Azərbaycanda psixoloji FİKİRLƏR


Mövzuya aid test sualları



Yüklə 125,95 Kb.
səhifə14/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   ...   10   11   12   13   14   15   16   17   ...   80
psixologiya

Mövzuya aid test sualları:

1.Ali hisslərin neçə növü vardır? 2.Ali hisslər hansılardır?

A.iki növü A.affekt, frustrasiya, təlqinə qapılma

B.üç növü B.əhval, ehtiras, tərslik

C.dörd növü C.stress, affekt, ehtiras

D.beş növü D.stenik, astenik, estetik

E.altı növü E.əxlaqi, estetik, zehni

FƏALİYYƏT VƏ ONUN NÖVLƏRİ
Şəxsiyyətin formalaşması prosesi vasitəli xarakter daşıyır. Fərd, ictimai münasibətləri öz-özünə deyil, ancaq özünün aktiv fəaliyyəti vasitəsilə mənimsəyir. İnsanlar öz tələbatlarını ödəmək üçün müxtəlif fəaliyyət növlərindən istifadə edirlər. Bunlardan bəziləri ötəri, dəyişkən, digərləri isə uzun müddətli, insanın bütün həyatı boyu onun tələbatlarını ödəyəcək fəaliyyət kimi özünü göstərir. İnsanın həyatı boyu istifadə etdiyi əsas fəaliyyət növlərinə oyun, təlim əmək fəaliyyətini aid edirlər. Fəaliyyətin bu bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyi ilə ödəyirlər. Həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünəxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti hesab olur. Bu dövrdə şagirdlər həm oyundan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə adamlar oyundan və təlim fəaliyyətindən də istifadə edirlər. Oyun, təlim və əməklə yanaşı olaraq psixoloji ədəbiyyatda ünsiyyəti də əsas fəaliyyət növü kimi qeyd edirlər. Həyatının bütün dövrlərində insanlar ünsiyyətə hədsiz tələbat hiss edir, bir-biriləri ilə informasiya mübadiləsi, qarşılıqlı təsir və bir-birini qavrama, anlama prosesini həyata keçirirlər.

Oyun-elə fəaliyyət növüdür ki, onun nəticəsində heç bir maddi və mənəvi məhsul əldə edilmir(yaşlıların və uşaqların işgüzar və quraşdırma oyunlarından başqa). Oyun ən çox əyləncə xarakteri daçıyır, istirahət məqsədi güdür. Oyunun məqsədi “fəaliyyətin” köməyi ilə əldə ediləcək praktik nəticələr deyil, yerinə yetiriləcək “fəaliyyətin” özü olur.

Oyunun müxtəlif tipləri mövcuddur. Bunlara aşağıdakıları ayırd etmək olar6 əşyavi və sujetli, hərəki və didaktik. Fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s.

Əşyavi oyunlar insanın oyun fəaliyyətinə hər hansı bir əşyanı daxil etməsi ilə bağlıdır. Əşyalarla əlaqədar olaraq aparılan oyunlar insanların həmin şeylərə münasibətləri ilə bağlı funksiyaları kimi çıxış etməyə başlayır. Süjetli oyunlar müəyyən ssenari üzrə aparılır və bu zaman həmin ssenarinin əsas detalları əks etdirir. Böyük məktəbəqədər yaşlı uşaqlarda(5-6 yaş) sosial təcrübənin genişlənməsi süjetli oyunların məzmununun genişlənməsinə səbəb olur. Nəticədə tədricən oyunun məzmunu praktik işləri təkrar etməkdən insanların əlaqələrinin təsvirinə keçir. Hərəki oyunlar hərəkətlərlə icra olunur. Bu cür oyunlar hərəki vərdişlərin inkişafına kömək edir. Didaktik oyunlar öyrətmə xarakteri daşıyır. Məsələn, “nə yerini dəyişmişdir?”, “səsindən tanı” tipli oyunların köməyi ilə uşaqlarda müşahidəçilik, dəqiq qavrama imkanları ikişaf etdirilir.

Oyunlar fərdiqrup halında aparılır. Fərdi oyun ancaq bir nəfər tərəfindən həyata keçirilir. Qrup halında oyunlarda isə bir neçə nəfər iştirak edir. Rollu oyunlar oynayan adam (uşaq və ya yaşlı) oyun zamanı müəyyən rolu öz üzərinə götürür və həmin rola uyğun hərəkət edir. Məsələn, uşaq müəllim, həkim rollarını oynayır. Öz oyuncaqlarına “dərs deyir”, onları “müalicə” edir və s. bu zaman uşağın işi onun indiki anda istifadə etdiyi şeylərin xüsusiyyətləri ilə deyil, müəllimin, həkimin vasitəsi haqqında təsəvvürlə idarə olunur.

Qaydalı oyunlar müvafiq qaydalara əsasən aparılır və oynayanlar bu qaydalardan kənara çıxa bilmir. İndi artıq işlər mücərrəd tələblər və qaydalarla tənzim olunur. Çox vaxt həyatda oyunun əşyavi-rollu, süjetli-rollu, süjetli-qaydalı və s. kimi qarışıq tipinə də rast gəlmək olur.

Oyun məktəbəqədər dövrdə aparıcı fəaliyyət növü olub uşaqların həm fiziki, həm də psixi inkişafında mühüm rol oynayır. M.Qorkinin qeyd etdiyi kimi, oyun uşağın yaşadığı və gələcəkdə dəyişdirilməli olduğu mühiti dərk etmə yoludur. Oyun uşağın tələbatını ödəməklə yamaşı, yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək və bu yolla gələcək həyata hazırlaşmaq işində mühüm vasitəyə çevrilir. mənimsəyirlər. Bilik, bacarıq




Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin