Azərbaycanda
ibtidai icma cəmiyyəti
Azərbaycanda ibtidai icma cəmiyyəti
İbtidai icma cəmiyyəti bəşər tarixinin ilkin pilləsini təşkil edir. İbtidai icma cəmiyyəti üçün
istehsal vasitələri üzərində ümumi mülkiyyətin mövcudluğu, məhsuldar qüvvələrin zəif inkişafı
şəraitində kollektiv istehsal və birgə məhsul bölgüsü səciyyəvidir. İbtidai icma quruluşu digər
ölkələrdə olduğu kimi, Azərbaycanda da uzun sürmüşdür. Çünki bu dövrdə əmək alətləri
sadə, istehsal texnikası aşağı səviyyədə olub, cəmiyyətin təsərrüfat fəaliyyəti təbii mühitdən
birbaşa asılı olmuşdur.
İbtidai icma cəmiyyəti Azərbaycanda ilk insanın yarandığı vaxtdan (təxminən 1,5 milyon il
bundan əvvəl) iri tayfa birliklərinin və ilkin dövlət qurumlarının yaranmasınadək (eramızdan əvvəl
III — I minilliklər) olan bir dövrü əhatə edir.
İbtidai icma cəmiyyətinin arxeoloji baxımdan dövrləşməsi aşağıdakı kimidir: Daş dövrü, Tunc
dövrü, Dəmir dövrü.
Daş dövrü bölünür:
Paleolit (Qədim daş dövrü) — təxminən 1,5 milyon il bundan əvvəl başlamış və e.
ə. XII minilliyə qədər davam etmişdir.
Mezolit (Orta daş dövrü) — e. ə. XII — VIII minillildər.
Neolit (Yeni daş dövrü) — e. ə. VII — VI minilliklər.
Eneolit (Mis — daş dövrü) — e. ə. VI — IV minilliyin ortaları.
Tunc dövrü — e. ə. IV minilliyin sonlarından II minilliyin sonlarınadək davam
etmişdir.
Dəmir dövrü — e. ə. II minilliyin sonları — I minillikləri əhatə edir.