Affektlər (latın dilində affektus-ruhi tələtüm, həyəcanlanma deməkdir)-coşqun surətdə əmələ gəlib kəskin xarici ifadəyə malik olan azmüddətli, lakin qüvvətlə cərəyan edən hisslərdir. Qeyz, dəhşət, həddən artıq şadlıq, kədər, qəzəb və s. affektə misal ola bilər.
Ehtiras-qüvvətli, uzzunmüddətli və dərin hissdir. Ehtiras insanın şüurunun, daxili qüvvələrinin cəmlənməsində, müəyyən vahid məqsədə yiyələnməsində öz əksini tapır. Bu zaman hisslər iradi cəhd ilə birləşərək adamı müəyyən çətinlikləri aradan qaldırmağa təhrik edir.
Ancaq ehtiras insanı həmişə fəallaşdıra bilmir. Bəzən bir obyektə olan ehtiraslı münasibət insanı başlıca olaraq passiv surətdə əzab çəkməyə ducar edir. Bu cəhət ikili xarakterdə olduğunu: ya insanın qüvvəsini zəiflədiyini, ya da artdığını aydın surətdə göstərir. Ehtiras çox böyük qüvvəyə malik olur. Bu cəhətdən ehtiras iki qrupa bölünür: mənfi və müsbət ehtiraslara bölünür. İnsan qumara, spirtli içkilərə, pula, varlanmağa və s. ehtirası mənfi ehtirasdırş.
Elmə, musiqiyə, incəsənətə, zəhmətə və s. olan ehtiras isə müsbətdir.
Dostları ilə paylaş: |