İstehlak malları vә ödәnişli xidmәtlәr
dәstinin düzülmәsi prinsiplәri
Postsovet ölkәlәrindәki metodologiya üzrә İQİ üçün
әmtәә növlәrinin seçimindә istifadә olunan aşağıdakı meyarlar
fәrqlәnmәlidir:
- әmtәә növü ev tәsәrrüfatlarının istehlakında mühüm
çәkiyә malik olmalıdır;
- әmtәә növünün dәqiq spesifik xüsusiyyәtlәri olmalıdır;
- әmtәә növü ölçülәbilәn şәkildә olmalıdır;
- әmtәә növü әsas mәhsullardan biri olmalıdır vә ev
tәsәrrüfatlarının istehlakında mühüm çәkiyә malik olmadığı
halda belә uzun müddәt әrzindә istehlak olunmalıdır.
İstehlak zәnbili ölkәnin bütün regionları üzrә seçilmiş,
әhali tәrәfindәn әn çox hallarda istehlak edilәn vә müәyyәn
dövr әrzindә dәyişmәz qalan vahid әmtәә vә xidmәtlәr
dәstidir. Bir çox hallarda istehlak zәnbilinin dәyişdirilmәsi tezliyi
müәyyәn edilmiş ilkin çıxış nöqtәsi vә milli iqtisadiyyatın inkişaf
sürәtindәn asılıdır.
Ukraynada İQİ 2001-ci ilin noyabr ayına qәdәr 425
mövqedәn ibarәt olub ki, bunlardan da 108-ni qida mәhsulları,
237-ni digәr әmtәә növlәri, 80-ni isә ödәnişli xidmәtlәr tәşkil
edib. Lakin 237 digәr әmtәә növlәrindәn 101-i ümumi istehlak
xәrclәrinin 0.01%-ini belә tәşkil etmirdi. Bununla әlaqәdar
sonradan Beynәlxalq Valyuta Fondunun (BVF) ekspertlәrinin
tövsiyәlәri әsasında indeksә daxil edilmiş әmtәә vә xidmәtlәr
növünün siyahısına yenidәn baxılmış vә ümumi çeşid 270-ә
qәdәr azaldılmışdır ki, bunun da 102-si qida mәhsullarının,
120-si digәr әmtәә növlәrinin, 48-i isә ödәnişli xidmәtlәrin
payına düşmüşdür. 2007-ci il yanvar ayının 1-dәn istehlak
zәnbilinin tәrkibi yenidәn dәyişdirilmişdir. Belә ki, bu ölkәdә
2007-ci ildәn başlayaraq inflyasiyanın hesablamasında 296
çeşid üzrә qiymәtlәrin dәyişilmәsi üzәrindә müşahidә tәşkil
edilir.
45
Gürcüstanda ilk istehlak zәnbili (1992-ci ildә BVF-nin
nümayәndәlәri ilә birgә tәrtib edilmişdir) ilkin mәrhәlәdә 295
çeşiddәn ibarәt idi. 2003-cü ildә tәrtib edilmiş vә indiyәdәk
qüvvәdә olan istehlak zәnbilinә isә artıq 311 әmtәә vә xidmәt
növü daxil edilib.
Qırğızıstan Respublikası Milli Statistika Komitәsi istehlak
zәnbilinin strukturunu üç dәfә dәyişdirmişdir. İlk dәfә 1995-ci
ildә ölkә parlamenti istehlak zәnbilinin minimal hәddinә
dәyişikliklәr etmişdir. İkinci dәfә 1998-ci ildә istehlak
zәnbilindәki xidmәtlәrin (tәhsil, sәhiyyә vә notarius idarәlәri)
ayrı-ayrılıqda monitorinqi aparılmış vә nәhayәt, 2001-ci ildә
istehlak zәnbilinin çeşidi 305-dәn 343-ә
qәdәr
genişlәndirilmişdir.
Tacikistanda isә ixtisarlardan sonra istehlak zәnbilinә 333
әmtәә vә xidmәt növü aid edildi vә belәliklә, bu ölkәnin
istehlak zәnbili yekcins mәhsul vә xidmәtlәrdәn azad edildi.
Tacikistanda әvvәllәr istehlak zәnbilinin çeşidi 703 әmtәә vә
xidmәt növündәn ibarәt idi.
Әmtәә vә xidmәtlәrin spesifik xüsusiyyәtlәri ayrıca
mәsәlәdir. İstehlak malları vә xidmәtlәri dәstindә müәyyәn
әmtәә növlәri ilә yanaşı (misal üçün, bütün postsovet
ölkәlәrindә çap mәmulatlarının qiymәtinin monitorinqi
aparılarkәn tәlәb olunur ki, әvvәlcәdәn razılaşdırılmış müәyyәn
nәşrlәrin qiymәti tәsbit edilsin) son dәrәcә ümumi qaydada
müәyyәn edilmiş mallara da rast gәlinir. Bu zaman belә bir
sual yarana bilәr ki, mәsәlәn 1-ci növ kolbasanın qiymәti hansı
istehsalçı şirkәt üzrә tәsbit edilmәlidir. Müxtәlif ölkәlәr bu
mәsәlәni özlәri bilәn tәrzdә hәll edir. Bәzilәri (mәsәlәn,
Gürcüstan vә Tacikistan) qiymәti qeydiyyata alanlara daha çox
sәlahiyyәt verir. Digәrlәrinә gәldikdә isә mәsәlәn, Rusiyada hәr
bir qrup üzrә konkret әmtәәnin müәyyәn edilmәsi vәzifәsi
Federasiya Statistika Komitәsinin әrazi idarәlәrinin üzәrinә
düşür; belәliklә, regionda hansı ticarәt nişanının reallıqda әn
geniş yayılması (mәsәlәn, hansı qadın ayaqqabılarının “dәri”,
46
hansının isә “model” kateqoriyaları üzrә tәsnif edilmәsi) ilә
bağlı qәrarı Rusiya Federasiyasının Statistika Komitәsinin
yerlәrdәki nümayәndәliklәri çıxarır.
Dostları ilə paylaş: |