Azərbaycanda psixoloji FİKİRLƏR


ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ VƏ İDDİA SƏVİYYƏSİ



Yüklə 125,95 Kb.
səhifə2/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   2   3   4   5   6   7   8   9   ...   80
psixologiya

ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ VƏ İDDİA SƏVİYYƏSİ

XIX əsrin sonlarında özünüqiymətləndirmənin şəxsiyyətin iddia səviyyəsi ilə bilavasitə əlaqədar olduğunu göstərən maraqlı faktlar müəyyən edilmişdi. 1890-cı ildə U.Cems həmin faktları aşağıdakı orjinal düsturla belə ifadə etmişdi:

müvəffəqiyyət

Özünüqiymətləndirmə- ____________

iddia

Düsturdan göründüyü kimi, özünüqiymətləndirmənin səviyyəsi iki mühüm amilin-müvəffəqiyyət və iddianın qarşılıqlı əlaqəsi ilə şərtlənir. Orta məktəbin riyyaziyyat kursundan bilirik ki, kəsrin qiymətini artırmaq üçün ya onun surətini böyütmək, ya da məxrəcini azaltmaq lazımdır.Formulda bunun iki yolu göstərilir. Özünüqiymətləndirmə formulunu bu baxımdan nəzərdən keçirsək aydın olur ki, insan özünü yüksək qiymətləndirmək üçün kəsrin surətini artırmalıdır, yəni səy göstərməli və müvəffəqiyyət əldə etməlidir, başqa halda isə kəsrin məxrəcini kiçiltməlidir, yəni iddia səviyyəsini aşağı salmalı və özünün ən kiçik müvəffəqiyyətini düzgün qiymətləndirməlidir.

XIX əsrin sonlarında özünüqiymətləndirmə ilə müvəffəqiyyət və iddia arasındakı asılılıq intiutuv surətdə tapmış və ona ümumi şəkildə ifadə etmişdir. Psixologiyada bu problem eksperimental surətdə XX əsrin 30-cu illərindən öyrənilməyə başlanılmışdır.

30-cu illərin əvvəllərində motivasiya məsələləri psixologiyada daha çox aktuallıq kəsb edirdi. Eksperiment prosesində adamlar öz qarşılarına konkret məqsəd qiyurlar? Onlar bu məqsəd müvafiq olaraq müəyyən nəticə əldə etməyə çalışırlar.

Beləliklə, Beləliklə, eksperimentdə iki kəmiyyətlə: a)adamın əldə etmək istədiyi nəticə və; b)faktik olaraq əldə etdiyi nəticə ilə rastlaşırıq.

İnsanın iddia səviyyəsinin yüksək və ya aşağı olması, bir tərəfdən, onun özü haqqındakı təsəvvürlərində, digər tərəfdən isə başqa adamlara münasibətində əks olunur. Bir halda o, “Babam mənə kor-dedi, gəlib-gedənə vur-dedi” mövqeyində dayanır, Yeganə yetir, yetməyənə daş atır”, başqa bir halda isə özünü bir növ “dilsiz-ağızsız” adam kimi aparır. Bu zaman tərbiyə yolu ilə onların iddia səviyyəsini dəyişmək zərurəti meydana çıxır. Hər bir konkret halda iddia səviyyəsini şərtləndirən amilləri psixoloji səriştə ilə təhlil etmək və onları aradan qaldırmaq üçün təsirli tədbirlər müəyyən etmək lazımdır.

“Ağac bar gətirdikcə, başını aşağı dikir” hikmətli atalar sözüdür.Onun psixoloji mənası vardır. Kiçik yaşlarından başlayaraq uşaq və yeniyetmələrdə öz uğurlarına düzgün münasibət yaratmaq-iddia səviyyəsini tənzim etməyin başlıca yolu belədir.

Özünü qiymətləndirmə formulu ilə tanış olarkən insanın əldə etdiyi müvəffəqiyyətin əhəmiyyətini qeyd etmişdik. İnsan özünün istər təlim, istərsə də əmək fəaliyyətində heç bir çətinlikdən qorxmamalı, onları mətanətlə aradan qaldırmalı və başladığı işi müvəffəqiyyətlə başa çatdırmalıdır. Tərbiyə işi də şəxsiyyəti buna yönəldilməlidir. lakiin, insanın əldə etdiyi müvəffəqiyyət onun özünə verdiyi qiymətləri mexaniki şəkildə müəyyən etmir. İnsanın öz müvəffəqiyyətlərinə düzgün münasibət bəsləməsi psixoloji baxımından xüsusilə mühüm əhəmiyyət kəsb edir. bu isə iddia səviyyəsinin süni surətdə artması yolu ilə deyil, onun tənzim edilməsi, optimallaşdırılması yolu ilə əldə edilir. Biz tərbiyən prosesində bu cəhətə xüsusi diqqət yetiririk. Çox maraqlıdır ki, insan özü də müxtəlif həyat situiasiyalarda iddia səviyyəsini spesifik yollarla optimallaşdırılır. Və bu məqsədlə psixoloji müdafiənin müxtəlif formalarından istifadə edir.


PSİXOLOGİYANIN BAŞQA ELMLƏRLƏ ƏLAQƏSİ

İnsan haqqında elmlər kompleksstində psixologiya elmi mühüm yer tutur. Məşhur sovet filosofu akademik B.M.Kedrov elmlərin təsnifatını üçbucaq şəklimdə “təsvir” olunduğunu göstərir. Fəlsəfi elmlər, humanitar elmlər və təbii elmlər. B.M.Kedrovun təsnifatında başlıca cəhət ondan ibarətdir ki, psixologiya “elmlər üçbucağının” lap mərkəzində yerləşmişdir. Bu o deməkdir ki, psixologiya fəlsəfi, humanitar və təbii elmləri bir-biri ilə əlaqələndirən vasitə rolunu oynayır.

Elmi biliklərin ümumi sistemində psixologiyanın ən başlıca funksiyası ondan ibarətdir ki, psixologiyada bir çox elm sahələrinin naliyyətlərini sintez edərək insanı öyrənən elmlərin inteqrasiya vasitəsi kimi özünü göstərir. Psixologiyanın öyrəndiyi məsələlər müxtəlif elmləri maraqlandırır. Həmin elmlərə daxildir: sosiologiya, demoqrafiya, etika, estetika, siyasi, hüquq, iqtisadi, tarix elmləri, pedaqogika, dilçilik,kriminologiya, semiotika, etnoqrafiya, antropologiya və s.

Psixologiyanın sahələri-psixolinqvistika, iqtisadi, sosial, pedaqoji, tibbi, mühəndislik, psixologiyası və s. mühüm elmi, həm də praktik əhəmiyyətə malikdir. Psixologiyanın başqa elmlərlə əlaqəsi çoxcəhətlidir, hətta onların hüdunda ayrıca psixoloji bilik sahələri formalaşmışdır. Məsələn, ictimai elmlər (sosiologiya, iqtisadiyyat, hüquq və s.) sosial psixologiya, onunla bağlı olan tarix, iqtisadi, etnik, hüquqi, siyasi. Pedaqoji və s. psixologiya, psixolingivistika, incəsənət psixologiyası və s. formalaşmışdır. Təbii elmlərə isə zoopsixologiya, müqayisəli psixologiya, psixofiziologiya, psixokimya, tibbi psixologiya, neyropsixologiya və s. təşəkkül etmişdir. Texniki elmlərlə psixologiyanın hüdudunda əmələ gələn elmlər içərisində isə mühəndislik psixologiyası mühüm yer tutur. Təyyarəçilik psixologiyası və kosmik psixologiyanın meydana gəlməsi və inkişafı da elmi-texniki tətrəqqi ilə bağlıdır.

Psixologiyanın müstəqil elm kimi formalaşması da fəlsəfi, humanitar və təbii elmlərlə bilavasitə bağlıdır. Bir tərəfdən, fəlsəfi və humanitar elmlərin, digər tərəfdən isə təbii elmlərin inkişafı prosesində psixoloji elmlərin problemləri əmələ gəlmişdir. Müasir dövrdə psixologiyanın şəbəkəsi daha da genişlənmişdir. Psixologiya psixi həyatın qanunlarını öyrənərkən bu və ya digər dərəcədə insan problemini tədqiq edən bütün başqa elmlərin naliyyətlərindən istifadə edir. O. Bu naliyyətlərdən istifadə etmədən inkişaf edə bilməz. Psixologiya elminin metodları da, bu prosesdə formalaşmışdır.

Elmi-texniki inqilab şəraitində hər hansı bir elmin başqa elmlərlə qarşılıqlı əlaqəsi nə qədər zəruri olsa da, burada bir elmin nəzəri sxemlərinin və metodlarının mexaniki surətdə başqa bir elm sahəsinə keçirilməsi üçün imkan yaranır. Elmşunaslıqda belə hallara reduksionizm (latınca reduetro-qayıtma, geriyəçəkmək deməkdir) deyilir.

Psixologiya sahəsində reduksionizmpsixi hadisələrin fizioloji, biokimyəvi, biofiziki hadisələrə müncər edilməsi. Onlarla qarşılaşdırılması, hətta əvəz edilməsikimi özünü göstərir. Bu cəhətdən psixologiyada reduksionizmmin müxtəlif formalarını-fizioloji, bioloji, kibernetik, sosioloji, riyazi və s. formalarını fərqləndirirlər.reduksionizmmahiyyət etibarilə psixoloji qanunauyğunluqları təhrif edir və ya bilavasitə inkar edir. Sistemlik prinsipinin tətbiqi reduksionizm hallarının aradan qaldırılması üçün xüsusi əhəmiyyətə malikdir.,

Psixologiyanın başqa elmlərlə qarşılıqlı əlaqəsi onun inkişafınınbaşlıca şərtidir. Yeni problemlər bu zəmində meydana çıxır. Onun əsasında yeni metodlar formalaşır, yeni faktlar əldə olunur, yeni konsepsiya və nəzəriyyələr yaradılır.




Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin