Azərbaycanda psixoloji FİKİRLƏR


MÖVZU 1. PSİXOLOGİYANINPREDMETİ VƏ VƏZFƏLƏRİ



Yüklə 125,95 Kb.
səhifə3/80
tarix02.01.2022
ölçüsü125,95 Kb.
#35316
1   2   3   4   5   6   7   8   9   ...   80
psixologiya

MÖVZU 1. PSİXOLOGİYANINPREDMETİ VƏ VƏZFƏLƏRİ

Müasir dövrdə insanı 200-dən artıq elm sahəsi öyrənir. Onlardan biri psixologiyadır. Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistemi şəklində ilk dəfə e.ə. IV əsrdə Aristotel tərəfindən “Ruh haqqında” adı ilə yaranmışdır. Uzun müddət (XVIII əsrin sonuna qədər( psixologia elmi fəlsəfəyə aid fənnhesab olunmuşdur. XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənməmişdir. Alman ədəbiyyatında isə psixologiya enssiklopedist alim Xristyan Volfun 1732-ci ildə “Empirik psixologiya” və 1734-c2 ildə “Rasional psixologiya” kitabları nəşr olunandan sonra məlum olmuşdur. XVIII əsrin sonu-XIX ƏSRİN ƏVVƏLLƏRİNDƏN BAŞLAYARAQ PSİXOLOGİYA TERMİNİ Amerika, Avropa və rus ədəbiyyatında vətəndaşlıq hüququ qazanmış və böyük əhəmiyyət kəsb etmişdir. Azərbaycanda psixologiya termini XIX əsrin sonu-XX əsrin əvvəllərində rus psixoloqlarının əsərləri vasitəsilə işlənməyə başlamışdır.

Psixologiya termini iki yunan sözündən-“psyuxe”-ruh, ruhhi aləm haqqında elm deməkdir (psixika haqında elmdir). Psixikanın predmetiini başa düşmək üçün əvvəlcə psixika anlayışı ilə tanış olmaq lazımdır. Psixika obyektiv aləmin subyektiv inikasıdır, yəni gerçəkliyin insan beynində əksidir. Psixikanı və ya psixi hadisələri şərti olaraq üç böyük qrupa ayırmaq olar.

1.Psixi proseslər

2.Psixi hallar ( və ya xüsusiyyətlər)

3.Psixi xassələr (və ya xüsusiyyətlər)



Psixi proseslər psixi faktın dinamikasını ifadə edir. Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül), iradi proseslərə və emosional proseslər birlikdə psixi proseslər deyilir.

Psixi proseslər özləri də üç yarım qrupa bölünür: idrak prosesləri, hissi proseslər və iradi proseslər.

Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər də müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər.

Psixi xassələr də psixologiya elminin kateqoriyaları içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın onun üçün səciyyəvi olan əqli keyfiyyətlərini (ağlın tənqidliyi və ya müstəqilliyini), emosional xassələrini (tez özündən çıxma, emosionallıq) və s. də psixi xassələrə aid etmək olar. Psixi proseslər, hallar və xassələr bir-birilə üzvi surətdə əlaqədardır. Onlardan biri, o birisinin əsasında əmələ gəlir.

Psixi proseslər, psixxi hallar və psixi xassələr hamısına birlikdə psixika və ya psixi hadisələr deyilir. Psixika insan fəaliyyəti və ünsiyyəti ilə sıx baölıdır. Psixloqların tədqiqtları əsaslı surətdə göstərir ki, psixika fəaliyyət (yəni oyun, təlim, əmək) və ünsiyyət prosesində formalaşır. Deməli, psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir.

Proses latın sözü olub, hər hansı bir hadisənin başlanması, gedişi və inkişaf mərhələlərini əks etdirir. Bu baxımdan bütün psixi hadisələr-istər psixi proseslər, istərsə də psixi hal və xassələr prosessual xarakter daşıyır. Məsələnin belə qoyuluşuna diqqəti ilk dəfə olaraq görkəmli rus alimi İ.M.Seçenov cəlb etmişdir. Nun fikrincə, psixi olan, ancaq proses kini dərk oluna bilər. yəni hər bir psixi aktın “müəyyən başlanğıcı, gedişi və sonu” vardır.

Psixologiya bir elm kimi psixikanın faktlarını, qanunauyğunluqlarını və mexanizmlərini öyrənir.




Yüklə 125,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin