Azərbaycanda psixoloji FİKİRLƏR


Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizlmləri haqqında elmdir



Yüklə 125,95 Kb.
səhifə4/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   2   3   4   5   6   7   8   9   ...   80
psixologiya

Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizlmləri haqqında elmdir.

Psixologiyanın vəzifəsi-insan münasibətlərinin öyrənilməsi, fəaliyyət və ünsiyyət probleminin öyrənilməsi insan amilinin rolunun gücləndirilməsinin yolları vasitələri və üsullarının müəyyən edilməsi təşkil edir.

Psixologiya elmi öz inkişafında müxtəlif mərhələlərindən keçmişdir:

1.elməqədərki mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan əvvəlki VII-VI əsrlərə qədər dövrü əhatə edir. bu dövrdə ruh haqqında təsəvvürlər çoxsaylı mif vəəfsanələrində nağıl və ilkin dini inamlarda öz əksini tapmışdır.

2şİlkin elmi təsəvvürlər mərhələsi. Bu dövr e.ə.VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir.

3.Psixologia elminin inkişafında III mərhələsi Almaniyada V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasının yaranması ilə başlayır. Eksperimental psixologiya laboratoriyasının yaranması ilə başlayır. Eksperimental psixologiya llaboratoriyası yarandıqdan sonra psixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə çevrildi. Lakin V.Vundun qurduğu psixoloji model insanın ruhi aləmi, emosional haləti, şəxsiyyətin strukturu ilə bağlı yeni faktlar verə bilmədi. Belə vəziyyət alimləri psixikanın tətbiqi ilə bağlı yeni metodlar axtarmağa sövq etdi. Bu dövrü psixoloqlar metodoloji böhran dövrü adlandırırlar. Vahid məqsədə gələ bilməmələri nəticəsində XX əsrin əvvəllərində psixologiyada bir neçə istiqamət meydana çıxdı. Nəticədə psixologiyada psixoanaliz biheviorizm geştaltpsixologiya makssist psixologiya istiqamətləri və məktəbləri yarandı.

4.XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri-humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir.,


Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin