Azərbaycanda psixoloji FİKİRLƏR



Yüklə 125,95 Kb.
səhifə80/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   72   73   74   75   76   77   78   79   80
psixologiya

QABLİYYƏT VƏ İRSİYYƏT

Qabiliyyət və irsiyyət problemi mütəxəssislərin diqqətini cəlb edən problemlərdən biri olmuşdur. Qabiliyyətlərin təbii ilkin şərtləri olan təbii imkanların bütün digər morfoloji və fizioloji keyfiyyətləri kimi, ümumi genetik qanunları tabe olduğu qeyd olunur. Lakin imkanların irsən keçməsinin mümkün olması fikrini qabiliyyətlərin irsiliyi ideyası ilə eyniləşdirmək olmaz. 1875-ci ildə ingilis antropoloqu və psixoloqu F.Haltonun “Talantın irsiliyi onun qanunları və nəticələri” adlı kitabı nəşr olunmuşdur. Müəllif bir neçə görkəmli şəxsiyyətin qohumluq əlaqələrini öyrənmək belə bir nəticəyə gəlmişdir ki, talant ya ata, ya da ana xətti ilə nəsildən-nəslə keçir. Lakin Haltonun gəldiyi nəticələr elmi mötəbərliyə malik deyildir. O, öz fikrini əsaslandırmaq üçün heç bir elmi dəlil gətirə bilməmişdir. Bununla belə mütəxəssislər belə bir fikrə gəlmişlər ki, əksər hallarda görkəmli şəxsiyyətlərin nəsil ağaçının öyrənilməsi bioloji irsiyyət deyil, həyat şəraitinin, qabiliyyətlərin inkişafı üçün zəruri olan əlverişli ictimai şəraitin irsi xarakter daşımasını sübut edir.

Böyük alman kompazitoru İohan Sebestyan Baxın (1685-1750) dörd oğlu kompozitor olmuş, ümiyyətlə onun ailəsində 18 nəfər görkəmli musiqişunas yetişmişdir. Yaxud, məşhur ingilis alimi Çarliz Darvinin (1809-1882)nəslində bir sıra talantlı adamlar yetişmişdir. Deməli, qabiliyyətlərin inkişafında irsiyyət deyil, həyat, tərbiyə və təlim həlledici amildir.

K.Marks və F.Engels insan təbiətinin dəyişkənliyini və inkişaf imkanlarını xüsusi qüvvə ilə qeyd etməklə bərabər irsiyyəti inkar etmirlər.

“İnsan bilavasitə təbii varlıqdırO təbii varlıq, həm də canlı təbii varlıq olmaq etibarı ilə qismən təbii qüvvələrə həyati qüvvələrə malikdir: o fəal təbii varlıqdır, bu qüvvələr onda imkan və qabiliyyətlər halında, ibstinktlər halında mövcuddur”.

Hər hansı bir sahədə istedad, elmi əsaslar üzərində düzgün təşkil edilən tərbiyə və təlim sayəsində inkişaf edərək yüksək səviyyəyə çata bildiyi kimi, sıhv tərbiyə nəticəsində də kütləşə bilər. İ.M.Seçenov məhz bu cəhəti nəzərə alaraq deyirdi ki

Bədənin, hələ gerçək aləmlə qarşılaşmada mümarisə edilməmiş quruluşu yalnız imkandır. M.F.Axundov istedadlı “fitri cıvhər”, “qabiliyyət cıvhəri” adlandırıb onun, nadan tərbiyə nəticəsində kütləşdiyini göstərərək, ta uşaqlıq çağlarından düzgün istiqamətdə inkişaf etməsinə qayğı ilə yanaşmağı tələb edir.

Ümumiyyətlə, aparılmış tədqiqatlar və ciddi statistika qabiliyyət və talantların irsiliy barədə heç bir əsas vermir. Bu və ya digər təbii imkanın irsən keçməsi qabiliyyətin və talantın irsən keçməsi demək deyildir. Qabiliyyətlərin yaranması üçün zəruri olan təbii imkanlar yalnız müvafiq şəraitdə qabiliyyətin formalaşmasına gətirib çıxara bilir.



1\

Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin