Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   12   13   14   15   16   17   18   19   ...   64
KITAB inflyasiya

25 

 

FӘSİL 3. AZӘRBAYCANDA 



ALTERNATİV İNFLYASİYA 

DӘRӘCӘSİNİN HESABLANMASINDA 

BEYNӘLXALQ TӘCRÜBӘDӘN 

İSTİFADӘ İMKANLARI 

 

BÖLMӘ 1. İNKİŞAF ETMİŞ ÖLKӘLӘRİN 



TӘCRÜBӘSİ 

 

İnkişaf etmiş ölkәlәrin demәk olar ki, hamısında 



İstehlak Qiymәtlәri 

İndeksi hesablanarkәn ortaq 

konsepsiyadan istifadә edilir.  Bu konsepsiya İQİ-nin 

hesablanması üçün Laspeyres indeksindәn  istifadә edilmәsi 

ilә bağlıdır. Lakin bu ölkәlәrin bir çoxunda hesablanan vә 

ictimaiyyәtә elan edilәn İQİ coğrafi әrazisinә vә әhatә etdiyi 

ev tәsәrrüfatlarının xarakteristikalarına görә fәrqlәnir. 

 

İnkişaf etmiş ölkәlәrin tәcrübәsi göstәrir ki, İQİ 



hesablanarkәn әsas kimi götürülәn istehlak zәnbili haqlı olaraq 

ev tәsәrrüfatlarının bütün növ xәrclәrini  әhatә etmir. Daha 

doğrusu, investisiya (mәnzil alışı, qiymәtli kağız alışı), qәnaәt 

vә ya transfert kimi xәrclәr, hәmçinin dә dövlәt tәrәfindәn 

maliyyәlәşdirilәn ictimai xidmәtlәr (ictimai mәktәblәr, polis 

xidmәti vә s.) ev tәsәrrüfatlarının istehlak xәrclәrinin tәrkibinә 

daxil edilmir vә ona görә dә İQİ hesablanarkәn nәzәrә alınmır. 

Lakin bir çox inkişaf etmiş ölkәlәrin tәcrübәsi onu da göstәrir 

ki, ev tәsәrrüfatlarının avtomobil, mebel vә  s.  bu  kimi 

uzunmüddәtli istifadә  mәhsullarına çәkdiklәri xәrclәr onların 

istehlak xәrclәri hesab edilir vә  İQİ hesablanarkәn nәzәrә 

alınır. 


 


26 

 

 



 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin