25
Qrafik 1.2. Azərbaycan Sənaye Korporasiyasının təşkilati strukturu
Dövlət müəssisələrində işə qəbul və dövlət qulluğunda yardımçı vəzifələrin tutulması
Dövlət müəssisələrində vakant İşyeri olduqda işə qəbul Azərbaycan Respublikasının Əmək
Məcəlləsi və başqa müvafiq normativ hüquqi aktlar əsasında aparılır. Iddiaçı baxılmaq üçün aşağıda
göstərilən sənədləri müvafiq müəssisənin rəhbərliyinə təqdim etməlidir. Sənədlər toplanandan sonra
iddiaçı həmin müəssisənin rəhbərliyi ilə söhbətdən müvəffəqiyyətlə keçdikdə həmin şəxslə müqavilə
bağlanır. Anket, Tərcümeyi-hal, Diplomun surəti (əgər varsa başqa sertifikatların sürəti), Əmək
kitabçasının sürəti, rəngli foto şəkil 2 ədəd (4x6), hərbi biletin surəti, şəxsiyyət vəsiqəsinin surəti tələb
olunur.
Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına da
malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından
təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla
müəyyənləşdirilmİşqaydada qəbul edilə bilərlər.
Dövlət qulluğunda inzibati vəzifələr də həmçinin müsabiqə və müsahibə yolu ilə işə qəbulu həyata
keçirir. Yardımçı vəzifələrə isə işə qəbul (burada işləmək üçün tam orta təhsil mütləqdir) vakansiya
üzrə həyata keçirilir.
Dövlət orqanlarında yardımçı vəzifələrə - kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi,
sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün müsabiqə keçirilmir. Belə ki, yardımçı
vəzifələrin işə qəbulu adi qaydada həyata keçirirlir.
Dostları ilə paylaş: