Ticarәt vә xidmәtlәr sahәsindә baza
müәssisәlәrinin seçilmәsi
Mәhsul vә xidmәtlәrin qiymәt vә tariflәrinin izlәnilmәsi
әsasәn ticarәt tәşkilatlarında, hәmçinin әmtәә, qarışıq vә
istehlak bazarlarındakı stasionar vә sәyyar (çadır, köşk vә s.)
obyektlәrdә vә xidmәt göstәrәn tәşkilatlarda aparılır. Ticarәt
mәntәqәlәrinin statistik hesabatlar, vergi vә digәr qurumların
mәlumatları әsasında seçilmәsi postsovet ölkәlәri üçün әn
sәciyyәvi haldır. Çünki bütün metodoloji materiallarda yalnız bu
üsuldan istifadәnin mümkünlüyü qeyd olunur.
Postsovet ölkәlәrinin bir çoxundan fәrqli olaraq,
Gürcüstanda yerlәrdәki vәziyyәtdәn çıxış edәrәk ticarәt
mәntәqәlәrinin seçimi zamanı qeydiyyat aparanlara seçimdә
daha çox azadlıq verilir. Bununla belә, bәzi tәlәblәrә (xüsusilә
iri şәhәrlәrdә) әmәl olunması mütlәqdir. Onlar aşağıdakılardır:
• qiymәtlә bağlı ilkin mәlumat ticarәt obyektlәrinin
mümkün qәdәr geniş çeşidini (kommersiya vә
xüsusilәşdirilmiş dükanlar, kәnd tәsәrrüfatı, mütәşәkkil
vә qeyri-mütәşәkkil bazarlar, mini vә supermarketlәr vә
s.) әhatә edir ki, burada da sözügedәn әmtәә daimi
alınır vә satılır;
• daimi izlәnilәn obyektlәr vә әmtәә növlәri;
• qiymәtlәrin qeydiyyatı mәqsәdilә seçilmiş müxtәlif tipli
ticarәt obyektlәrinin kombinasiyası bu kimi
obyektlәrdәn yerli istehlakçılar tәrәfindәn istifadәnin
faktiki nisbәtini daha dәqiq әks etdirir.
|