c)Tələbatlar insanın konkret həyat şəraitində aktivliyini şərtləndirir. İnsan öz tələbatlarını təmin etməlidir. Əgər balə bir imkan yoxdursa, o, müvafiq tələbatı yaxın tələbatlarla əvəz etməli, hətta lazım gəldikdə onu boğmalıdır. Özünün bu xüsusiyyətlərinə görə tələbatlar konkret istiqamətə malik olur: insan onları təmin etmək üçün müvafiq üsul və vasitələr axtarmağa təhrik edir. Bu o deməkdir ki, şəxsiyyətin fəallığının mənbəyini tələbatlar təşkil edir.
Tələbatların müxtəlif növləri vardır. Onları ayrı-ayrı meyarlara görə ayrı-ayrı istiqamətlərdə təsnif etmək olar. XX yüzillikdə bu məsələyə xüsusi diqqət yetirilmişdir. Müasir psixologiyada tələbatların onların təsnifatı məlumdur. Mənşəyinə görə tələbatların növlri: təbii (Üzvi) və mədəni tələbatlarla tanış olur.
Bütün adamlarda yeməyə, yuxuya, əks cinsə, soyuqdan və yaxud həddindən artıq istidən qorunmağa və s. Tələbat vardır. Bunlar təbii tələbatdır. Mədəni tələbatların növləri genişdir.
Tələbatların predmetinə görə də iki yerə-maddi və mənəvi tələbatlara bölürlər. Qidaya, geyimə, mənzilə, məişət şeylərinə və s. Olan tələbatlar predmetinə görə maddi tələbatlar hesab olunur. Mənəvi tələbatlara isə aşağıdakıları misal göstərmək olar: əmək, ünsiyyət, qəzet və jurnal oxumaq, rəsm əsərlərinə, təbiət mənzərələrinə, kimoya və digər tamaşalara baxmaq, musiqi dinləmək və s. Tələbatları. Bu tələbatlar içərisində əmək tələbatının əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Əmək insan tələbatlarının formalaşmasının ən başlıca şərtidir. Ünsiyyət tələbatının da rolu böyükdür. K.Marks başqa adamı “ən böyük sərvət” adlandırırdı. O, yazırdı ki, insan həmişə “başqa insan kimi ən böyük sərvətə tələbat hiss edir”. İnsanın bütün tələbatları onun əmək və ünsiyyət tələbatlarının inkişaf səviyyəsi bilavasitə bağlıdır.
Tələbatlar özünəməxsus ierarziya təşkil edir. Onun aşağı səviyyələrini ibtidai (sadə) tələbatlar, yuxarı səviyyələrini isə ali tələbatlar təşkil edir.
Genatik baxımdan maddi(təbii) tələbatlar birincidir, mənəvi və mədəni tələbatlar onların əsasında formalaşır. Mənəvi və mədəni tələbatlar maddi tələbatlarla ayrılmaz surətdə əlaqədardır.Onların adətən maddi şeylər (kitab, qəzet, televizor, not kağızı, rənglər və s.) vasitəsilə təmin olunması da bunu sübut edir. Mənəvi və mədəni tələbatlar da maddi (təbii) tələbatların formalaşması prosesinə mühüm təsir göstərir.
Təbii tələbatlara vital(latınca vitalis-həyat deməkdir)n tələbatlar deyirlər. Onlar insanın həyat fəaliyyəti üçün zəruridir, əgər zəruri tələbatla, xüsusilə yeməyə, tuxuya və s. Tələbatlar təmin oluna bilməzsə, insan özü mütləq məhv olar və nəsil davam etdirmək imkanından məhrum olar. Mədəni və mənəvi tələbatlar təmin edilmədikdə, insan məhv olmur, lakin ondakı insanı cəhətlər ciddi zərər çəkir. Ali tələbatların təmin olunması şəxsiyyətin daxili aləminin zənginləşməsinin zəruri şərtidir.
Tələbatlar dinamik xarakter daşıyırlar. İnsanın fəaliyyət və ünsiyyət sahəsi genişləndikcə onlar da dəyişirlər. Tələbatların bu mühüm xüsusiyyəti öz əksini onda tapır ki, təmin olunmuş hər hansı bir tələbatın zəminində yeni, daha yüksək tələbatlar formalaşır və inkişaf edir.
Tələbatlarların inkişafı istehsalın inkişafı ilə bağlıdır. Tələbat olmasa, istehsal da olmaz. Tələbat istehsalı genişləndirir, dəyişdirir və inkişaf etdirir. İstehsal tələbat arasında dialektik əlaqə mövcuddur. Onlar bir-birini şərtləndirir, bir-birini zəruri edir. Yeni istehsal məhsulu yaranan kimi buna tələbat da yaranır və bu tələbat sonra nisbi müstəqillik kəsb edir.
Tələbat nisbi müstəqillik kəsb etdikdən sonra onun səviyyəsihəmişə istehsalın səviyyəsini qabaqlayır, ondan irəlidə gedir, onların arasında müəyyən mənada dialektik ziffiyyət yaranır.
İnsanlar öz tələbatlarını müxtəlif üsullarla təmin edirlər. Üsulların özləri hər hansı biri əlverişli şəraitdə tələbata çevrilə bilər. İnsanın ictimai təcrübəni mənimsəməsi həm də onların tələbatların təmin olunması üsullarına yiyələnməsi prosesidir. Bu prosesdə üç cəhəti xüsusilə ayırmaq olar:
a)tələbatların təmin olunması üsullarına konkretləşməsi və fəallaşması: hər bir tələbat müəyyən üsulla təmin olunur. Şəraitdən və şəxsiyyətin özünün səviyyəsindən asılı olaraq bu üsullar daha da fərdiləşir.
b)tələbatların təminolunma üsullarına dərk olunması: tələbatların məzmunu öz əksini şüurda tapır, bunun da nəticəsibndə tələbatların təmin olunması üsullarının konkretləşməsi prosesinin özü şüurlu xarakter kəsb edir: yəni insan öz tələbatlarını daha səmərəli üsullarla təmin etməyə başlayır. “Ağıllı tələbatlar” dedikdə, birinci növbədə, bu cəhəti , yəni insanın öz tələbatlarını ağıllı surətdə təmin etməsini nəzərdə tuturlar. Əks halda tələbatların təmin olunması prosesi süniləşir, “əşya xəstəliyi” əmələ gəlir.
c) tələbatların təminolunma ictimailəşməsi: insan mədəni və mənəvi sərvətlərə yiyələndikcə, onda ali tələbatlar formalaşır. Mədəni və mənəvi tələbatların formalaşması prosesində isə təbii tələbatların məzmunu və onların təminolunma üsullarının xarakteri köklü surətdə dəyişir. Təbii tələbatlar, yaşamaq vasitəsinə çevrilirlər.
Tələbatların təminolunma üsullarının ictimailəşməsi psixoloji baxımından böyük əhəmiyyətə malikdir. K.Marks yazırdı: “Aclıq aclıqdır, lakin cəngəl və bıçağın yardımı ilə bişmiş ət yeməklə təmin olunan aclıq, əl, dırnaq və dişlərin köməyi ilə çiy əti udmağa vadar edən aclıqdan fərqli aclıqdır”.
Bu fərqlər onunla izah olunur ki, insanın tələbatı cəmiyyətdə, konkret tarixi şəraitdə formalaşır və inkişaf edir. Tələbatların məzmunu da, təminolunma üsulları və vasitələri də cəmiyyətin inkişaf səviyyəsi ilə şərtlənir.
İnsanın tələbatları ictimai-tarixi xarakter daşıyır. İnsan tələbatlarının spesifik xüsusiyyətləri fəaliyyətin, birinci növbədə, əməyin sosial təbiəti ilə müəyyən olunur.
Heyvan və insan tələbatlarının bir mühüm fərqinə də bu baxımdan diqqəti cəlb etmək lazımdır. Heyvanın davranışı bilavasitə onun tələbatları ilə müəyyən olunur: acmış heyvan qida axtarmağa başlayır. İnsan fəaliyyətinin məzmunu isə bütünlüklə onu doğuran tələbatlarla müəyyən edilmir. Tələbat insanı fəaliyyətə təhrik edir, lakin fəaliyyətin məzmunu bilavasitə tələbatla deyil, fəaliyyətin məqsədilə şərtlənir.
Şəxsiyyətin tələbatları ilə onun fəaliyyətinin məqsədi arasında əlaqə psixoloji aspektdə motivlər vasitəsilə yaranır.
MOTİVLƏR
Tələbatlar öz-özlüyündə fəaliyyətin məqsədyönlü, xarakterini müəyyən edir. İnsanın tələbatlarında onları təmin edəcək predmetlər dəqiq yazılmamışdır: eyni bir tələbat müxtəlif predmetlərlə, müxtəlif üsullarla təmin edilə bilər. İnsan öz tələbatlarını təmin etmək üçün işə başladıqda-yalnız bu zaman tələbatları təmin edəcək predmet müəyyənləşir-tələbatlar “əşyaviləşməyə” başlayır, onların əsasında motivlər əmələ gəlir.
Motivlərin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Bu mahiyyət eibarilə şəxsiyyəti fəaliyyətdə öyrənmək deməkdir. İnsan fəaliyyətinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o, həmişə məqsədəyönlüdür. Məqsədgüdmə, yaxud müəyyən məqsədə yönüm-insanın psixoloji cəhətdən çox mühüm xüsusiyyətidir. Fəaliyyət insanın məqsədini müəyyən edən amil kimi özünü göstərərək onun bütün proseslərini bir-birilə əlaqələndirir və onları fəaliyyətin ümumi strukturunda üzvi şəkildə birləşdirir. Lakin bununla belə aydındır ki, insan heç də özünün bütün məqsədlərini fəaliyyət prosesində eyni dərəcədə reallaşdıra bilmir.
Məqsəd fəaliyyət prosesində özünün müəyyənedicirolunu oynaya bilməkdən ötrü insan üçün şəxsi məna kəsb etməli, onun daxili təhrikinə çevrilməlidir, onun kökləri nəinki insanın şüurunda , həm də qəlbində olmalıdır, yəni şəxsiyyətin motivləri ilə üzvi surətdə uzlaşmalıdır.
Motiv (latıncamovere-hərəkətə gətirmək, itələmək deməkdir) dedikdə tələbatların təmin olunması ilə əlaqədar olaraq insan fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur. Şəxsiyyətin motivlərini müəyyən etmək üçün bu sualı aydınlaşdırmaq lazımdır. İki tələbə təsəvvür edin: onlardan biri elmə dərindən yiyələnmək, o biri isə yüksək təqaüd almaq üçün əla qiymətlərlə oxuyur. Bu o deməkdir ki, onların təlim motivləri bir-birindən fərqlənir., halbuki hər iki tələbənin tələbatı eynidir. Onlar ali təhsil almaq üçün instituta daxil olmuşlar. Bu insanın tələbatlarını aydınlaşdırarkən “nə üçün fəallıq göstərir?”-sualına cavab veririk. Motivlərini təhlil edəndə isə, bu və ya digər hərəkətlərin (işin, əməlin) nəyin naminə icra olunduğunu aydınlaşdırmaq lazımdır.
Şəxsiyyətin motivləri onun fəalıiyyətinin istiqamətini müəyyən edir. Fəaliyyətin konkret xarakteristikası motivə deyil, məqsədlə müəyyən olunur. Bir tərəfdən, eyni bir motiv zəminində müxtəlif məqsədlər formalaşır, digər tərəfdən, eyni bir məqsəd müxtəlif formalarda müxtəlif motivlərlə bağlı olur. Motivlə məqsədin dialektik əlaqəsi belədir. Lakin bütün hallarda motiv psixoloji funksiyası eynidir: o, insanı fəaliyyətə təhrik edən və onun fəaliyyətinin istiqamətini müəyyənləşdirir. Bu iki cəhət (təhriketmə və istiqamətləndirmə) bir-birilə vəhdət təşkil edir və motivin əsas funksiyaları kimi meydana çıxır.
İnsanı fəaliyyətə təhrik edən müxtəlif hadisə və halətlər motiv kimi özünü göstərir: əqidə və dünyagörüşü, maraqlar və emosiyalar, həvəs, yönəliş, ideyalar və s. buna misal ola bilər. Bir sıra hallarda tələbatların özləri də motivə çevrilirlər. Məsələn: axşam vaxtıdır. Ailə süfrə başına yığılmışdır. , çörək azdır. Ata mağazaya gedib çörək alır. Onların bu hərəkətinin motivi çörəyə olan tələbatıdır.
Motivlər çoxdur. İnsanın fəaliyyətə eyni vaxtda müxtəlif motivlər təhrik edə bilər. Lakin bütün hallarda, onlar da, tələbatlar kimi, ierarxik quruluşa malikdir: motivlərdən biri əsas, aparıcı, digəri isə-ikinci dərəcəli olur: sonuncular əsas motivlərdən asılıdır, onlara tabedir, hətta bəzən yalnız əlavə təhrik funksiyasını yerinə yetirirlər. Şəxsiyyət üçün həyati məna kəsb edən, onun, həyatının mənasına çevrilən, həyat perspektivlərini ifadə edən motivlər əsas motivlər kimi meydana çıxırlar.
Dostları ilə paylaş: |