Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә


İstehlak bazarında qiymәt vә tariflәrin dәyişmәsi



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə53/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   49   50   51   52   53   54   55   56   ...   64
KITAB inflyasiya

İstehlak bazarında qiymәt vә tariflәrin dәyişmәsi 

üzәrindә statistik müşahidә 

 

Azәrbaycanda istehlak bazarında qiymәt vә tariflәrin 



dәyişmәsi üzәrindә statistik müşahidәnin aparılması da aşağı 

sәviyyәdәdir. Bunun bәzi subyektiv vә obyektiv sәbәblәri var. 

Ümumiyyәtlә, bazarlarda qiymәtin “aşağı yeri” hәr zaman 

mövcuddur. Misal üçün almanı götürәk. Almanın bazarda bir 

neçә növü mövcuddur. Keyfiyyәtsiz növlәrin qiymәt artımı 

dinamikası da aşağıdır.  Әgәr son nәticәdә indeksin aşağı 

olması istәnilirsә, qiymәt olaraq keyfiyyәtsiz әmtәәlәrin qiymәti 

müşahidә oluna bilәr. 

Bundan  әlavә, kәnd tәsәrrüfatı  mәhsullarının qiymәt 

artımı tempinin gedәrәk artmasını görәn hökümәt Bakı 

şәhәrinin müәyyәn 

әrazilәrindә müәyyәn günlәrdә 

(ümumiyyәtlә, bu, hәftәnin bazar günlәri olur) kәnd tәsәrrüfatı 

yarmarkaları keçirir ki, burdakı qiymәtlәr hökümәt tәrәfindәn 

müәyyәn edilir vә digәr bazarlarla müqayisәdә xeyli aşağı olur. 

Bununla yanaşı, burdakı malların keyfiyyәti dә  aşağı olur. 

Statistika Komitәsi dә öz növbәsindә Bakı  şәhәri üzrә  kәnd 

tәsәrrüfatı mallarının qiymәtlәrini qeydiyyata alanda bu 

yarmarkalardakı qiymәtlәrә üstünlük verir ki, bu da son 

nәticәdә indeksin aşağı çıxması ilә nәticәlәnir. 

Fikrimizcә, qiymәt müşahidәsi zamanı gizli inflyasiyaya 

da diqqәt yetirilmir. Mәsәlәn, son zamanlar çörәyin qiymәti 

sabit qaldığı halda çәkisi tәdricәn azalmaqdadır. Yәni gizli 

inflyasiya baş verir. İstehlak sәbәtindә isә çörәk 0.027023662 

әmsalla әhalinin istehlak xәrclәri arasında böyüklüyünә görә 4-

cü yerdә durur. Bunun isә son nәticәdә indeksin 

hesablanmasına nә dәrәcәdә tәsir etdiyi göz qabağındadır. 

 

 




 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin