Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə54/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   50   51   52   53   54   55   56   57   ...   64
KITAB inflyasiya

75 

 

FӘSİL 5. AZӘRBAYCAN 



RESPUBLİKASINDA 2007-Cİ İLİN 

İLK YARIMİLİ ÜÇÜN İSTEHLAK 

QİYMӘTLӘRİ İNDEKSİ 

 

 



Azәrbaycanda alternativ İstehlak Qiymәtlәri  İndeksinin 

(İQİ) hesablanması әsasәn iki mәlumat bazası әsasında hәyata 

keçirilir:  

(a) İqtisadi Tәdqiqatlar Mәrkәzinin (İTM) әmәkdaşlarının 

müşahidәlәri  әsasında istehlak malları bazarında qiymәt vә 

tariflәrin dәyişmәsi üzrә toplanan mәlumatlar;  

(b) Azәrbaycan Respublikasının Dövlәt Statistika Komitәsi 

(DSK) tәrәfindәn  İQİ-nin hesablanması  mәqsәdilә hazırlanan 

әhalinin istehlak xәrclәrinin strukturu barәdә mәlumat.  

İstehlak bazarında mal vә pullu xidmәtlәrin qiymәtlәri 

üzәrindә aparılan müşahidәlәr vә alternativ istehlak qiymәtlәri 

indeksinin hesablanması aşağıdakı mәrhәlәlәri әhatә edir: 

(a) xidmәt vә ticarәt müәssisәlәrinin seçilmәsi;  

(b) mal vә xidmәtlәrin seçilmәsi; 

(c) qiymәt vә tariflәrin qeydiyyatı; 

(d) İQİ-nin hesablanması üçün istehlak bazarında çәkilәr 

strukturunun formalaşdırılması; 

(e) İQİ-nin hesablanması. 

İTM hәr ay 585 adda mәhsul üzrә 51480 qiymәt 

müşahidәsi hәyata keçirir. Qiymәtlәr barәdә mәlumatlar layihә 

çәrçivәsindә bu mәqsәdlә  cәlb edilmiş qeydiyyatçılar 

tәrәfindәn Azәrbaycanın 9 iqtisadi rayonunda toplanır. 

Mәlumatlar 585 adda mәhsul üzrә respublikanın 19 şәhәrindә 

hәr ayın 1-dәn 27-dәk dәyişmәmәk şәrtilә ayda iki dәfә qeyd 

edilir.   

Mәlumatların toplandığı ticarәt mәntәqәlәri müxtәlif 

rayon vә  şәhәrlәrdә yerlәşir vә  hәcminә görә bir-birindәn 



76 

 

 



fәrqlәnir. Hәr bir qeydiyyatçı  hәr mal üzrә 4 müxtәlif 

obyektdәki qiymәti qeyd edir.  

İndeksin hesablanması üçün Laspeyres düsturundan 

istifadә edilir.  

 

Alternativ  İQİ-nin hesablanması  mәqsәdilә mal vә 



xidmәtlәrin çәkisi kimi rәsmi hesablamaların  әsasında duran 

çәkilәr qәbul edilmişdir. Regionların çәkisinә gәldikdә isә DSK-

nın metodologiyasından fәrqli olaraq, әhalinin sayı yox, hәr bir 

regionun  әmtәә dövriyyәsindә  vә xidmәtlәrin hәcmindә payı 

әsas götürülmüşdür.   

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin