Azərbaycanda Korporativ İdarəetmə



Yüklə 412,47 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix27.11.2022
ölçüsü412,47 Kb.
#70808
1   2   3   4   5   6
ARPA Corporate Governance (2)

Fidusiar vəzifələr
Azərbaycanda məcburi qüvvə daşıyan korporativ 
idarəetmə normaları sırasında hüquqi şəxsin 
idarəetmə orqanlarında təmsil olunan şəxslərə 
münasibətdə fidusiar vəzifələrinin müəyyən 
olunmasına aid müddəalar nisbətən yaxın keçmişdə 
Mülki Məcəlləyə əlavə edilmişdir.
4
Birbaşa bu tərzdə 
adlandırılmış olmasa da, Mülki Məcəllənin müvafiq 
müddəasını nəzərdən keçirdikdə görürük ki, fidusiar 
vəzifələr əsasən vicdanlılıq (duty of good faith), 
qayğı (duty of care) və sadiqlik (duty of loyalty) 
vəzifələrini ehtiva edir.
Konkret olaraq, hüquqi şəxs adından çıxış edən 
şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə 
orqanlarında (müşahidə şurası, icra orqanı) təmsil 
olunan hər hansı şəxs, təmsil etdiyi hüquqi şəxsin 
mənafeləri üçün vəzifələrini yerinə yetirərkən [i] 
vicdanla, [ii] peşəkar qaydada və məntiqlə hərəkət 
etmək və ehtiyatlı olmağa, [iii] hüquqi şəxsin və 
onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq 
və hüquqi şəxsin maraqlarını öz maraqlarından 
üstün tutmağa borcludur.
5
Mülki Məcəlləyə görə, adıçəkilən fidusiar vəzifələri 
daşıyan hər hansı bir şəxs bu vəzifələrin müvafiq 
hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə 
yetirilməsi üçün öhdəlik daşıyır. Hüquqi şəxs onu 
təmsil edən və ona münasibətdə fidusiar vəzifələri 
olan şəxslərin hərəkətləri və ya hərəkətsizliyi 
ucbatından zərər çəkdiyi təqdirdə, hüquqi şəxs və 
onun qarşısında fidusiar vəzifələri daşıyan şəxslər 
(fidusiar) arasında maraqların toqquşması yaranır. 
Belə ki, bir hüquqi şəxsə zərər vurulmuşdur və onun 
əvəzi ödənilməlidir. Digər tərəfdən zərərin əvəzinin 
ödənilməsinə dair tələbi hüquqi şəxsin adından 
onun fidusiarları irəli sürməlidir. Fiduasiarların 
özlərinə qarşı tələb irəli sürülməsini gözləmək isə 
sadəlövhlük olardı.
Bu problemin həlli yollarından biri Azərbaycanın 
korporativ idarəetmə hüququnda həmin hüquqi 
şəxsin səhmdarlarına və iştirakçıları üçün hüquqi 
1
Azərbaycanda bir çox şirkətlərin təkbaşına icra orqanlarının vəzifə adları direktor olduğu üçün bu məqalədə icra 
orqanı ilə çaşdırılmaması məqsədilə yalnız müşahidə şurası ifadəsindən istifadə olunacaqdır.


32
3/2016
şəxsə dəymiş zərərin əvəzini ödəməsini tələb etmək 
hüququnun müəyyən olunmasıdır ki, bu hüququ da 
qanunverici Mülki Məcəlləyə əlavə etmişdir. Mülki 
Məcəllə bu haqda danışmasa belə, düşünürük 
ki, burada, dəymiş zərərin əvəzinin ödənilməsinə 
dair tələb hüquqi şəxsin adından irəli sürülməli 
və müvafiq vəsaitlər hüquqi şəxsə (yəni - əsl 
zərərçəkənə) ödənilməlidir.

Yüklə 412,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin