Azərbaycanda psixoloji FİKİRLƏR



Yüklə 125,95 Kb.
səhifə65/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   61   62   63   64   65   66   67   68   ...   80
psixologiya

TƏFƏKKÜRÜN NÖVLƏRİ

Psixologiya təfəkkürü mühüm idrak fəaliyyəti kimi öyrənərkən müxtəlif əsaslara görə onu növlərə ayırır. Hər müxtəlif ümumiləşdirmə səviyyəsində düşünə bilər, yaxud təfəkkür prosesində qavrayışa, təsəvvürə, məfhumlara az və ya çox dərəcədə istinad edə bilər.

Təfəkkürün fəallıq dərəcəsi, gerçəkliyi adekvat surətdə əks etdirmə səviyyəsi ayrı-ayrı adamlarda eyni olmur. Bütün bu cəhətlərə görə təfəkkürü müxtəlif növlərə ayırırlar.

Ə y a n i - ə m ə l i t ə f ə k k ü r ən çox bilavasitə təsir edən cisim və hadisələrin dərk edilməsi ilə əlaqədardır, yəni əşyalar üzərində praktik fəaliyyətlə bağlı təfəkkür mövcuddur. Təfəkkürün bu növü 3 yaşına qədər uşaqlarda üstün mövqe tutur. Əyani-əməli təfəkkür daha çox hərəkətlərin köməyi ilə həyata keçirilir. Məsələn, kiçik uşaqdan: “Bu körpünü nüçə qurmusan?” deyə soruşduqda, “Bax, belə” deyə quraşdırdığı körpünü uçurub, yenidən qurmağa başlayır. Bu zaman uşaq öz fikrini hərəkətlərin köməyi ilə ifadə edir. Yalnız ontogenetik inkişafda deyil, filogenezdə də əvvəlcə əşyavi təfəkkür olmuş, insan bilavasitə əşyalarla əməliyyat aparmışdır, fikri məsələ fəaliyyət prosesinin özündə həll edilmişdir. İnsanda təfəkkürün inkişafı məhz bu növdən başlamışdır. Onun ilk əmək fəaliyyəti prosesində fikri fəaliyyət əşyavi-praktik fəaliyyətdən ayrılmamışdır. Ontogenezdə də uşaq təfəkkürünün inkişafı bundan başlayır.

Ə y a n i – o b r a z l ı təfəkkür prosesində fikri fəaliyyət qavrayış və təsəvvür materiallarına, başqa sözlə, obrazlı materiala istinad edir. Yəni bu halda cisim və hadisənin qavrayış və təsəvvür surətləri təhlil edilir, müqayisədən keçirilir və s.

Məşhur İsveçrə psixoloqu J.Piajenin 7 yaşlı uşaqlar üzərində apardığı bir ekperiment bu cəhətdən diqqəti cəlb edir. Uşaqların gözü qarşısındaxəmirdən eyni böyüklükdə və çəkidə iki kündə düzəldirlər. Uşaqlar baxır və “onların eyni olduğunu” deyirlər. Bundan sonra kündənin birini yayıb kökə düzəldirlər. Uşaqlardan soruşurlar:-bunların-kündə və kökənin çəkisi eynidir, yoxsa biri o birisinə nisbətən ağırdır? Onlar görürlər ki, kökəni düzəldərkən kündəyə heç nə əlavə edilmədi, sadəcə olaraq onun forması dəyişdirildi. Lakin buna baxmayaraq uşaqlar belə hesab edirlər ki, kökə kündədən aöırdır. Bu isə təsadüfi deyil. Uşaq təfəkkürü qavrayışa istinad edir. Kökə nisbətən böyük sahə tutduğu üçün uşaqların gözünə daha ağır görünür.

Ontogenetik inkişafda əyani-obrazlı təfəkkür daha çox kiçik yaşlı uşaqlarda özünü göstərir, həm də demək olar ki, bu yaş mərhələsində hələ məfhumu və ya mücərrəd təfəkkür kifayət qədər aydın nəzərə çarpmır.

M ü c ə r r ə d t ə f ə k k ü r zamanı fikri fəaliyyət əsasən üçumi və mücərrəd məfhumlara istinad edir. Dəyər, ədalət, xoşbəxtlik, kəmiyyət, keyfiyyət və s. haqqında fikirləşmək mücərrəd təfəkkürə misal ola bilər. Sözlü-məntiqi və ya mücərrəd təfəkkür sayəsində təbiətin, cəmiyyətin, insanın özünün inkişafının ümumi qanunauyğunluqlarını müəyyənləşdirmək mümkündür. Həmin təfəkkür sayəsində fikri məsələlərin ümumiləşdirilmiş şəkildə həlli mümkün olur.

Əməli məsələlərin həlli ilə əlaqədar olan təfəkkür ə m ə l i t ə f ə k k ü r adlanır. Onun köməyi ilə şagirdlər laboratoriylarda, tədris-təcrübə sahəsində, texniki dərnəklərdə və s. müxtəlif fənlərdən öyrəndikləri nəzəri bilikləri təcrübəyə tətbiq edir, müxtəlif bacarıq və vərdişlərə yiyələnirlər.. Model, alət və cihazlar düzəltmək, onlardan bacarıqla istifadə etmək əməli təfəkkürün fəaliyyəti ilə əlaqədardır.

Əgər təfəkkür texniki məsələlərin həllinə yönəlir və bu sahədə yüksək göstəricilərə nail olmağa imkan yaradırsa, bu, t e x n i k i t ə f ə k k ü r adlanır.

Varlığı obrazlı surətdə əks etdirməklə əlaqədar olan təfəkkürə b ə i i

t ə f ə k k ü r deyilir.

Obkeytiv gerçəkliyin qanunauyğun əlamətlərinin düzgün inkias etdirilməsi ilə əlaqədar olan təfəkkürə m ə n t i q i t ə f ə k k ü r deyilir. Məntiqi təfəkkür əsasən hökmlərin müəyyənliyi, ardıcıllığı, sübitluluğu, əsaslılığı ilə əlaqədardır. Bu keyfiyyətlər isə təfəkkürün varlığı düzgün əks etdirməsi ilə şərtlənir.

Təbiət və cəmiyyət həyat hadisələrini donmuş, dəyişməz deyil, daim inkişaf edərək dəyişmə prosesində əks etdirən təfəkkür dialektik təfəkkür adlanır.

Təfəkkürün növlərindən biri biri də nəzəri təfəkkürdür və adətən onu praktik təfəkkürdən fərqləndirirlər. Nəzəri təfəkkür hər şeydən əvvəl cisimlərin, hadisələrin əsas xüsusiyyətlərini, qanunauyğunluqlarını aşkar etməyə yönəlmiş olur. Elmdə funtamental problemlərin həlli, ümumi qanunauyğunluqların müəyyən edilməsi nəzəri təfəkkürün fəaliyyəti ilə bağlıdır.

İnsan təfəkkürünün ən vacib növlərindən biri yaradıcı təfəkkürdü. Yaradıcı təfəkkür sayəsində idrak fəaliyyəti prosesində subyektiv olaraq yeni məhsul, yeni cəhətlər yaradılır.

Həmin yeni fikri-məhsul və ya cəhətlər motivasiya, mənalandırma, yeni məqsədlər sahəsində özünü daha qabarıq surətdə biruzə verir. Yəni burada sadəcə olaraq hazır bilik və bacarıqların tətbiqi ilə kifayətlənmir. Cisim və hadisələrdə yeni cəhətlər aşkar edilir. Cisimə, hadisəyə yeni baxış və mənalandırma yaradıcı təfəkkür üçün daha xarakterikdir.

İnsan təfəkkürünün qeyd edilən bütün növləri bir-biri ilə sıx surətdə bağlıdır, onlar qarşılıqlı surətdə bir-birinə keçir, bu, həll edilən fikri məsələnin məzmunundan asılıdır. Təfəkkürün ayrı-ayrı növlərinin inkişafı təlim-tərbiyə işinin səmərəli təşkilindən də çox asılıdır. Problemli və inkişafetdirici təlim şagirdlərdə təfəkkürün fəaliyyətinin səmərəli təşkilinə ciddi təsir göstərir.





Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin