Azərbaycanda psixoloji FİKİRLƏR



Yüklə 125,95 Kb.
səhifə1/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
  1   2   3   4   5   6   7   8   9   ...   80
psixologiya


AZƏRBAYCANDA PSİXOLOJİ FİKİRLƏR

Psixologiya elminin inkişafını şərti olaraq iki mərhələyə bölmək olar:-ci mərhələ qədim zamanlardan başlayaraq XIX əsrin 70-80-ci illərinə qədər davam edir. 2-ci mərhələ isə (XIX əsrin 70-80-ci illərindən müasir dövrə qədər) psoxologiyanın müstəqil elm kimi inkişaf mərhələsidir.

Psixoloji biliklər, hələ bizim eramızdan neçə min əvvəl, qədim şərq ölkələrində təşəkkül etmişdir. Onun inkişafı fəlsəfə və təbiətşunaslığın inkişafı ilə bağlı olmuşdur. Əvvəllərdən psixologiya elmi materializm və idealizmin mübarizəsi meydanı olmuşdur. Ruh haqqında problemi psixologiyada kəskin ideya toqquşmasının mərkəzi problemi idi. Hətta orta əsrlərdə universitet tələbələri ilk mühazırədə professorun möqeyini qiymətləndirmək istədikdə deyirdilər: “Bizə ruh haqqında danışın”. İstər birinci mərhələdə, istərsə də ikinci mərhələdə psixologiya özünün başlıca naliyyətlərinə görə materializmə borcludur.

XVII-XIX əsrlərdə fəlsəfənin və təbiətşunaslığın naliyyətləri zəminində psixologiya elmi dünyanın müxtəlif ölkələrində xüsusilə Rusiyada, Fransada, İngiltərədə və Amerikadfa özünəməxsus şəkildə inkişaf etməyə başladı. Bu, həmin ölkənin iqtisadi-sosial inkişaf səviyyəsi ilə bağlıdır.

Azərbaycanda ilk psixoloji təsəvvürlərin təşəkkülü xalqın qədim adət-ənənə, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlıdır. Ailə və məişət (toy, yas və s.) mərasimlərində kütləvi psixoloji hadisələrin maraqlı xarakteristikalarına təsadüf edilir.

Azərbaycan şifahi xalq ədəbiyyatınsa keçəl, küpəgirən qarı, kosa obrazları uzun müddət həm də xalqın müəyyən sosial etalon stereotiplərini ifadə etmişdir. Azərbaycan lətifələrində xalqın müxtəlif sosial hadisələr haqqındakı ictimai rəyi özünün parlaq ifadəsini tapmışdır. Molla Nəsrəddin, Bəhlul Danəndə el-oba içərisində, “insan sərrafı” kimi məşhurlaşmışdılar. Ayrı-ayrı adamların müəyyən ləqəblərin verilməsi də psixoloji baxımdan son dərəcə maraqlı hadisələrdir. Azərbaycan nağılları və dastanlarında müxtəlif psixoloji hadisələr geniş təsvir olunmuşdur. Vəzir, vəkil və başqa obrazlar, xalqın qruplar haqqında təsəvvürlərini ətraflı xarakterizə etmək imkanı verir.

Hələ e. ə. II-I minilliklərdə “Avesta”da ruh və psixi hadisələr haqqında müxtəlif məzmunlu təsəvvürvə ideyalar öz əksini tapmışdır. Azərbaycan xal ədəbiyyatının ən qədim yazılı abidəsi “Kitabi-Dədə Qorquq”da insanın müxtəlif emosional halətləri təsvir edilmiş, davranış normalarında özünü büruzə verən xəyanət, həsəd, qorxaqlıq, fərarilik kimi mənfi sifətlər tənqid edilmişdir.

“Kitabi-Dədə Qorqud” dastanı insanların qarşılıqlı münasibətlərinin psixoloji təhlili baxımından diqqəti cəlb edir. Dədə Qorqud hörmət etməyən tənbəl qadınları pisləyir, yaxşı qadınları tərifləyirdi. Qazan xan oğlunun öz yoldaşlarını vuruşma meydanında qoyub qaçdığını guman etdikdə ona ağır cəza verməyi qərara alır.

Qadının başqa adama, qonağa münasibətə görə səciyyələndirilməsi Azərbaycan ictimai fikir tarixində psixoloji xarateristikanın nümunələri kimi qiymətlidir.

“Kitabi-Dədə Qorqud” nəinki tayfadaxili və tayfalararası münasibətlərin psixoloji təhlili, həm də müxtəlif sosial-psixoloji fenomenlərin, xüsusilə, stress şəraitində qrup üzvləri arasında münasibətlərin təsviri baxımından da əhəmiyyətlidir.

XI əsrdən başlayaraq Azərbaycanda psixoloji ideyalar fəlsəfi traktat və bədii ədəbiyyat nümunələrində daha geniş şəraitdə öz əksini tapır.

Azərbaycanda psixoloji ideyaların inkişafında Bəhmənyar, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsrəddin Tusi İmaməddin Nəsimi, Məhəmməd Füzuli, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi görkəmli ictimai-elmi fikir nümayəndələrinin, mütəfəkkir şair və yazıçıların böyük xidməti olmuşdur.

Bəhmənyar zəngin fəlsəfi irsində maraqlı psixoloji ideyalara rast gtəlinir. O, fikri “insan zehninin hərəkəti” adlandırmış, idrakda hissi və rasional anların əlaqəsini, təfəkkür formalarınınm (məfhum, hökm və istidlalın) psixoloji mahiyyətini geniş şərh etmiş, insan fikrinin nəticədən səbəbə doğru hərəkətinə diqqət yetirmişdir.

Xalqın ünsiyyət prosesində mühüm rol oynayan doğruçuluq, təvazökarlıq, işgüzarlıq, mərdlik kimi psixoloji keyfiyyətlərə böyük əhəmiyyət verirdi.

Dövrün elmi biliklərini bədii yaradıcılığında sintez edən dahi Nizaminin bədii əsərlərində çox zəngin, orijinal psixoloji ideyalar öz əksini tapmışdır. Nizami ruhla bədənin vəhdətini qeyd etmi, insanın daxili aləminə dərindən nüfuz edərək əsərlərində dəqiq psixoloji təsvirlər vermiş, mühüm təsirilə şəxsiyyətdə baş verən psixoloji dəyişiklikləri, onun yeniləşməsi, ehtirasın, dərin məhəbbət hissinin insanı özgələşdirilməsi, mümarisələr vasitəsilə şəxsiyyətin öz qabiliyyətlərini inkişaf etdirməsi və s. kimi psixoloji problemlərə toxunmuşdur.

Nizami əsərlərində təlqin və hipnoz haqqında fikir söyləyir, gözdəymə haqqında xalq etiqadı ilə razılaşır. Onun etnopsixologiya və hərbi psixologiyaya dair fikirləri də maraqlıdır.

XII-XVI əsrlərdə, xüsusən Nəsrəddin Tusi, Nəsimi, Füzuli yaradıcılığında psixoloji ideyalar daha qabarıq surətdə özünü göstərmiş, “Əxlaqi Nasiri”, “Alicənab insanların xarakteri və keyfiyyətləri” (N.Tusi), “Mətləül-etiqad”, “Həqiqətüs-süəda”, “Hədisiərbəin” (M.Füzuli) kimi xüsusi fəlsəfi-psixoloji traktatlar yazılmışdır.

N.Tusi psixologiyanı-nəfs elmini təbiət elmləri sırasına daxil etmiş, əsas psixoloji anlayışların mahiyyətini açmış, “nəfs” anlayışı altında ruh, psixika, mənəviyyat, ağıl, şüur və iidrakı başa düşmüş: insan kamilliyi üçün fikir, əql, şüur və iradənin ahəngdarlığını zəruri saymışdır. O, insan xarakterinin iradi və ixtiyari aşılama (tərbiyəvi təsirlər) yolu ilə dəyişdiyini qəbul edirdi.

İ.Məsimi şəxsiyyətin mənəvi azadlığının, onun yaradıcı dühasını tərənnüm etmişdir. O, yaradıcılığının ilk dövrlərində sufizm mövqeyində dayanmış, sonralar isə ömrünün axırına kimi hürufizmin əsas ideoloqlarından biri olaraq qalmışdır.

Nəsimi insan keyfiyyətlərin təşəkkülü daha çox tərbiyə və özüntərbiyədən asılıdır. Nəsimi sərvət, qəzəb, həsəd, təkəbbür, hərislik və s. kimi insanı alçaldan hisslərdən uzaq olmağı xüsusi olaraq qeyd edirdi.

M.Füzuli “Leyli və Məcnun” poemasında məcnunluq psixoloji fenomen kimi səslənir. Leylinin şam, pərvanə, bulud, səba, Məcnunun isə ceyran, göyərçin

Dağ ilə söhbətləri dünya ədəbiyyatında psixoloji təhlilin yəni tənhalıq halətinin psixoloji təzahürlərinin adekvat surətdə əks etdirilməsinin parlaq nümunələridir.

Azərbaycan psixoloji fikrin inkişafında XIX əsrin yazıçı və mütəfəkkirləri daha mühüm rol oynamışdır. Psixi hadisələr haqqında mülahizələr materialist nəzəriyyəyə, xüsusən təbiətşunaslığın inkişafına istinad etmişdir.

A.Bakıxanovun “Nəsihətnamə” və “Təhzibü-əxlaq” əsərlərində müxtəlif etik problemlər müəyyən psixoloji konrekstdə təhlil olunmuşdur. Onun “mənəviyyat fəlsəfəsi” adlandırdığı etika və tərbiyə nəzəriyyəsində maraqlı psixoloji hadisələrə toxunmuş, təlim və tərbiyənin köməyi ilə insanın əxlaq və mənəviyyatını məqsədəuyğun surətdə dəyişdirməyin mümkünlüyü ideyası əsaslandırmışdır. Həmin ideya M.F.Axundovun əsərlərində daha bariz şəkildə özünü büruzə vermişdir. M.F.Axundovun əsərləri “Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə yazdığı üç məktub və Cəlalüddövlənin ona göndərdiyi cavab” adlı məşhur fəlsəfi-siyasi, elmi-tənqidi əsəri Azərbaycanda psixoloji fikrin inkişafını öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Psixoloji ideyaların zənginliyi baxımından M.F.Axundovun bədii əsərləri böyük maraq doğurur.

S.Ə.Çirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə, H.Zərdabi, Ə.Haqverdiyev, Ü.Hacıbəyov kimi görkəmli mütəfəkkirlərin əsərlərində psixologiyanın müxtəlif problemlərinə aid maraqlı mülahizələr vardır. bu, daha çox həmin sənətkarların maarifçilik ideyası, psixologiyasını dəyişdirmək, onu yeniləşdirmək, dövrün tələbləri səviyyəsinə qaldırmaq meyli ilə bağlı olmuşdur. M.Ə.Sabirin əsərlərində ayrı-ayrı qrupların, milli xüsusiyyətlərin sosial-psixoloji xarakteristikası diqqəti cəlb edir. “Molla Nəsrəddin” jurnalında müxtəlif sosial qrupların ayrı-ayrı xalqların etnik-psixoloji xüsusiyyətləri geniş planda əks etdirilmişdir.

XIX əsrin sonu-XX əsrin əvvəllərində mütərəqqi rus pedaqoq və psixoloqlarının əsərləri vasitəsilə psixoloji biliklər Azərbaycan maarifçiləri ərasında geniş yayılmışdır.

M.T.Sidqinin maraqlı əsərlərindən olan “Nümuneyi-əxlaq” 1894-1896-cı illərdə “tərbiyə məktəbinin şagirdləri üçün” onlara “gözəl əxlaqi sifətlər tərbiyə etdirmək və imla yazdırmaq məqsədilə” tərtib edilmişdir. Dərslikdə “fəhm və zəkavətli”, “diqqətli”, “qeyrətli və çalışqan”, ”ədəbli və tərbiyəli”, “səbirli”, “doğruçu”, “zirək və huşyar”, “nəfsi səlamət”, “təmkinli”, “səxavətli”, “gülərüzlü”, “qəlbi saf”, “cəsur və ürəkli” , “qısqanc”, “ata-anasını və müəllimini sevən uşaq” və sü. kimi müxtəlif uşaq tipləri təsvir edilmişdir.

Azərbaycandailk psixologiya laboratoriyası 1926-cı ildə F.Ə.İbrahimbəyli tərəfindən yaradılmışdır. XX əsrin 50-ci illərində orta məktəblərdə psixologiyanın tədrisinə başlanması ilə əlaqədar olaraq respublikanın ali məktəblərdə psixologiya şöbələri (ADU, APİ) təşkil olunur. Bu sahədə M.C.Məhərrəmov, F.Ə.İbrahimbəyov, Ş.S.Ağayev, Ə.S.Bayramov, Z.M.Mehdizadə, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev Ə.Ə.Qədirov və başqalarının xidmətləri böyük olmuşdur. Psixologiya elminin inkişafı üçün Bakı Dövlət Universiteti nəzdində sosial elmlər və psixologiya (1991) fakültəsinin təşkili də mühüm rol oynamışdır/


PSİXOLOGİYANIN ƏHƏMİYYƏTİ

Psixoloji biliklər elmi dəyərlərlə yanaşı praktik əhəmiyyətə malik olmuşdur. O, adətən insanların bir-birini tanımasına kömək etmişdir. Psixologiya elə bu mənada adamlar üçün psixoloq, insan sərrafı deməkdir.

Psixologiya elmi idrakın çox mühüm və mürəkkəb bir sahəsi-psixi həyat haqqında bizə məlumat verir. Psixologiyanı öyrənməklə psixi hadisələrin mahiyyətini, törəmə və inkişaf qanunauyğunluqlarını, başqalarında və özümüzdə neçə cərəyan etdiyini, nə kimi xüsusiyyətlərə malik olduğunu dərk edirik.

Psixoloji biliklər ağlı inkişaf etdirib zənginləşdirməklə yanaşı, adamların fərdi xüsusiyyətlərini anlamağa, onlarla düzgün rəftar normalarını mənimsəməyə yardım göstərir. Bu biliklər yalnız başqa adamları deyil, özümüzü də, öz müsbət və mənfi keyfiyyətlərimizi də dərk etməyə, bununla da başqalarına tərbiyəvi təsir göstərməyə, eləcə də özümüzü tərbiyə etməyə yardım edir.

Qədim zamanlardan insanları psixoloji cəhətdən xarakterizə edəndə, onları bir-birindən fərqləndirən xüsusiyyətlərə daha çox diqqət yetirirdilər.

Hələ Qədim Yunanıstanda Aristotelin şagirdi Teofrast “Etik xarakterlər” adlı məşhur traktatında müxtəlif insan tiplərini məharətlə təsvir etmişdir. Teofrastin bu traktatı bir çox əsrlər boyu məşhur olmuşdur. XVI-XVIII əsrlərin görkəmli mütəffəkirləri Mentenin “Təcrübələr”, Labryuyerin “Teofrastin xarakterləri”, Laroşfukun “Düşüncələr, yaxud əxlaqi kəlamlar və prinsiplər” və b. əsərləri də psixoloji müşahidələrlə zəngindir. İstər qədim zamanlarda, istərsə də orta əsrlərdə biz insan xarakterinin parlaq nümunələrinə bədii ədəbiyyatda təsadüf edirik.

XIX yüzillikdə psixologiyanın müstəqil bir elmə çevrilməsi ilə elmin özündə yeni şərait yaratmışdı. Fərdi fərqlər probleminin təkcə müşaghidə yolu ilə öyrənilməsi artıq ictimai təcrübəni təmin etmirdi.

Bu problemi eksperimental və riyazi metodlarla öyrənmək lazım idi. Elmdə bu zərurətin dərk edilməsi nəticəsində yeni bilik sahəsi-diferensial psixologiya formalaşmağa başlamışdı.

Diferensal (latınca differentia-fərq deməkdir) psixologiya psixologiya elminin bir sahəsi olub-insanlar qruplar arasındakı fərqləri, onların səbəblərini və nəticələrini öyrənir. O bilavasitə ictimai praktikanın, xüsusilə pedaqoji, tibbi və mühəndislik praktikasının təsirilə əmələ gəlmişdir. Diferensial psixologiya termini ilk dəfə almaq psixoloqu V.Şternin “Fərdi fərqlər psixologiyası” haqqındakı əsərlərində təklif olunsa da, ondan xeyli əvvəl-XIXyüzilliyin 80-ci-ci illərində F.Halton tərəfindən işlənmişdir. V.Vundt ümumi psixologiyanın, F.Halton isə diferensial psixologiyanın banisi hesab olunur. Bu yeni istiqamətin ilk görkəmli nümayəndələri içərisində A.Bine, A.Lazurski, C.Kettel və b. mühüm yer tuturlar.

Diferensial psixologiyanın əsas metodu testlərdən ibarət idi. Onlar əvvəlcə fərdi, onlar əvvəlcəı fərdi, sonralar isə qrup testləri kimi tətbiq olunurdu. Testlərdən fərdin əqli inkişaf səviyyəsini və s. müəyyən etmək üçün istifadə edirdi. Testlərin nəticələri faktor təhlili yolu ilə müəyyən olunur. Xarici ölkələrdə psixologiya sahəsində C.Spirmenin iki amil nəzəriyyəsi və multifaktor nəzəriyyəsi daha geniş yayılmışdır. İki amil nəzəriyyəsinə görə fəaliyyətin hər bir növü iki amillə-ümumi və xüsusi faktorla şərtlənir. Ümumi amil fəaliyyətin bütün növləri, xüsusi faktor isə konkret (riyazi məsələlərin həlli, musiqi, rəssamlıq, bədii yaradıcılıq və s.) fəaliyyət sahəsi üçün səciyyəvidir.

Multikaktor (latınca multum-çox deməkdir) nəzəriyyəsi ümumi amili inkar edir. həmin nəzəriyyəyə görə əqli qabiliyyətlər müxtəlif amillərlə şərtlənir.

Diferensial psixologiyanın əldə etdiyi faktlar və onun nəticələri bir çox praktik məsələlərin: işçi heyətinin seçilməsi və öyrədilməsi, adamlarda ayrı-ayrı xassələrin, meyllərin. Qabiliyyətlərin diaqnostikası, psixiatrik və psixoterapevtik təsirlər, peşə yararlığının müəyyən edilməsi, peşəseçmə və peşəyönümü və s.nin həlli üçün böyük əhəmiyyətə malikdir. Diferensial psixologiya insanlara fərdi yanaşmaq üçün geniş imkanlar açırdı.

Psixologiya ilə tibb elminin müstəqil elm sahəsi-tibb psixologiya fərmalaşırdı. Onun yaranmasında psixiatriya özünəməxsus rol oynamışdır. Psixiatriyanın aktual elmi-praktik məsələlərinin həllində psixologiya elmi mühüm rol oynayır. Psixiatrın əsas üsulu klinik müşahidədir. O, xəstənin davranıçş və rəftarını öyrənir, müşahidə etdiyi simptomlara əsasən diaqnoz qiyur. Yaxşı psixiatr həmişə obrazlı düşünür, xəstəliyi dəqiq, həm də bədii cəhətdən parlaq təsvir edir.

Psixoloji hadisələrin özünəməxsus qanunauyğunluqları vardır. Xəstəliyin klinik əlamətlərinə görə onları müəyyən etmək mümkün deyildir. Halbuki xəstəliyin klinik əlamətlərini düzgübn başa düşmək üçün onları şərtləndirən psixoloji qaqnunauyğunluqları öyrənmək lazımdır. Psixiatriya üçün psixologiyanın, xüsusilə onun mühüm sahələrindən biri olan tibbi psixologiyanın əhəmiyyəti də, bundan ibarətdir.

Psixologiya pedaqogika elmi ilə də əlaqədardır. Uşaqların təlim-tərbiyəsi psixologiya elminin tətbiq sahəsi olmuşdur. Gənc nəslin tərbiyəsinin elmi-praktik problemlərinin öyrənilməsində yaş və pedaqoji psixologiya elmləri mühüm rol oynamışdır. Yaş psixologiyası uşaqların, yeniyetmələri, gənclərin və b. psixi inkişafının qanunauyğunluqlarını aydınlaşdırır. Pedaqoji psixologiya təlim və tərbiyənin psixoloji problemlərini öyrənmiş, pedaqoji elmlərin inkişafına, digər tərəfdən, praktik məsələlərin həllində müəllim və tərbiyəçilərə yaxından kömək göstərmişdir.

Psixologiyada insan amili dedikdə insana xas olan sosial-psixoloji, psixoloji və psixofizioloji xassələrin nəzərdə tutulur. Burada insanın tələbatları və maraqlarından, davranış motivlərindən, qabiliyyətləri və yaradıcılıq imkanlarından, əmək qabiliyyətlərindən, intellekt və emosiyalarından, iradəsi və xarakterindən, şüurlu və mənlik şüurundan, sosial yönüm və sərvət meyllərinin formalaşmasından gedir.

İnsan amilinin mahiyyətinin, cəmiyyətin inkişafında onun rolunun və fəaliyyət mexanizminin aydınlaşdırılması kompleks elmi problemdir. Burada əsas məqsəd-əməyin keyfiyyəti və məhsuldarlığınnı, intensiv inkişafını, istehsal kollektivinin və onun hər bir üzvünün, hər bir işçinin sosial inkişafını təmin etməkdən ibarətdir. İnsan amili probleminin bir-birilə qarşılıqlı əlaqədə olan aspektləri içərisində psixoloji aspekt mühüm yer tutur. İnsan amilinin gücləndirilməsinin yolları, vasitələri və üsullarının müəyyən edilməsi psixologiyanın bütün sahələrinin praktik vəzifəsini təşkil edir.

İnsan amilinin gücləndirilməsi ilə əlaqədar olaraq ictimai həyatın müxtəlif sahələrində bir-birilə qarşılıqlı surətdə əlaqədar olan aktual psixoloji istiqamətlər və problemlər meydana çıxır. Onlardan aşağıdakıları qeyd etmək olar:

a)əməyin səmərə və keyfiyyətinin yüksəldilməsi; b) əmək məhsuldarlığını artırmağın ehtiyat mənbələrinin müəyyən edilməsi; c) zəhmətkeşlərin (əməkçiləri) ictimai-siyasi fəallığının inkişaf etdirilməsi; ç)texnikanın layihələşdirilməsi, işlənilməsi və istismar olunması; d)EHT və EHM tətbiqi, istehsalatın avtomatlaşdırılması və robotlaşdırılmasının psixoloji problemləri; e)idarəetmənin psixoloji məsələləri, kadrların seçilməsi və tərbiyə olunması və s. ə)təlim və tərbiyə prosesinin səmərə və keyfiyyətinin artırılması;f)peşə yönümünün psixoloji məsələləri, orta və ali məktəblərdə əmək təlimi və tərbiyəsi, adamların psixi sağlamlığının mühafizə olunması: g)xidmət sahəsinin təşkili: ğ)asudə vaxtın səmərəli təşkili və s.

İnsan problemi həm də ideoloji mübarizə problemidir. Bu problemin həlli müəyyən ideoloji və siyasi nəticə ilə bağlıdır. Psixoloji ideyalar ictimai həyatın ayrı-ayrı sahələrinə müxtəlif yollarla nüfuz edir. XX yüzillikdə bu istiqamətdə aşağıdakı yollardan istifadə olunmuşdur:

a)Elmi müəssisələr (elmi-tədqiqat psixologiya institutları. Universitet və institutların psixologiya kefedraları və s.) apardıqları tədqiqatların nəticələrini praktikaya tətbiq etmişlər. lakin psixoloji biliklərin bu yolla tətbiqi nisbətən məhdud xarakter daşımış, daha çox məktəb təcrübəsini, eləcə də qismən tibbi və hüquq təcrübəsini əhatə etmişdir.

b)İctimai institutların və müəssisələrin sifarişi ilə dövlət büdcəsi və ya təsərrüfat hesabı qaydası ilə tətbiqi tədqiqatlar aparılmışdır. Ancaq bu yol da uzun müddət məhdud xarakter daşımışdır, ondan yalnız bəzi nazirliklər epizodik şəkildə istifadə etmişlər.

c)Nəzərdən keçirdiyimiz yolların hər ikisi faydalıdır və onların əhəmiyyəti günü-gündən artır. Lakin bu cəhəti qeyd edərkən, bir tərəfdən, nəzərə almaq lazımdır ki, psixoloqun işlədiyi tövsiyələri əksər hallarda onun özü deyil, praktik işçilər tətbiq edirlər. psixoloji tətbiqi tədqiqatın praktik səmərəsi onların səyindən və səriştəsindən asılıdır. Digər tərəfdən, bütün ictimai institut və müəssisələri”

Psixologiya fəaliyyətin bütün sahələrində böyük əhəmiyyətə malikdir. Əməyin məhsuldarlığını artırmaq, yeni mürəkkəb texnikanı mənimsəmək, qabaqcıl iş üsullarına aid bacarıq və vərdişləraşılamaq, ixtisas süçmək və onu mənimsəmək məsələlərində psixologiya mühüm əməli yardım göstərir.

Psixologiya incəsənət, elm və texnika sahələrində yaradıcı fəaliyyətin bir sıra məsələlərinin həllində mühüm yer tutur. Müxtəlif xəstəliklər zamanı psixikada baş verən dəyişikliklər, pozulma halları haqqında biliklər müalicənin müvəffəqiyyətli olmasına kömək edir. psixoloji məlumatdan məhkəmə işində, hərbi işdə də istifadə edilir.

ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ

Özünüqiymətləndirmə iki termini iki sözdən-özünü və qiymətləndirmə sözlərindən əmələ gəlmişdir. Onun psixoloji mənası: insanın özünə verdiyi qiymətdən, özünün obrazını qiymətləndirilməsindən gedir. İnsanın özü haqqında təsəvvürlərinin formalaşması bilavasitə özünüqiymətləndirmə ilə bağlıdır. İnsan mühüm olan hər şeyi: özünün qabiliyyətlərini, mənəvi keyfiyyətlərini, əməllərini, öz imkanlarını və perspekttivlərini, özünün qarşılıqlı münasibətlərini, qrup və kollektivdə, başqa adamlar içərisində tutduğu yeri qiymətləndirir. Bununla yanaşı müəyyən həyati situasiyalarda, xüsusilə ailədə və kollektivdə insan öz üzərinə məsuliyyət götürüb mühüm bir addım atdıqda, konflikt şəraiti yarandıqda və s.-də özünüqiymətləndirmə xüsusilə mühüm əhəmiyyət kəsb edir. özünüqiymətləndirmə mürəkkəb prosesdir: o, özünümüşahidə və özünütəhlilyolu ilə formalaşır, bu zaman insan özünə , başqa adamların gözülə baxır, özünü onlarla müqayisə edir.

Özünüqiymətləndirmə sistemini təhlil edərkən aşağıdakı cəhətləri nəzərə almaq lazımdır:

a)özünü qiymətləndirmə prosesində “real mən” obrazı ilə “ideal mən” obrazının müqayisə edilməsi mühüm rol oynayır. Onların bir-birinə uyğun gəlməsi psixi sağlamlığın mühüm şərtidir. Müəyyən edilmişdir ki, insanın “realmən” obrazı “ideal mən” obrazına müvafiq olduqda, o, adətən, özünü yüksək qiymətləndirir. İnsan bu iki mühüm xarakteristika arasında uçurum hiss etdikdə isə, özünü adətən aşağı qiymətləndirir. Bəzən belə hallarda insanın özü öz gözündə hörmətdən düşür.

b)insan özünün hər hansı bir keyfiyyətini qiymətləndirərkən, onun yaxşı və pis keyfiyyət olduğunu necə müəyyən edir? İnsan özünə qiymət verəndə bu təsəvvürlərdən etalon kimi istifadə etməyə başlayır: əgər etdiyi hərəkətlər “yaxşı” etalonuna uyğun gəlirsə, onları müsbət, “pis” etalonuna uyğun gəlirsə mənfi qiymətləndirir. Yaş artıqca, insan sərvət meylləri formalaşır, ideallarının xarakteri dəyişir və buna müvafiq olaraq onun etalonlar sistemi mürəkkəbləşir. Biz hər hansı bir adamın özünü necə qiymətləndirdiyini aydınlaşdırmaq üçün onun özünü hansı etalonla tutuşdurduğunu, özünə hansı etalona əsasən qiymət verdiyini bilməliyik. Bu yolla biz həm də onun “ideal mən”inin məzmununu təhlil etmək iimkanıəldə edirik. Çünki müvafiq etalonlar “ideal mən”də xüsusi yer tutur:

c)insanın özünəməxsus qiymətlər sistemi vardır. Bir tərəfdən, insan öz-özünü qiymətləndirir, digər tərəfdən, onun davranış və rəftarı mənsub olduğu qrup tərəfində qiymətləndirilir. Bundan başqa, adam bu və ya digər tərzdə hərəkət edərkən ətrafdakı adamların, o cümlədən iş yoldaşlarının və dostlarının onu necə qiymətləndirəcəklərini nəzərə alır. Buna gözlənilən qiymətlər deyilir. Qrupun şəxsiyyətə verdiyi qiymətlərlə gözlənilən qiymətlər bir-biri ilə vəhdətdə olsa da, onları eyniləşdirmək olmaz. Qrupun çşəxsiyyətə verdiyi qiymət real qiymətdir.

Özünüqiymətləndirmənin böyük əhəmiyyəti vardır. O, insanın davranışının tənzim olunmasında mühüm rol oynayır. İnsanın başqa adamlarla qarşılıqlı münasibətləri, onun öz uğurlarına və uğursuzluqlarına münasibəti, ayrı-ayrı həyati stiuasiyalarda davranış və rəftarı özünüqiymətləndirmədən asılıdır. Özünüqiymətləndirmə insanın fəaliyyətinin səmərəliliyinə və onun bir şəxsiyyət kimi inkişafına mühüm təsir göstərir.,,,



Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin