Azərbaycanda pambıq hasili Azərbaycanda 2020 ci ildə pambıqçılıq sahəsində 300 min tondan çox məhsul hasil edilib. Ötən ilə nisbətən, pambıqçılıq sahəsində yüksək məhsuldarlıq qeydə alınıb. 2020-ci ildə əldə edilən orta məhsuldarlıq 30 sentneri keçmişdir və bu Azərbaycanın pambıqçılıq tarixində ən yüksək göstəricilərdən biri hesab olunur.
2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektardan çox sahəyə pambıq ekilmişdir. Ən yüksək orta məhsuldarlıq Salyan, Neftçala, Yevlax, Beyləqan, Sabirabad, Saatlı, Ağcabədi və Goranboy rayonlarında qeydə alınıb.
Tarix: 16 Noyabr 2020
Mənbə: Bugünədək Azərbaycanda 300 min tondan çox pambıq yığılı... (agro.gov.az)
Xam pambığın zibilliyinin təyin olunması Xam pambığın zibilliyini təyin etmək üçün götürülmüş orta nümunədən nəmliyi təyin etmək üçün nümunə götürüldükdən sonra qalan pambıqdan əlavə nümunə götürülür. Götürülmüş nümunə qarışdırılır, stolun üstünə bərabər laylarla paylanır,sonra isə bərabər 4 hissəyə ayrılır. Pambığın zibilliyi əl üsulu ilə, ya da 2L-12 və LKM markalı cihazlarda təyin edilir. Zibillik aşağıdakaı düstur ilə təyin olunur.
Maşın yığımının artması tədarük edilən xam pambığın nəmlik və zibilliyinin kəskin artmasına səbəb olmuşdur. Belə ki, yüksək növ xam pambıqda nəmlik 15-17%, zibillik 10-12% ,aşağı növ pambıqda isə nəmlik 30-32%,zibillik 40-42%-ə çatır. Əlverişli hava şəraitində tədarük edilən xam pambıq təbii nəmlik və zibilliyə malik olur və belə pambığı müəyyən müddət saxlamaq mümkündür. Nəmlik və zibilliyin bu göstəricisi standart göstərici adlanır və Dövlət standartlarında öz əksini tapır. Xam pambığın nəmlik və zibillik göstəriciləri DÜİST 16298-70 və DÜİST 10202-71- də öz əksini tapıb
Mənbə: PAMBIĞIN QURUDULMASI (Dərslik) Azərbaycan Dövlət İqtisad Universiteti
V.N Hüseynov, F.Ə. Vəliyev, R.A. Sailov. 759.pdf (unec.edu.az)