EMOSİONAL HALƏTLƏR
Hisslər qüvvə, davamlılıq və sürətə görə müxtəlif növlərə ayrılır. Bunları insanın emosional haləti də adlandırırlar. İnsanda əmələ gələn, günlərlə, hətta, bəzən həftələrlə davam edən emosional halətlər təkcə onun əmək məhsuldarlığına deyil, həm də psixi sağlamlığına mühüm təsir göstərir.
Əhval-çox zəif cərəyan edən emosional halətdir. Əhval xeyli müddət:həftələrlə, aylarla davam edə bilər. Əhvalın bəzən səbəbi tam aydın olmur. İnsan özündə bu və ya digər əhvalın səbəbini, neçə əmələ gəldiyini bəzən aydın dərk edə bilmir. Çünki əhvalı çox zəif qıcıqlandırıcılar belə dəyişə bilir.
Əhval insanın təsəvvür və düşüncəsinə, onların məzmun və istiqamətinə, ətraf aləmə bəslədiyi münasibətə təsir göstərir. Adamda şad və gümrah əhval olduqda ətrafdakı hər bir şey insana xoş təsir bağışlayır. Qəmgin olduqda isə əksinə, hər şey ona sönük və mənasız görünür.
İnsan öz əhvalını idarə etmək üçün onu törədən səbəbləri yaxı bilməlidir.əhvalı törədən səbəblər isə çoxdur. İnsan orqanizmində baş verən dəyişikliklər çoxdur.
Dostları ilə paylaş: |