56
FӘSİL 4. AZӘRBAYCAN
RESPUBLİKASINDA İQİ-nin
HESABLANMASI
METODOLOGİYASININ TӘHLİLİ
İstehlak qiymәtlәri indeksi (İQİ) müәyyәn qәdәr sosial
xarakterli bir indeks kimi xarakterizә olunmaqla yanaşı,
makroiqtisadi proqnozların hazırlanmasında xüsusi әhәmiyyәt
kәsb edir. Bu indeks “müәyyәn vaxt әrzindә әhalinin qeyri-
istehsal istehlakı üçün әldә etdiyi әmtәә vә xidmәtlәrin
qiymәtlәrinin ümumi sәviyyәsinin dәyişmәsini xarakterizә edir”.
Ümumiyyәtlә, İQİ müyәәn edilmiş mәhsul vә xidmәtlәri
özündә birlәşdirәn sәbәtin cari vә baza qiymәtinin nisbәtidir.
İQİ-nin hesablanma metodologiyasının qiymәt-
lәndirilmәsi, onun müsbәt vә mәnfi tәrәflәrinin müәyyәn
edilmәsi ilk növbәdә tәtbiq edilәn metodologiyanın öyrәnilmәsi
vә beynәlxalq tәcrübәnin tәsnifatlaşdırılmasını tәlәb edir. Bu
baxımdan da tәdqiqat işi bu aspekti әhatә edir.
Respublikada İQİ-nin hesablanması üçün mәsul orqan
Dövlәt Statistika Komitәsidir. Ümumiyyәtlә, DSK-nın qiymәt
statistikası aşağıdakı tәdbirlәri әhatә edir.
- qiymәtlәr vә onların dәyişmәsi üzәrindә müşahidә;
- bazar konyukturasının dәyәr göstәricilәri әsasında
öyrәnilmәsi;
- ayrı-ayrı әmtәә bazarlarında qiymәt dinamikasının
öyrәnilmәsi;
- inflyasiya prosesinin vә әhalinin hәyat sәviyyәsinin
göstәricisi kimi qiymәtin tәhlili;
- makroiqtisadi göstәricilәr baxımından qiymәtlәrin
öyrәnilmәsi.
Bu tәdbirlәr üzrә qiymәtlәr 1) әmtәә vә xidmәtlәrin
tәyinatı (material-texniki ehtiyatların qiymәtlәri; istehlak
mallarının qiymәtlәri; istehsal tәyinatlı (mәsәlәn, yükda-
57
şımalar) xidmәtlәrin tariflәri; әhalinin istehlak xidmәtlәrinin
(mәişәt vә kommunal, nәqliyyat vә rabitә, turizm vә
ekskursiya, mәdәniyyәt müәssisәlәrinin xidmәtlәri vә s.)); 2)
sahә әlamәtlәri (sәnaye mәhsullarının qiymәtlәri; kәnd
tәsәrrüfatı mәhsullarının qiymәtlәri; tikintidә qiymәtlәr; tica-
rәtdә qiymәtlәr; istehsal vә qeyri-istehsal tәyinatlı xidmәtlәrin
tariflәri); 3) әmtәә xidmәtlәri sferası üzrә tәsnifatlaşdırılır.
Göründüyü kimi, İQİ bir istiqamәti tәşkil edir. Bu zaman
müşahidәnin coğrafi hüdudlarının seçimi; ticarәt vә xidmәt
sahәlәrindә baza müәssisәlәrin seçilmәsi; tәmsilçi mal vә
tәmsilçi xidmәtlәrin seçilmәsi; pullu xidmәt tariflәrinin vә mal
qiymәtlәrinin qeydiyyatı; istehlak bazarının qiymәt indeksinin
hesablanması üçün çәkilәr strukturunun formalaşdırılması;
istehlak qiymәtlәri indeksinin hesablanmsı; mal vә xidmәtlәrin
orta qiymәt(tarif)lәrinin hesablanması mәrhәlәlәri әhatә
olunur.
Bu bölmә tәtbiq edilәn metodologiya üzrә qeyd edilmiş
mәrhәlәlәrә baxış vә İQİ-yә tәsir edәn faktorların qiymәt-
lәndirilmәsini әhatә edir. Burada Azәrbaycan Respublikası
Dövlәt Statistika Komitәsinin Kollegiyasının qәrarı ilә tәsdiq
edilmiş “İstehlak qiymәtlәri indeksinin hesablanması vә
istehlak bazarında qiymәt mәlumatlarının yığılması qaydalarına
yenidәn baxılması üzrә metodoloji göstәrişlәr”dәn istifadә
edilmişdir.
Dostları ilə paylaş: |