MÖVZU 4. ŞƏXSİYYƏT VƏ ŞƏXSİYYƏTLƏRARASI MÜNASİBƏTLƏR
İnsan orqanizm, fərd və şəxsiyyət səviyyəsində xarakterizə etmək olar. Bu anlayışlar bir-birilə qarşılıqlı əlaqədədir, lakin onlardan hər birinin özünəməxsus evristik mənası vardır.Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı isə sosial elmlər kontekstində formalaşmışdır.
Orqanizm şeniş anlayışdır. Hər bir canlı varlıq-birki də, heyvan da, insan da orqanizmdir. Psixologiya insanı orqanizm kimi deyil, Fərd və şəxsiyyət kimi öyrənir.
Hər bir insan, bir tərəfdən, bioloji varlıqdır, digər tərəfdən, sosial varlıqdır. Onun bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji xüsusiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji xüsusiyyətlərini şəxsiyyəttermini ilə ifadə edirlər. İnsanın həyat fəaliyyətində bu iki cəhət bir-birilə elə uzlaşır ki, biz çax vaxt nəinki onları aydın şəkildə fərqləndirmək, hətta bu haqda fikirləşmirik. İnsanın fərd və şəxsiyyət kimi xarakteristikalarb vəhdət təşkil etsə də, onları eyniləşdirmək olmaz. Təsadüf içərisində heyvanlar arasına düşmüş və onların içərisində böyümüş uşaqlara aid faktlar məlumdur.
Elmə təxminən 50-yə qədər belə hadisə məlumdur.Müxtəlif heyvanlar-meymun, canavar, ceyran, ayı və s. Içərisində böyümüş belə uşaqların ancaq bir neçəsi, xüsusilə 1920-ci ildə Hindistanda canavar yuvasından tapılmış, Kəmalə və Amalə adlandırılmış qızlar psixoloqlar tərəfindən nisbətən ətraflı öyrənilmişdir.
Uşağı fərd kimi səciyyələndirərkən, birinci növbədə, onun insan növünə mənsub olduğunu qeyd edirik. Bunu başa düşmək üçün , insan balası heyvanlar içərisinə düşdükdə belə, heyvan balasına çevrilmir, insan olaraq qalır. Amalə və Kəmaləni canavar balaları ilə müqayisə etsək, bu cəhəti aydın görə bilərik, onların bədənləri, beyinləri, əlləri və s.-nin quruluşu nəinki canavarın, hətta meymunun bədəni, beyni və ya əllərinin quruluşundan kəskin surətdə fərqlənir.
Bədənin kondıqurasiyası dik yerimək, beynin quruluşu intellektin inkişafı, əllərin quruluşu alətlərdən istifadə etmək üçün imkan yaradır. Heyvanlar mühitində insan övladının bu imkanları tam həyata keçmir.
Lakin bununla belə o, özünün bu xüsusiyyətləri ilə heyvanlar balasından kəskin surətdə fərqlənir.
Fərd anlayışı bu cəhətdən də maraqlıdır: eyni növlü bitki və heyvanlar bir-birindən müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji baxımdan onlar bir-birlərinə oxşamırlar.
Fərd-özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq deməkdir. Fərd anlayışının evristik mənası da elə bundan ibarətdir.
Bu baxımdan hər bir adam-həm təzə doğulmuş uşaq, həm də hansı bir yaşlı adam fərddir. Eyni sözləri biz Amalə və Kəmalə haqqında da deyə bilərik, onlar da fərddirlər.
İnsan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə çevrilir.
Sovet psixologiyasında şəxsiyyətin 50-dən çox tərifi məlumdur. Bu gün şəxsiyyət haqqında hamı tərəfindən qəbul edilən tərif olmasa da, müəlliflərin hamısı şəxsiyyəti xarakterizə edərkən iki cəhətə xüsusi diqqət yetirirlər. Həmin cəhətlər aşağıdakılardan ibarətdir:
a)məlumdur ki, insanın mahiyyəti öz gerçəkliyində ictimai münasibətlərin məcmusundan ibarətdir.
Bütün ictimai münasibətlər sistemi qanunauyğun surətdə bmaddi nemətlər istehsalı üsulundan asılıdır: istehsal prosesində insanlar maddi məhsullar, yaşayış vasitələri yaratnaqla kifayətlənmirlər. Onlar maddi nemətlər istehsal etməklə öz ictimai münasibətlərini də istehsal və təkrar istehsal edirlər.
Yəni cəmiyyət şəxsiyyət üçün müəyyən bir xarici mühit deyildir. O, cəmiyyətin üzvi kimi ictimai münasibətlər sisteminə obyektiv surətdə daxil olur.
Şəxsiyyət motivləri, cəhdləri, yönəlişləri, adətləri, rəğbəti və nifrəti onun istehsala, mübadilə və istehlaka obyektiv münasibətlərinin necə olmasından. Hansı vətəndaşlıq hüquqlarına malik olmasından, cəmiyyətin siyasi və ideoloji həyatına necə daxil olmasından asılıdır.Bu prosesdə insanda müxtəlif sosial keyfiyyətlər formalaşır ki, onlar da sistemli xarakter daşıyır, insanın əməl və hərəkətlərində, intellektual, emosional, iradi və b. Xassələrində ifadə olunur. Şəxsiyyət dedikdə, fərd bu və ya digər cəmiyyətin üzvi kimi xaraterizə edən sosial keyfiyyətlərin sistemi nəzərdə tutulur.Şəxsiyyətin mahiyyətini “nəonun sağğalı, nə qanı, nə abstrakt fiziki təbiəti deyil, sosial keyfiyyətləri təşkil edir” (K.Marks)
“Sosial” bu keyffiyyətlər ictimai münasibətlərin mənimsənilməsi zəminində əmələ gəldiyi üçün onlara sosial keyfiyyətlər deyilir.
b)şəxsiyyət ictimai proseslərə daxil olmaqla öx həyat şəraitini fəal surətdə dəyişməyə başlayır. O, münasibət subyektinə, şüurlu fəaliyyət subyektinə çevrilir. Bu o deməkdir ki, şəxsiyyət ancaq şüur və mənlik şüurunun yaranması ilə birlikdə əmələ gəlir.
Şəxsiyyət mürəkkəb fenomendir. O, psixoloji baxımdan müxtəlif xüsusiyyətlərlə xarakterizə olunur. Bu nöqteyi nəzərdən aşağıdakıları xüsusilə qeyd etmək olar:
-İctimai fəallıq: şəxsiyyət öz fəaliyyət dairəsini ardıcıl surətdə genişləndirir, nəinkiöz həyat yolunu müəyyən edir. Həm də həyat şəraitini dəyişdirir, ən meürəkkəb həyat situasiyalarda öz daxili inamına və həyat mövqeyinə görə hərəkət edir. -Motivlərin davamlı sistemi:motivlərin-maraqlar, əqidə və s. Üstünlük təşkil edən sistemi formalaşır və onlar şəxsiyyətin istiqamətini müəyyən edir.
-Şəxsi məna_şəxsiyyətin tələbatına və s. Uyğun gələn obyektlər onun üçün şəxsi məna kəsb edir. Bu cəhət birinci növbədə şəxsiyyətin sosial yönəlişləri və həyat mövqeyində, emosiya və hisslərində, maraq və meyllərində özünün aydın ifadəsini tapır.
-Münasibətlər-şəxsiyyətin nüvəsini təşkil edir. İnsanın başqa adamlara, əməyə, şeylərə, özünə münasibətləri onun şəxsiyyətini xarakterizə edir. Şəxsiyyətin mənlik şüuru da nəticə etibarilə onun münasibətləri ilə müəyyən olunur və s.
Şəxsiyyət fərd üçün subyektiv olaraq onun məni-özü haqqında təsəvvürlər sistemi (mən obrazı, mən konsepsiyası) kimi meydana çıxır. Şəxsiyyətin özünə verdiyi qiymətlərdə, özünə hörmət hissində, iddia səviyyəsində və s. Onun özü haqqında təsəvvürləri əks olunur.
Nəzərdən keçirdiyimiz xüsusiyyətlər heyvanlar arasında böyümüş uşaqlarda müşahidə olunmur. Buna görə də onlar fərddirlər., lakin şəxsiyyət deyildirlər.O, ünsiyyət və fəaliyyət prosesində ictimai münasibətləri mənimsədikcə şəxsiyyətə çevriləcəkdir.
Şəxsiyyətə çevrilmək müəyyən həyat mövqeyi, hər şeydən əvvəl, əxlaqi mövqe tutmaq, öz mövqeyini cəmiyyətin üzvü kimi aydın dərk etmək və onun üçün məsuliyyət daşımaq, özünün əməlləri, işləri, bütün həyatı ilə onu təsdiq etmək deməkdir.
Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Burada dialektik surətdə iki proses uzlaşır. Bir tərəfdən, şəxsiyyət ictimai münasibətlər sisteminə daha geniş daxil olur, onun insanlarla və ictimai həyatın müxtəlif sahələri ilə əlaqələri genişlənir və dərinləşir, məhz bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyir, onu öz sərvətinə çevirir.. Şəxsiyyətin inkişafının bu cəhəti onun ictimailəşməsi (sosializasiyası) kimi xarakterizə olunur. Digər tərəfdən, şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə qovuşduqca, eyni zamanda daha çox müstəqillik, nisbi avtonomluq kəsb edir, yəni onun cəmiyyətdə inkişafının mühüm cəhətini fərdiləşmə prosesi təşkil edir. Bu o deməkdir ki, ictimai inkişaf prosesində insan şəxsiyyətə çevrildikcə onun özünəməxsus (təkrarolunaz) həyat tərzi və öz daxili aləmi formalaşır.
Psixologiyada bu mühüm elmi faktı ifadə etmək üçün fərdiyyət anlayışından istifadə olunur. Fərdiyyət temperament və xarakter əlamətlərində, tələbatların, maraqların, intellektin, qabiliyyətlərin və s. Özünəməxsus xüsusiyyətlərində təzahür edir. Fərdiyyət insanın anatomik-fizioloji imkanları ilə bu və ya digər dərəcədə bağlı olsa da,onun təkrar olunmaz bioqrafiyasını, həyat tarixini əks etdirir. Tərbiyə prosesində onun nəzərə alınmasının-adamlara, eləcə də uşaqlara fərdi yanaşmasının böyük praktik əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |