsillərini davam etdirmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək veriləcək. Universitetdə tədris ediləcək ixtisaslara "İnformasiya təhlükəsizliyi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" daxildir.

    Bundan başqa "Elektron hökumət" təlim-tədris mərkəzinin yaradılması ilə bağlı işlər davam edir . Eyni zamanda dövlət qulluqçuları üçün hazırlıq səviyyələrinin artırılması üzrə tədbirlərin görülməsi üçün RİTN tərəfindən "Elektron hökumət" tədris sinfində onlara qısamüddətli ixtisasartırma kursları keçirilib.


    Bu sahədə olan problemləri aradan qaldırmaq üçün hansı addımları atmaq olar?


    • Beynəlxalq təcrübəyə əsaslanaraq, İKT sahəsi üzrə aparılan kadr siyasəti haqqında məlumat verildi.Bundan başqa onu da nəzərə almalıyıq ki,həmin mütəxəssislərin yaradacağı e-xidmətlərdən vətəndaşlar istifadə edəcəklər.Bunu nəzərə alaraq,təklifim ali məktəblərdə ixtisaslardan asılı olmayaraq bütün tələbələrə vacib olaraq, RİTN təyin etdiyi mütəxəssislərin rəhbərliyi ilə 1 semestrlik “Elektron hökumət” adlı ,sırf maarifləndirmə xarakteri daşıyan dərs tədris olunsun. Tədrsi olunacaq ali təhsil müəssisələrində həmin mütəxəssislər tərəfindən institut işçiləri və müəllimləri üçün qısamüddətli ixtisasartırma kursları və ya təlim də keçirilə bilər.


    (Təklif etdiyim Elektron –hökumət dərsinin proqramını da hazırlamışam.Əlavə bölməsində , məqalənin sonunda vermişəm)


    • Bundan başqa məktəblərimizdə 1-ci sinifdən 11-ci sinfə qədər “İnformatika” tədris olunur.Hal-hazırda bu sahədə inkişafı nəzərə alaraq, bu fənn buraxılış, qəbul imtahanlarına salınmalıdır.Bu addım həm məktəblərdə, həm də şagirdlərdə “İnformatika” fənninə qarşı münasibəti müsbət istiqamətdə dəyişəcək.

    • Bu sahənin geniş inkişafı üçün beynəlxalq təcrübəyə əsaslanaraq RİTN təşkilatçılığı ilə evdar xanımlara kompüterdən istifadə ilə bağlı dərslər təşkil oluna bilər.Eyni zamanda gələcəkdə e-portalda yerləşdirilən xəbərlərə uyğun olaraq məlumatlandırıla bilərlər.



    5.Bu gün e- xidmətlərin tətbiqinin genişləndirilməsindən danışırıqsa, bəs Milli Domen adlarının verilməsi xidməti bu gün nə səviyyədədir və hansı problemlər vardır?

    Bildiyimiz kimi, hal-hazırda İnformasiya texnologiyaları sahəsinin ən sürətli inkişaf edən istiqamətlərindən biri İnternetdir. Bu şəbəkəyə qoşulan istənilən kompüter müəyyən rəqəmlər yığımını əks etdirən unikal kodla identifikasiya olunur. Özünün texniki mahiyyətinə görə belə kodlar IP-ünvanıdır.İstifadəçilər üçün internetdəki kompüterlərin ünvanlarını IP-ünvanla ifadə edərək əməliyyat aparmaq, rəqəmləri yadda saxlamaq çətin olduğundan, yaradılmış domen adları sistemi (Domain Name System, DNS) internet infrastrukturunun ən mühüm komponentlərindən biridir.Domen adı internetdə veb saytlardan istifadə üçün verilən ünvandır.



    Domen alarkən diqqət etməməyimizin vacib olduğu məqamlar:

    Domen adları təqdim edən təşkilatlar istifadəçidən bir hesab açmağı istəyirlər.Hər zaman xatırlayacağımız və şifrəsini unutmayacağımız bir istifadəçi hesabı yaratmalıyıq. Bu istifadəçi hesabı üçün verəcəyimiz e-poçt ünvanının doğru bir ünvan olması və davamlı olaraq istifadə edəcəyimiz bir ünvan olmalıdır. Ayrıca domeni alarkən bu domenin hansı serverdən yayınlanacağı və bu serverə aid DNS-nin nizamlı olmasını bilməyimiz şərtdir.

    Fikirlərimizi yekunlaşdırmaq lazım olsa bir domenin rəhbərliyi üçün unudulmaması lazım olan məlumatlar:

    1 - Domenin alındığı yerdə tanımlanan istifadəçi adı və şifrəsi

    2 - İstifadəçi hesabı üçün təyin olunan e –poçt ünvanı və şifrəsi

    3 – DNS-nin nizamı

    Yuxarıda qeyd etdiklərimizə əməl etməyimizin səbəbi çünki internet dünyasında məhşur olan saytların domenlərini qamarlamaq kimi bir meyl vardır.İtirəcəyiniz domenlər üçün sonra minlərlə dollar ödəyərək bir başqasından geri almaq vəziyyətində qala bilərsiniz.

    Bəs bu gün Azərbaycanda milli domenlərin əldə olunması ilə bağlı vəziyyət nə yerdədir?

    Bununla bağlı ətrafımdakılarla qısa araşdırma apardım.Məlum oldu ki, vəziyyət o qədər də ürək açan deyil. Belə ki, bir çox vətəndaşlar “.az” domeni almaq üçün müraciət ediblər. Amma günlərlə müraciətlərə cavab veriımir.Eyni zamanda təklif etdiklər domen adını www.whois.az –saytında yoxlayıblar ən azı 15-20 dəfə problem çixmayıb.2-3 gün sonra yenə yoxlayarkən həmin domenin “artıq istifadə olunur” deyə cavab alıblar.Maraqlı anlardan biri saytda onlayn müraciət edilməsi üçün şərait yaradılsa da bir çox vətəndaşlara,birbaşa ,çəxsən müraciət edin deyə cavab veriblər.belə misalları çox çəkmək olar. Lakin bu gün bu cür problemlərin yaranması o qədər normal deyil.Çünki “.az.” domenin fəaliyyətə başlamasından nə az,nə çox 20 il keçir. Son zamanlarda domenlerin sayı artsada yenə də problemlər qalmaqdadır.Hətta başqa bölgələrdə yaşayan şəxslər domen əldə etmək üçün mütləq paytaxta üz tutmalıdırlar.Bu cür problemlər yaşandıqca artıq vətəndaşlar milli domendən imtina edirlər.Çünki əldə etməkdən başqa maraqlandığımıza görə istifadə etmək də bir problemdir.

    Milli domenlə bağlı məhdudiyyətlərin qeydiyyatla bağlıdır.Çünki qeydiyyat hələ də onlayn şəklində tam qurulmayıb,hələ də kustar yolla tətbiq edilir.Bu da öz növbəsində vətəndaşların rahatlığına ciddi ziyan vurur.Bundan başqa domenlərin təhlükəsizliyi ilə bağlı inamsızlıqlar da artır.Bu gün biz əgər “E-hökumətin “ yaradılması,inkişaf etdirilməsi yolunda ciddi addımlar atırıqsa,bu gün milli “.az” domenlərini qeydiyyatının kustar yolu ilə aparılması bu siyasətə heç uyğun gəlmir. Bir çox hallarda www.az domen adını yazdığımız zaman Azərbaycanla əlaqəsi olmayan informasiyalar da rastımıza çıxır.

    Təbii ki,məqsədimiz hal-hazırda baş verən bu problemləri sadalamaq deyil,çözüm yolu tapmaqdır



    Milli Domen adlarının verilməsində yaranan problemlərin beynəlxalq təcrübəyə əsaslanan həlli yolları

    • Hər şeydən əvvəl Bu sahədə baş verən problemlərin kökünü araşdırdıqda belə nəticələrə gəlmək olar ki, Milli Domen adını verən təşkilatın rəhbərliyi, internetin strukturunu, məntiqini və qlobal rəqabətin mahiyyətini anlamayıbdır.Bu səbəbdən minlərlə dollar pul bu sahədə fəaliyyət göstərən xarici təşkilatlara axır.Bunun üçün rəqabətə açıq olan Domen Adı siyasəti izlənilməlidir.Vaxt aparan sənəd işləri və digər şərtləri araşdırmadan Domen Adı təsis üsulu tətbiq edilməlidir.

    • İnternetdə yalnız bir ölkə ilə məhdud qaydaları- həll yolu demək deyil.Bu baxımdan yerli siyasət və qaydaların bu sistemin tətbiq olunmasında təsirini göstərməsi yanlışdır. Hər hansı problemin həlli üçün DNS –in işçi heyəti tərəfindən ölkədaxili internet anketləri ilə nəticə əldə etmək siyasəti varsa,doğru deyil.

    • Domen adı bir marka,ticari ad və ya fiziki şəxs adı deyildir.Bu baxımdan bu qaydalara da diqqət etmək lazımdır.

    • Beynəlxalq aləmdə domen adı üçün “İlk gələn ilk alır” (first come, first served) qaydası artıq tətbiq olunub.Bizlərdə bu qaydaya hər nə qədər riayət olunmasa da, “əlavə etmə” və”paralel istifadə” hüququnun tanınması ilə çalışırlar.

    • Ümumi adların verilməsinin haqsız rəqabətə yol açdığını bilə-bilə təsis əməliyyatını yenə də gerçəkləşdirən Milli domen adı verən təşkilat rəhbərliyinin bu hərəkətləri haqsız rəqabətdir və domen adını alan şəxlə birlikdə məsuliyyət daşıyır.

    • Həmçinin domen adları sisteminin formalaşdırılması və onun əsasında uyğun elmi-nəzəri problemlərin araşdırılması üçün VİA(Verilənlərin İntellektual Analizi, ingilis dilində Data Mining). metodlarından da istifadə etməklə modellər qurmaq və bunun əsasında məlumatlar arasındakı gizli əlaqələri tapmaqla faydalı olan lazımi bilikləri əldə etmək olar.

    • Bundan başqa ,qeyd etdiyimiz bu problemləri həll etmək üçün ICANN (The Internet Corporation for Assigned Names and Numbers) tərəfindən akkreditə olunmuş problemləri aradan qaldıran bir mərkəz yaradılmalıdır. Təbii ki, sahə üzrə mütəxəssislər işə cəlb olunmalıdır.

    Mükəmməl şəkildə qurulmuş qeydiyyat sistemləri,vətəndaşların hüquqların tam təmin edən idarə panelləri ilə tənzimlənən,domen adlarının qeydiyyatı zamanı müştərilərə müxtəlif texniki imkanlar verən,ən əsası bütün bu xidmətləri onlayn şəkildə 7 gün, 24 saat fasiləsiz həyata keçirən,alınan hər bir domenin beynəlxalq normalara uyğun şəkildə qoruyan tanınmış xarici təşkilatlardan olan ICANN’nın və İngiltərənin domen adlarının verilməsini təşkil edən (.uk) Nominet’in təsis modellərini araşıdırıb tətbiq etsək, problemləri həll etmə mexanizmalarından yararlansaq problemlərimizi qısa müddətdə həll edə bilərik. Nəticədə .az domen adlarının qeydiyyat hüquqları bu cür beynəlxalq qeydiyyat sistemlərinə verilər ya da ölkədə bu cür qeydiyyat sistemi yarada bilərik.

    Məlumat üçün onu qeyd edim ki,İCANN ticari domen adlarını verir,1993-cü ildə ABŞ Kommersiya Departamentinin Network Solutions ilə bağladığı müqavilə əsasında işə başlamışdır.Bu razılaşma əsasında sonu .org,.com və .net ilə bitən domen adlarını əhatə edir.

    Nominet isə İngiltərədə hökumət, İnternet sənayesi və istifadəçiləri tərəfindən rəsmi olaraq tanınan ". uk" domen adlarını verən təşkilatdır. Bu təşkilatın özəlliyi Nominet'in ccTLD'lər yəni ölkə kodu top-level domain adlarını da verməsi və bu sahədə yaranan problemlərin həlli ilə bağlı yaranan mübahisələri həll edərək hakimiyyəti ələ almasıdır.
    6. E-hökumət portal beynəlxalq təcrübəyə əsasən hansı vacib xidmətlərə və funksionallıqlara sahib olmalıdır? (nümunə olaraq ABŞ-ın rəsmi dövlət portalı)
    Portal bir veb-sayt olub internet vasitəsilə fəaliyyət gösteren bir çox veb saytlara yönələbilməyi təmin edən ana çıxış qapısını ifadə edir.Portalın məqsədi istifadəçilərin arzuladıqları sahədə axtardığı informasiyanı asan tapa bilmək və boş zaman sərf etməməkdir.
    Cədvəl 1.E-hökumət Porta ve Veb-Sayt arasındakı fərqlər:


    WEB SAYT

    E-hökumət PORTALI

    Əsas olaraq 1 səhifə


    Dövlət tərəfindən təşkil edilmiş çox sayda qurumlara aid internet səhifələrinin bir araya gətirildiyi “çətir səhifə” və ya “ana çıxış qapısı”



    Vahid qurumların siyahısı


    Lazımi xidmətlərin siyahısı



    Sabit məlumata əsaslanan


    Dinamik olaraq informasiya və əlaqələrin qarşılıqlı ötürülməsi

    Əməliyyat səviyyəsi aşağı

    Əməliyyataparma həcmi və səviyyəsi yüksək

    Bir qurum tərəfindən təşkil olunur

    Təşkilatların səlahiyyəti daxilində istifadə ehtiyaca bağlı olaraq təşkil olunur.

    İnformasiya texnologiyasından ayrı

    İnformasiya texnologiyaları və sistemləri ilə inteqrasiya olunmuş

    Zəif istifadəçi dəstəyi kullanıcı desteği

    Tam istifadəçi dəstəyi


    Bildiyimiz kimi, ölkəmizdə də "elektron hökumət”in formalaşdılrıması beynəlxalq təcrübəyə əsaslanır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır. Ölkəmizdə bu il bu istiqamət üzrə görülən işlər çərçivəsində "E-hökumət" portalının yeni versiyası istifadəyə verilib və dövlət orqanlarının "E-hökumət" portalına qoşulması prosesi davam etdirilir…Bütün dövlət qurumları, mərkəzi icra hakimiyyəti orqanlarının bu prossesə qoşularaq daha geniş şəkildə “e-xidmət”ləri göstərməyə başlayıblar. Bunlar təmin etmək üçün ölkədə elektron hökumət portalı da yaradılıb və istifadəçilərin ixtiyarına verilib. Hazırda da “E-portala” qoşulmayan dövlət qurumlarının portala qoşulması tədricən təmin edilir.Hal-hazırda portala qoşulmuş dövlət qrumlarının sayı 30-dan çoxdur və www.e-gov.az saytında 130-a yaxın e-xidmət göstərilir.

    Təbii ki, inkişaf üçün müəyyən addımları atılsada, yenə də iş prosesini gücləndirmək və əhaliyə keyfiyyətli iş təklif etmək üçün beynəlxalq təcrübədən mütləq yaralanmalıyıq.Bunu fikri rəhbər tutaraq, müxtəlif ölkələrə mənsub bir çox rəsmi e-hökumət portallarını araşdırdım.Əsasən aşağıda müxtəlif ölkələrə mənsub olan nümunəvi rəsmi elektron hökumət portalları göstərmişəm.Daha çox bəyəndiyim ABŞ-in rəsmi e-portalı oldu.



    Cədvəl 2.Müxtəlif ölkələrə mənsub nümunəvi e-hökumət portal adresləri


    ABŞ www.usa.gov

    Almaniya www.bundesregierung.de

    Braziliya www.redegoverno.gov.br

    Finlandiya www.eduskunta.fi

    Fransa www.service-public.fr

    İngiltərə www.ukonline.gov.uk

    İrlandiya www.irlgov.ie

    İspaniya www.la-moncloa.es

    Kanada www.canada.gc.ca

    Koreya . www.kois.go.kr

    Meksika www.precisa.gob.mx

    Norveç www.norge.no

    Sinqapur www.gov.sg

    Yeni Zenlandiya www.govt.nz

    Misal olaraq, aşağıda Amerika Birləşmiş Ştatlarının rəsmi dövlət portalının internet ünvanında olan online xidmətlərin həcmi , aydın anlaşıqlı dili və yeni funksiyaları ilə istifadəçilərə nə qədər yardım etdiyinin bir daha şahidi olacayıq.Sonunda müqayisə etdikdən sonra rahatca bizim portalda hansı xidmətlərin yaradılmasının vacib olduğunu və nümunəvi portallar sırasına qoşulmaq üçün hansı funksionallıqlara sahib olmasını rahat anlaya biləcəyik:


    NÜMUNƏ: ABŞ-rəsmi e-portal saytı - www.usa.gov
    Ana Səhifənin quruluşu:
    Ana səhifə içərisində sol tərəfdə “ Sualını e-mail et” bölməsinə rast gəlmək olar ki,burda dövlətin prezidentindən tutmuş , sıradan bir işçiyə qədər portal üzərindən xüsusi asan formanı dolduraraq sual göndərə bilərsiniz. Səhifənin tam ortasında “Xidmətlər,Bloqlar,Mövzular,Dövlət agentlikləri və dövlət təkilatları ilə əlaqə bölmələri var. Maraqlı bölmələrdən biri də sual ünvanlarkən Amerikada digər dövlətlərin səfirlikləri və ya Amerikanın başqa ölkələrdə fəaliyyət göstərən bütün səfirlikləri ilə qısa müddətdə portal vasitəsilə həm bütün məlumatları əldə etmək eyni zamanda istənilən sualı ünvanlamaq olar.Səhifədə aşağı sol tərəfdə isə bu portalın kimlər üçün nəzərdə tutulmağı ilə bağlı bölmələr var ki, bunlar “ Vətəndaşlar,Biznesmenlər,Hökumət və dövlət işçiləri,investisiya qoyanlar,uşaq və gənclər və.s eyni zamanda mənim ən çox xoşuma gələn bölmə isə ABŞ-a ilk dəfə gələnlər üçün bir tək bu portala daxil olmaqla,iş haqqında,kirayə haqqında,övladlarının təhsili haqqında qısa müddətdə məlumat əldə edə bilmələri üçün yaradılan şəraitdir.

    Bundan başqa portalda xidmət göstərən e-xidmətlərə nəzər saldıqda , bizim portalımızda da cəmiyyətin sosial tələblərinə uyğun olaraq hansı yeni e-xidmətləri yaratmalıyıq sualına da asan cavab tapa bilərik.

    Qısa olaraq ana səhifədə E-hökumətin fəlsəfəsini özündə əks etdirən bütün xidmətləri ümumiləşdirib aşağıdakı sistemə uyğun MENÜ yarada bilərik: bunlar;




    Vətəndaşlar (G2C)

    Təşkilatlar və maddi maraq güdməyən qurumlar (G2B)

    İctimai xadimlər,dövlət işçiləri

    (G2E)

    Dövlət qurumları arasında əlaqələrin inkişafı (G2G)

    Dövlətin faydaları

    Alış-Veriş saytları

    Parklar ve İstirahət mərkəzləri

    İctimai,dövlət işlər I üçün müraciət

    Ünvan dəyişikliyi

    Sosial Güvənlik

    Pasport müraciəti

    Sürücülük vəsiqəsi yenilənməsi

    İmmiqrantların vəziyyətinə nəzarət

    Sağlamlıq,Təhlükəsizlik,Ailə,Ev və Birliklər

    vb.

    ……………….


    İctimai xidmətlər,İctimai cəmiyyətlərlə işləmək,Tenderlər,Konvensiyalar və Razılaşmalar,Vergi sənədləri,Ödəniş hesabatları,İxracat Lisenziyaları,Online təhsil,Məlumat və statistika,Dövlətdən satınalma,Dövlətə satış,

    Ticarət icazəsi,Maddi yardım,Beynəlxalq Ticarət

    ………………


    Məhsul satınalma və xidmətlər,Təqaüd planları,Təhsil imkanları,Sağlamlıq planları,İş fürsətləri,Şəxsi məlumatların aktivləşdirilməsi,Karyera İnkişaf şərtləri,Qurumlar arası əməkdaşlıq,İctimai işçi siyasəti,İdarəetmə üsulları,İdarəetmə texnikası.
    …………………..

    Təsisatlar arası əlaqə və inkişaf,Xəritə vasitəsilə təşkilatları tapmaq mexanizminin inkişafı,İnzibati proses və əməliyyatların aparılması,

    Fövqəladə hallarda idarəetmə,İqtisadi İnkişaf ,Sağlamlıq və Ailə təhsili,Beynəlxalq Əməkdaşlıq şəbəkələri,Nəşrlər və araşdırma və.s

    …………….





    Dediklərimizi daha aydın şəkildə izah etmək üçün portalda fəaliyyət göstərən xidmətləri olduğu kimi aşağıda göstəririk:

    Vətəndaşlar üçün On-line xidmətlər: (Ana səhifə)

    • Dövlətin vətəndaşlar üçün təklif etdiyi yardımlar,

    • Özəl qulluğa ehtiyacı olanlar üçün baxım evləri haqqında məlumat,

    • Ünvan dəyişikliyi,

    • Biznes, hərrac

    • Dövlət qulluğunda iş imkanları,

    • Sosial təhlükəsizlik ,

    • Tələbələr üçün kreditlərə müraciət,

    • Məktəblər və kitabxanalar,

    • Zip kodu axtarışı imkanı

    • Pasport üçün müraciət

    • İstirahət və Səyahət imkanları

    • Doğum və nikah sənədləri üçün müraciət

    • Sürücülük vəsiqəsi üçün müraciət və.s

    Vatandaşların ictimai xidmətləri (Alt Səhifə):
    Online xidmətlər

    • Pul almaq,

    • İstirahət və istirahət mərkəzləri ,

    • Ünvan dəyişikliyi,

    • İş axtarmaq ,

    • Lotareya oyunları ,

    • Pasport üçün müraciət.
    Dövlətin Vətəndaşa təklif etdiyi faydalı xidmətlər
    • Sosial güvənlik ,

    • İşsizlik sığortası ,

    • Yanacaq yardımı ,

    • Uşaq sağlamlıq sığortası,

    • Təqaüdçülərə yardım


    Yüklə 227,14 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin