84
Әlavәlәrdә 2007-ci ilin yanvar-iyun ayları üçün (Әlavә 1)
vә 2006-cı ilin dekabrına nüsbәtdә İQİ tempini nәzәrdәn
keçirmәk olar.
Şәkil 16.
Azәrbaycan Respublikasında 2007-ci ilin yanvar, fevral, mart, aprel,
may, iyun ayları üçün İQİ
25.27
7.8
9.07
12.03
2.2
3.51
2.6
2.75
1.07
0.89
3.2
2.17
1.85
0.44
0.29
0.64
0.41
0.84
-0.89
-0.18
3.78
0.58
-1.71
-0.01
-5
0
5
10
15
20
25
30
Ya
nv
ar
F
ev
ra
l
M
ar
t
APR
EL
M
A
Y
IYU
N
Xidmət
Qeyri-ərzaq
Ərzaq
İQİ
Şәkil 17.
2006-cı ilin dekabr ayı ilә müqayisәdә
İQİ-nin dinamikası
16.98
17.44
15.33
13.02
11.83
13.69
27.91
33.95
0
5
10
15
20
25
30
35
40
Yanvar
Yanvar-mart 2007
Yanvar-İyun 2007
İQİ
Ərzaq
Qeyri-ərzaq
Xidmət
85
YEKUN
Yekunda hәyata keçirilәn layihәnin effektinin vә
tәsirlәrinin daha düzgün qiymәtlәndirilmәsinә yardım edәcәk
bir neçә mühüm mәqamı qeyd etmәk istәrdik. Bunlardan
birincisi, hökumәtin ikirәqәmli inflyasiya qorxusunun demәk
olar ki, aradan qalxmasıdır. Mәlum olduğu kimi, hökumәtin
2007-ci ilә dair makroqitisadi proqnozlarında inflyasiyanın
birrәqәmli hәddinin qorunub-saxlanacağı qeyd olunmuşdu. İlin
ilk rübündә rәsmi statistika oranlarının mәlumatları bu
proqnozun hәr bir halda doğrulduğunu isbatlamağa
hәdәflәnmişdi. Lakin İqtisadi Tәdqiqatlar Mәrkәzinin he-
sablamaları vә әldә etdiyi nәticәlәr ictimaiyyәtә açıqlandıqdan
sonra bu mәsәlә әtrafında açılan geniş müzakirәlәr nәhayәtdә
hökumәtin situasiyanı daha real qiymәtlәndirmәsinә gәtirib
çıxartdı. Tәsadüfi deyil ki, ölkә prezidenti İlham Әliyevin iştirakı
ilә Nazirlәr Kabinetinin cari ilin birinci yarısının yekunlarına hәsr
olunmuş müşavirәsindә әsas diqqәt yetirilәn mәsәlәlәrdәn biri
mәhz inflyasiya gözlәntilәri olmuşdur. Müşavirәdә çıxış edәn
ölkә başçısı inflyasiyanın onu әn çox narahat edәn iqtisadi
göstәricilәrdәn biri olduğunu qeyd etmişdir: “Altı ayın
yekunlarına görә, Azәrbaycanda inflyasiya 16 faiz tәşkil edir.
İnflyasiyanın qalxmasında müxtәlif sәbәblәr var, o cümlәdәn
obyektiv sәbәb dә var. İlk növbәdә, dünyada neftin baha-
laşması vә bunun nәticәsi olaraq istehlak mallarının
bahalaşması. Azәrbaycanda hәlә ki, bizim istehlak bazarımız
xeyli dәrәcәdә idxaldan asılıdır. Ona görә idxal mallarının
bahalaşması istәr-istәmәz Azәrbaycanda qiymәt artımına
gәtirib çıxarır. Digәr obyektiv sәbәblәrdәn biri dә odur ki,
Azәrbaycanda çox böyük büdcә artımı mövcuddur. Minimum
әmәkhaqqının, pensiyaların, büdcәdәn maliyyәlәşәn
tәşkilatlarda çalışan insanların әmәkhaqlarının qaldırılması da
inflyasiyanı güclәndirәn amillәrdәn biridir...
Ancaq bunlarla bәrabәr, subyektiv sәbәblәr dә var. Biz
gәrәk bütün diqqәtimizi mәhz bunlara, inflyasiyanı yaradan vә
86
onu güclәndirәn subyektiv sәbәblәrin aradan qaldırılmasına
yönәldәk, bütün tәdbirlәrimizi görәk. Burada hәm iqtisadi
tәdbirlәr, hәm dә inzibati tәdbirlәr, nәzarәt güclәndirilmәlidir...
Mәn hesab edirәm ki, biz növbәti mәrhәlәdә әsas diqqәtimizi
makroiqtisadi sabitliyin saxlanılmasına vә antiinflyasiya
tәdbirlәrinin güclәnmәsinә yönәltmәliyik.”
Göründüyü kimi, növbәti mәrhәlәdә inflyasiyanın
Azәrbaycanda әn mühüm proseslәrdәn biri olacağı ölkә başçısı
sәviyyәsindә qeyd edilmәkdәdir. Dövlәt Statistika Komitәsinin
2007-ci il iyul ayı üzrә elan etdiyi 100,1 faizlik İQİ bu prosesin
әhәmiyyәtinin artmasından xәbәr verir. Belә ki, hәr ilin may-
avqust aylarında Azәrbaycanda bir qayda olaraq deflyasiya
qeydә alınsa da, cari ildә bu müddәt cәmi 2 ay çәkdi. May-iyun
aylarındakı cüzi deflyasiyanın iyuldan yenidәn inflyasiya ilә
әvәzlәnmәsi bu prosesin ölkә iqtisadiyyatı vә әhalinin sosial-
rifah halına mәnfi tәsirlәrinin yumşaldılması istiqamәtindә
fәaliyyәtlәrin sürәtlәndirilmәsinin vacibliyini göstәrir. Bu, hәm
dә inflyasiya sәviyyәsinin dәqiq hesablanması zәrurәtinin
getdikcә daha da artacağından xәbәr verir. Buna görә dә
hesab edirik ki, İqtisadi Tәdqiqatlar Mәrkәzinin reallaşdırdığı
layihәnin davamlılığı tәmin olunmalıdır.