Azərbaycan Respublikası Təhsil Nazirliyi QƏRBİ kaspi universiteti



Yüklə 64,59 Kb.
tarix18.05.2020
ölçüsü64,59 Kb.
#31330
Kompüter qurğuları

Azərbaycan Respublikası Təhsil Nazirliyi



QƏRBİ KASPİ UNİVERSİTETİ

Sərbəst iş

Fakültə: İqtisadiyyat

İxtisas: İstehlak mallarının ekspertizası və marketinq.

Kafedra:

Qrup: 528 İMEM.

Fənn: İnformatika.

Sərbəst işin adı: Komputerlərin əsas qurğularının təyinatı.

Rəhbər: Esmira Əhmədova.

Tələbə:Əhmədov Cavid.

Bakı-2020



Kompüter qurğuları

«İnformatika» termini ilk dəfə 1960 – cı illərdə fransızlar tərəfindən işlənmişdir. O iki sözün, İNFORmasiya+avtoMATİKA sözlərinin birləşməsindən əmələ gəlmişdir . İnformatika-fərdi kompüterlərdən və İnternetdən istifadə etməklə bağlı olan yeni elmi fənn və yeni informasiya sənayesi sahəsidir. Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir. Başqa sözlə, kompüter informasiya ilə işləmək üçün nəzərdə tutulmuş universal maşındır. Hazırda beynəlxalq termin kimi işlədilən “kompyuter” ingilis sözü olub “hesablayıcı” deməkdir. Bu söz dilimizə gələnə qədər onun yerinə “EHM-Elektron Hesablama Maşını” ifadəsi istifadə olunurdu.

Tarixi : İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830 - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir.

Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAK adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur.

EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişdir:

 I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu.Bu nəsil maşınların sürəti və yaddaş tutumu çox az, proqram təminatı zəif, enerji sərfi çox böyük idi

 II nəsil (1960-1969) - element bazasını əsasən yarımkeçirici diodlar və tranzistorlar təşkil edirdi. Bu isə onların funksional imkanlarını xeyli artırmışdır.

 III nəsil (1970-1985) - element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Əsas səciyyəvi xüsusiyyətlərindən biri hesablama prosesinin təşkilində aparat və proqram vasitələrindən birgə istifadə edilməsidir. Bu kompüterlərdə əməliyyat sistemlərindən də istifadə olunmağa başladı.

 IV nəsil (1985-dən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİJ, SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir. Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.

 V və sonraki nəsil - yeni və ən yeni elektron texnologiyalar, süni intelektin inkişafına əsaslanan indiki və gələcəyin kompüterləri. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malikdir.

Kompüter ona daxil daxil edilən informasiyaları qəbul edib “başa” düşməli , onları yadda saxlamalı, üzərlərində müxtəlif əməliyyatlar aparmalı və işinin nəticələrini çıxışa verməlidir. İnformasiyanın emalının əsas mərhələləri – daxiletmə, saxlama, çevirmə və çıxışı yerinə yetirməkdir.

Hər bir kompüter sistemi 2 hissədən ibarətdir:

Aparat təminatı (Hardware ) və proqram təminatı (Software) . Bunları bir birlərindən ayrı təsəvvür etmək mümkün deyil.

Kompüter aşağıdakı əsas qurğulardan təşkil olunmuşdur: Sistem bloku , monitor, klaviatura, mouse.

Əlavə qurğular (periferiya qurğuları):

Printer, skaner, modem, səs gücləndiriciləri və s.



Sistem bloku : Sistem bloku fərdi kompüterlərdə istifadə edilən texniki elementlərin əsas birləşmə qovşağı olub, daxilində kompüterin işləməsi üçün lazım olan ən əhəmiyyətli vasitələri birləşdirir. Bunlardan əlavə verilənlərin bloka daxil və ya xaric edilməsi üçün periferiya qurğularından istifadə edilir. Sistem bloku üzərində qida mənbəyi olan korpusdan, üzərində əməli yaddaş ,prosessor və s. olan ana platadan, sərt maqnit disk qurğusundan (HDD), DVD-RW və s. əlavə qovşaqlardan ibarətdir. Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial SATA, SCSI göstərmək olar. Xarici qurğuları qoşmaq üçün isə paralel (LPT), ardıcıl (RS-232, USB) interfeyslərdən istifadə olunur.

Bəzi firmaların (Apple, Compaq) fərdi kompüterlərində sistem bloku monitorla birlikdə bir korpusda yerləşmişdir. Ölçülərinə görə sistem blokları müxtəlif ölçüdə ola bilər. Ana plata hər kompüterin ən böyük elementi olduğuna görə əsasən ana platanın ölçüləri nəzərə alınır. Ventilyasiya yuvaları adətən arxa və yan tərəflərdə yerləşdirilir. Bu yerlərə soyuducu Fan - lar montaj olunur.

Sistem blokunun daxilində yerləşən qurğular daxili, bloka xaricdən qoşulan qurğular isə xarici qurğular adlanır:

1. Xarici qurğular Monitor , Klaviatura , Mouse , Printer , Skaner

2. Daxili qurğular Ana plata , CPU , RAM , ekran kartı , HDD , Lan Card ,DVD-RW , Modem , TV Tuner və s.

Monitor : Kompüterin xarici qurğusudur. Verilənləri vizual şəkildə göstərmək üçündür. "Monitor" sözü "nəzarət etmək", "yoxlamaq", "displey" - "aşkar etmək", "göstərmək" mənasını daşıyır. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə əsasən aşağıdakı ölçüdə olurlar: 15, 17,19 və 21 düyüm.

Monitorlar şəklin formalaşdırılması prinsiplərinə görə aşağıdakı növlərə bölünür:

1. CRT (Cathode Ray Tube) - elektron-şüa borusu

2. Plazma ekranlı monitorlar

3. LCD (Liquid Crystal Display) - mayekristal Plazma və maye kristal monitorlar nazik səth formasındadır, çəkiləri çox kiçikdir. Monitorlar təsvirdəki nöqtələrin sayına görə də fərqlənirlər.

Klaviatura : Verilənlərin kompüterə daxil və xaric edilməsi üçün klaviaturadan istifadə olunur.

Fərdi kompüterlərdə klaviatura klavişləri bir neçə qrupa bölürlər:

 Hərf-rəqəm klavişləri

 Funksional klavişlər : F1-F12 – müəyyən funksiyaları yerinə yetirir və proqramın cari anında işləyir ESC – yerinə yetirilmiş əməliyyatdan imtina və ya müəyyən vəziyyətdən çıxış klavişidır Printscreen – Ekrandaki təsvirin alinıb yaddaşda saxlanmasını və ya çap olunmasını təmin edir Pause\Break – kompüterin işini dayandırır. Əmrlərin daxil edilməsi rejimində və kompüterin yenidən yüklənməsində istifadə olunur

 Simvol klavişləri sahəsindəki klavişlərdən informasiyanın kompüterə daxil edilməsi zamanı istifadə olunur. TAB- simvolları tabulyasiya edir, yəni kursoru təyin edilmiş sətir mövqeyi qədər sürüşdürür Caps Lock – böyük hərflərin yazılması rejimini aktivləşdirir Shift – qısamüddətli böyük hərflərdən və simvollardan istifadə etməyə imkan verir. Ctrl,Alt klavişləri bir çox imkanlar yaradır. Məsələn Ctrl + Alt + Delete, Alt + Enter, Alt + Sol işarə, Shift + Alt Backspace – kursordan solda yerləşən simvolu silir. Enter- əmrin yerinə yetirilməsini həyata keçirir

 Kursor ekranda istifadəçiyə daxil etdiyi simvolun yerini göstərir. İstifadəçinin istəyindən asılı olaraq kursorun işarəsini müxtəlif formada seçmək olar. Kursor vasitəsilə idarə olunan klavişlərə aşağıdakılar aiddir: İNS və ya İnsert – daxiletmə rejimini açır və bağlayır DEL və ya Delete – kursordan sağda dayanan simvolu silir Home – kursoru sətrin başlanğıcına gətirir Page UP- kursoru bir ekran qədər yuxarı hərəkət etdirir Page Down – kursoru bir ekran qədər aşağı hərəkət etdirir End – Kursoru sətrin sonuna gətirir Bununla yanaşı klaviatura üzərində kursoru aşağı , sağa , sola və yuxarı hərəkət etdirən düymələr dəsti yerləşir



Mouse : Hərəkət zamanı mousun daxilində olan rezistorların müqaviməti hərəkətə uyğun olaraq dəyişir və dəyişmə xüsusi naqil vasitəsilə kompüterə ötürülür. Hərəkətin ötürülməsi kompüterə yüklənmiş xüsusi proqramla idarə olunur. Proqram mousun hərəkətinə uyğun olan yerdəyişməni ekrana ötürür. Mouse PS\2 və ya USB ilə kompütərə qoşulur. Mouse müxtəlif quruluşda olur: mexaniki, optik, lazer

Ana plata : Kompüterin əsas daxili qurğusudur. Buna əsas plata (Mainboard) və ya sistem platası da deyilir .Bütun qurğuların bir biri ilə əlaqəli işləməsini təmin edir. Üzərində keçiricilər olan teksolit əsaslı böyük lövhədir . Bütün qurğular ana plataya taxılır. Ana plata uzərinə qurğular yerləşdirmək üçün müxtəlif yuvalar mövcuddur. Ana plata istehsal edən firmalardan İntel , Asus, Gigabyte, Asrock, Foxconn, Biostar, Mercury və s. misal göstərə bilərik.

Ana platanın üzərində prosessor, əməli yaddaş, giriş - çıxış kontrolleri ,CMOS, BİOS, Chipset mikrosxemləri və s. yerləşir. Anaplatanı Qida Bloku (Power Supply) enerji ilə qidalandırıır. Qida Blokundan 2 konnektor ana plataya qoşulur. Bu konnektorlardan biri ana plata üzərində olan qurğuları , digəri isə power düyməsini qidalandırır. Ana plata üzərində AGP, PCI, PCI E, IDE, SATA, FDD, RAİD slotları mövcuddur. Hər bir platada kompüterin performansının çox asılı olduğu çipset adlı bir işləmci vardir. Ana plata daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də plata tipinə görə korpusa uyğun gəlməlidir.



Prosessor (CPU - Central Processor Unit) : Prosessor – hesab və məntiqi əməliyyatları yerinə yetirən və kompüterin ümumi işini idarə edən əsas qurğusudur. Kompüterin işinin məhsuldarlığı (əməliyyatların yerinə yetirilmə tezliyi) əsasən prosessorun tezliyi ilə müəyyən edilir. İnformasiya prosessorun registr yaddaşında emal olunur. Fərdi kompüterlərin düşünən beyni olan bu mikroprosessor ana plata üzərində yerləşir. 1971-ci ildə minlərlə transistorları 1 silikon çip üzərində yerləşdirən İntel ilk CPU düzəltdi. Prosessor kiçik, yastı yarımkeçirici təbəqələrdən yığılır. Onun daxilində metaldan olan çoxlu sayda kontaktlar vardır. CPU bir açma və 1 bağlama açarı kimi işləyən transistorlardan ibarətdir. Elektrik siqnalları bu açarın üzərindən keçir. Bu elektrik siqnalları kompüterin yaratdığı bütün işləri toplama,çıxma,vurma,bölmə kimi əməliyyatlara çevirir. CPU-lar çox ağıllı deyildirlər, ancaq çox sürətlidirlər . CPU bu işləri 2 – lik say sistemi, yəni 0 və 1 – lərin köməyi ilə həyata keçirir. Mikroprosessorları əsasən Intel, AMD VIA firmaları istehsal edir. İntel – in prosessorları kimi Pentium 1,2,3,4, Celeron,Core Duo,Core 2 Quad, Core i3, Core i5, Core i7, Itanium, Atom misal göstərmək olar. Intel Xeon əsasən serverlərdə istifadə olunur . İntelin əsas rəqibi AMD sayılır. AMD prosessorunun Celeron - dan fərqi L2 keşinin olmamasıdır. AMD prosessorları Athlon, Sempron,Phenom mikroprosessorları ilə tanınır. Core – nin növləri : İntel Core Duo virtual 2 nüvəlidir. Fiziki olaraq tək nüvəlidir. Lazım olduqda özünü 2 nüvəli kimi aparır. İntel Core 2 Duo – Bu fiziki olaraq 2 nüvəli prosessordur. Core i3 – 2 nüvəlidir. Core i5 və Core i7 4 nüvəlidir.

Xarakteristikası:

1) Takt tezliyi – Prosessorun sürəti takt tezliyi ilə ölçülür . Takt tezliyi 1 saniyə ərzində kompüterdə yerinə yetirilən əməliyyatların sayını və həmin əməliyyatların hansı sürətlə yerinə yetirildyini göstərir. İntel və AMD fərqli taktlarla işləyir . Takt tezliyi Mhz və ya Ghz – lə ölçülür .Məsələn, 40Mhs – saniyədə 40 million əməliyyat deməkdir

2) FSB (Front Side Bus) – Bu CPU ilə ana plata arasında məlumatın ötürülmə sürətini xarakterizə edir. Ana platanın FSB sürətində işləyir

3) Cache – Keş yaddaş İşləmə sürətini artırmaq üçün prosesor kiçik tutumlu və çox böyük sürətli yerli yaddaşa – keş yaddaşa malik olur. Məlumatların böyük hissəsi RAM üzərində toplandığı üçün bu iki cihaz arasında çoxlu sayda bağlantı vardır və adətən ana platalarda bu iki cihaz bir-birinə yaxın hazırlanır. CPU – dan RAM-a sorğu göndərildiyi zaman geçikmələrin təsirini azaltmaq üçün prosessora keş yaddaşı əlavə edilir. Kompüterin yaddaşına müraciət zamanı verilənlər keş yaddaşda axtarılır. Buna səbəb olur ki, verilənləri axtarmaq üçün keş yaddaşa edilən müraciətin vaxtı əməli yaddaşa edilən müraciətdən bir neçə dəfə çoxdur. Keş yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur. Keş yaddaş L1, L2, L3 olaraq mövcuddur. Keş byte olaraq ölçülür. İş prinsipi işləməkdə olan hər hansı proqramın kodlarını özündə saxlamasına əsaslanır. CPU məlumatı ilk olaraq L1 də axtarır, axtarılan məlumat L1 keşində deyilsə L2 keşə müraciət olunur. Onda da yoxdursa L3 - ə yönəlir. L3 - də yoxdursa Rama müraciət olunur. Əgər Ramda da yoxdursa sərt diskin Virtual yaddaşında axtarılır. Əgər burada da yoxdursa onda “Cache missing ” elanı çıxarılır və əməliyyat dayandırılır.

Hər anakartın dəstəklədiyi bir prosessor yuvası vardır . LGA və köhnə PGA soketin fərqi köhnədə prosessorun yuvasının prosesorla bir yerdə olması , yenilərdə isə prosessor yuvasının ana platanın üzərində yerləşməsidir. Pentium 4 – də LGA 775 istifadə olunmağa başlamışdır. İntel socketləri prosessorun iynələrinin sayına görə verilir . Məsələn: LGA 775 prosessorlarına bu ad iynələrinin sayı 775 ədəd olduğu üçün verilir.

Prosessorlar işlədikləri vaxt həddindən artiq istilik ayrıldığı üçün soyuduculara (FAN) mütləq ehtiyac vardır. Soyuducular üçün ana plata üzərində CPU FAN adıyla ifadə olunan port vardır. Temperaturu tənzimləmək məqsədilə mikroprossessorun içərisində qurğu yerləşdirilir. İstehsalçı tərəfindən maksimal temperatur həddi qoyulmuşdur. Maksimal həddi keçdikdən sonra kompüterin donması, öz – özünə sönməsi, sönub bir müddət yanmaması kimi problemlər üzə çıxa bilər . Bu prosessorun soyuması üçün nəzərdə tutulmuşdur. Bu problemin prosessorun qızması ilə əlaqədar olub olmamasını müəyyən etmək üçün BİOS – dan istifadə olunur.



Çipset : Çipsetin məhsuldarlığından butun kompüterin məhsuldarlığı asılıdır. Prosessor yaxşı olduğu halda çipset yaxşı olmasa kompüterin performansı yenə yaxşı olmayacaq. Çipset ana platalarda daxili cihazlar arasında verilənlər transferi və xarici cihazlarnan əlaqə yaratmaq üçündür. Çipset kompüterlərdə prosessorun, yaddaşın və giriş çıxış proseslərinin əlaqələndirici komponenti kimi çıxış edir . Kompüter üzərində olan cihazlar adətən fərqli sürətdə və fərqli növdə əlaqələrə sahibdirlər. Digərləri ilə birbaşa transfer edə bilməzlər və buna gorə də çipsetə ehtiyacları var. Bütün bu qurğular hansısa yolla prosessorla əlaqə saxlamalıdırlar. Problem ondadır ki, bu qurğuların hamısını prosessora qoşmaq mümkün deyil, çünki onlar hamısı müxtəlif sürətlərlə işləyirlər. Məsələn: Ram qurğusu çox sürətlidir, onun işləməsi üçün yüksək takt tezliyi lazımdır, printersə çox zəif işləyən qurğudur. Bu qurğuların hamısı və prossessor üçün bir vasitəçi lazımdır. Bu vasitəçi vəzifəsini də Çipset həyata keçirir .

North Bridge” və South Bridge” onların PCİ şinlərinə uyğun yuxarıda və ya aşağıda olmağına görə qeyd olunur. “North Bridge” əsasən prosessordan, RAM-dan, AGP və ya PCI express verilənlər yollarına cavabdehdir , adı çəkilən hissələri yoxlayır və bunlar arasında məlumat ötürülməsini təmin edir. “North Bridge” funksiyasına görə CPU-ya, RAM-a və AGP yuvalarına yaxın olmalıdır, çünki verilənlər yolu nə qədər qısa olsa siqnal o qədər təmiz və xətasız olar.

“South Bridge” isə giriş-çıxış yuvalarından, güc istifadəsindən, PCI yuvalarından, USB, İDE, SATA və anaplataya inteqrasiya olunmuş (səs və şəbəkə kartı kimi) digər hissələrə cavabdehdir. “South Bridge” - un fəaliyyəti minimal vaxtda yaddaşa müraciətlərin idarə edilməsidir. Çipset istehsalçısı firmalarına Intel, Nvidia , ATI\AMD , VIA və SIS – I misal göstərmək olar. İntel firması hazırda liderliyini qoruyub saxlayır.

Əməli yaddaş (RAM - RANDOM ACCESS MEMORY) : Əməli yaddaş çox sürətli yaddaşdır, buna operativ və müvəqqəti yaddaş da deyilir. Prosessor müvəqqəti olaraq proqramları və məlumatları RAM - da saxlayır və icra edir. Proqram üzərində hər hansı bir əməliyyat apardığımız zaman proqram RAM üzərində çalışmış olur. Əks halda proqram HDD üzərində çalışmış olsaydı hər dəfə yeni əmr verdikdə həddindən artıq vaxt itkisi ilə qarşılaşardıq.

RAM müvəqqəti olaraq məlumatı yaddaşda saxlayır . Məlumatlar yalnız kompüter işləndiyi zaman, yəni enerji olduqda RAM-da qalır. Enerji kəsildikdə məlumatlar avtomatik olaraq RAM-dan silinir. Daimi yaddaş kimi istifadə oluna bilməz. 2 əsas tipi vardır:

Dinamik yaddaş (DRAM) və statik yaddaş (SRAM)

DRAM ( Dynamic RAM) – ın EDORAM və SDRAM kimi növləri vardır. SDRAM özü 2 yerə ayrılır:

SDR (SINGLE DATA RATE) və DDR (DOUBLE DATA RATE). Hazırda DDR ramları geniş istifadə olunur. Həcm olaraq Ramlar, 1024 MB , 2048 MB , 4096 MB və s. ola bilər .

Yaddaş modulunun layihələşdirilməsinin iki yolu vardır :

1) Bircərgəli (SİMM modulu)

2) İkicərgəli (DİMM) modulu və daha çox cərgəli

DİMM slotu DDR 2 və DDR 3 – də istifadə olunur.

SO DİMM (SMALL OUTLİNE DUAL İNLİNE MEMORY) – Bunlar DİMM slotlarının kiçildilmiş formasıdır. Noutbooklarda istifadə olunur.

Hazırda istifadə etdiyiniz RAM miqdarının öyrənilməsinin bir neçə üsulu vardır: “My Computer” ikonu üzərində mausun sağ düyməsini sıxmaqla “Properties“-i seçib RAM miqdarınızı öyrənə bilərsiniz.

Bundan başqa “Alt”+”Ctrl”+”Delete” və ya “Ctrl”+”Shift”+”Esc” klaviş kombinasıyalarından istifadə edərək “Task Manager”-i açıb “Performans” hissəsindən ümumi RAM miqdarını və hal-hazırda istifadə olunan RAM miqdarını görmək olar. Ram problemi olduqda və ya olmasından şübhələndikdə Memtest kimi bir çox proqram vasitələri ilə əməli yaddaşı test etmək mümkündür



Sərt disk (HDD - Hard Disk Drive): Bu daxili qurğuya vinçester, daimi yaddaş, sərt disk, sabit disk də deyilir. Sərt disklərin əsas vəzifəsi bütün məlumatları daimi saxlamaqdır.

Sərt diskin əsas funksiyasını yerinə yetirərkən istifadə etdiyi ən vacib hissələr, oxuma-yazma başlığı ilə alüminium və ya şüşə\keramik örtükdən ibarət olan disk səthidir. Ən kiçik sahənin hissəciklərinə Sektor deyilir. Hər bir sektorun 1 Byte həcmindədir.

Xarakteristikası:

1) Həcmi - bayt ilə ölçülür. Hard Disklər 250 Gb, 320 Gb, 500 GB, 1 TB və s. həcmə malikdirlər.

2) RPM (ROTATE PER MİNUTE) - Sərt maqnit disk qurğularında şpindelin (oxun) fırlanma sürəti 5400, 7200, 10000, 15000 dövr/dəqiqə olur.

Sərt maqnit disk qurğularını (vinçester) ana plataya qoşmaq üçün SCSI , IDE, Serial ATA interfeyslərindən istifadə olunur. Xarici sərt disklər də vardır. Kompüterə USB vasitəsilə qoşulur.

IDE (Integrated Drive Electronics) 40-kontaktlı portdur . Demək olar ki istifadədən çıxmaq üzrədir.

SATA - İDE dən fərqli olaraq yüksək sürətli məlumat mübadiləsini təmin edir. SSD yaddaşlar 2 cürdür : Ram yaddaşlı SSD - lər sürətli və bahalıdırlar. Ramlı SSD - lərin fleş SSD- lərdən əsas fərqi cərəyandan asılı yaddaşla bağlı olmasıdır. Fleş əsaslı SSD - lər daha ucuz, daha zəif sürətli və cərəyandan asılı olmayandırlar. SSD - in hərəkətli mexanik hissələrin olmaması, oxuma və yazma sürəti yüksəkliyi, kompaktlığı , səssiz olması, möhkəmliyi kimi üstünlükləri, üstünə yazılma, uyğunluq, qiymət kimi çatışmamazlıqları vardır.



Floppy - FDD ( FLOPPY DİSK DRİVE ): Maqnit lentli disket yaddaşla işləyir . Həcmi 1.44 Mb -dır. Kompüterdə A hərfi 3.15 düyümlük floppiyə şamil edilir. Hazırda BİOS - u “ upgrade ” etmək məqsədilə USB FDD - lər istifadə olunur

Ekran kartı – (VGA - Video Graphic ARRAY) : Ekran kartına qrafik kart,video kart da deyilir. Kompüterin yaddaşında olan təsviri monitora videosiqnal şəklində ötürür. Çox zaman ekran kartı ayrıca plata şəklində olur və ana platanın üzərində olan xüsusi porta qoşulur. Videokartın ilk vəzifəsi prosessorun əməliyyatlarını monitora təqdim etməkdir, amma günümüzdə videokart deyəndə ilk ağıla gələn ağır qrafik həllərdir (3D oyunlar, ağır qrafika tələb edən qrafik proqramlar və s).

Videokartlar aşağıdakı qoşulma standartlarından istifadə etmişlər:

 AGP

 PCİ


 PCİ Express

PCİ express daha sürətli və müasir interfeysdir. Videokartın özündə kompüterin mərkəzi prosessorunu yükləmədən özü informasiya emalını həyata keçirən qrafik prosessor (GP) vardır . Videokart növləri kimi Gigabyte , Asus, AMD Radeon və s. misal göstərə bilərik. VGA portu 15 pinli konnektordan ibarətdir. Monitordan gələn kabel mail , monitordan gələn interface kabelinin qoşulduğu VGA portu female adlandırılır. Videokartın MDA, CGA, EGA, HGA, SVGA kimi növləri vardır.

Bütün rəqəmsal görüntülərin ən kiçik üçlük nöqtə qrupuna piksellər deyilir . Bütün rəqəmsal görüntülər (məsələn şəkillər) üfüqi və şaquli şəkildə yan yana düzülmüş piksellərdən əmələ gəlir. Piksel 1 düyümdəki nöqtələrin sayıdır. Məsələn: deyək ki, ekranımızda ekran ölçüsünü 1024X768 təyin etdik . Burada 1024 üfüqi, 768 isə şaquli piksel sayını göstərir . Rənglər isə RGB texnologiyası ilə təyin edilir . Bu texnologiya bütün rəngləri yalnız bir birinə qarışdırılmış 3 rənglə - R-red(qırmızı), G-green(yaşıl), B-blue(mavi) rəngləri bir birinin üzərinə əlavə etməklə əldə edir

Müasir videkartların üzərində tək VGA deyil, DVİ və HDMİ çıxışlarını da görmək mümkündür. VGA analoq siqnal ötürdüyü halda DVİ rəqəmsal siqnal ötürür. Əslində videokart bütün emal etdiklərini rəqəmsal formada təqdim edir. Sadəcə əgər monitor VGA çıxışına bağlanıbsa, onda analoq siqnala çevrilir və ya əksinə. Videokartların üzərində BİOS mövcuddur. Bununla da istənilən videokartı anakarta yerləşdirəndə BİOS onu qəbul edir.

Modem : Modem sözu Modulator - Demodulator sözündəndir.Modem informasiyanın bir kompüterdən digərinə telefon xətti vasitəsilə ötürülməsi üçün istifadə edilir. Daxili və xarici modemlər vardır. Modemin işi telefon xətti ilə gələn elektrik siqnalını rəqəmsal (digital) siqnala və kompüterdən məlumat ötürüldükdə isə göndərilən digital siqnalı elektrik siqnalına çevirməkdir. Analoq siqnalı elektrik siqnalıdir. Digital siqnal isə 0 və 1 - lərdən ibarət siqnallardır.

Daxili modem kompüterin ana platasına İSA və ya PCİ slotu vasitəsi ilə qoşulur. Xüsusi drayver tələb edir. Proqram təminatı olmadan yararsız bir hissədir. Xarici modem kompüterə COM port və ya USB port vasitəsi ilə qoşulur. ADSL texnologiyası telefon xətti ilə səsin ötürülməsi üçün istifadə olunan tezlik zolağından fərqli tezlik istifadə edir. Beləcə eyni zamanda telefonla danışıq aparmaq və məlumatın ötürülməsinə imkan yaradır. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni əgər modem saniyə ərzində analoq siqnalının xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli onun informasiyanı xəttə ötürmə sürəti 2400 boddur. İnformasiyanın həcmi isə analoq siqnallarının sayı, yəni bit ilə təyin edilir.



Giriş - çıxış yuvaları :

Mikroprosessorun xarici qurğular (printer, Mouse və s.) ilə informasiya mübadiləsini həyata keçirən yuvalara portlar deyilir. Portlar sistem blokunun arxa panelində yerləşir. Portların iki: paralel (LPT1, LPT2 və s. ilə işarə olunanlar) və ardıcıl (COM1, COM2 və s. ilə işarə olunanlar) və müasir USB növündən istifadə edilir. Paralel portların ardıcıl portlardan üstünlüyü məlumatın daxil və xaric edilmə sürətinin üstünlüyündədir.

Hər anakartda digər qurğuların qoşulması üçün portlar vardır:

 Serial/COM (Communication) port - COM port kompüterlərdə ilk istifadə olunan geniş məqsədli portdur. Bu porta müxtəlif qurğular qoşulur (modem, telefon və s. ) . COM port 9 pin-li və ya 25 pin-li ola bilər.

 Paralel/LPT port – 25 pin-li bu porta printerlər, skanerlər və digər qurğular qoşula bilər. Əvvəllər qoşulma üçün bu portu istifadə edən qurğular günümüzdə daha çox USB və Firewire portlarından istifadə edirlər.

 Fireware port – (IEEE1394) 6 pin və ya 4 pin-lidir. Kompüterə rəqəmsal kameraların və video yazıcıların qoşulması və yüksək sürətli məlumat ötürülməsi üçün nəzərdə tutulmuşdur.

 USB – kompüteri söndürmədən avadanlığın taxılıb çıxarılmasını mümkün edən texnologiyadır. Hər anakart üzərində müxtəlif saylarda USB (Universal Serial Bus) port yerləşdirilir. USB portlara demək olar ki hər cür xarici cihazlar qoşula bilir. LPT və COM portla müqayisədə daha sürətlidirlər.. Əgər məsafə problemi olarsa və ya daha çox qurğu qoşmağa ehtiyac olarsa, USB HUB -lardan istifadə etmək mümkündür. USB - nin üstün cəhətlərindən biri də ona qoşulan avadanlığa ötürmə yolları ilə enerji ötürməsidir. USB konnektorları müxtəlif tiplərdə ola bilər :

USB baglayıcıları 4 pin-dən ibarətdir:

1 pin +5V güc enerji bağlantısı üçündür,

2 pin məlumat ötürmək üçündür,

1 pin isə torpaqlama üçündür.

 PS/2 port – mouse və klaviatura qoşulması üçün nəzərdə tutulmuşdur. Hər ikisi forma və çıxışlarının sayı etibarilə eynidir. Buna görə də əsasən fərqli rənglərdə olurlar. Standart olaraq rəngi yaşıl olan mouse üçün, bənövşəyi olan klaviatura üçün istifadə edilir. Üzərlərində klaviatura və mouse simvolları da vardır.

 Səs giriş-çıxış portu– Bu port səsin giriş və çıxışı üçündür. Adətən 3 paralel port istifadə olunur. Açıq-mavi rəngdə olan səs girişinə DVD-RW ya da digər səs qaynaqları qoşula bilər. Açıq-yaşıl rəngdə olan səs çıxışına qulaqlıq və səs ucaldanlar qoşula bilər. Çəhrayı rəngdə olan mikrofon girişinə isə mikrofonlar qoşulur. Mikrofon səsin elektrik siqnalına çevrilməsi və audio məlumatın kompüterə daxil olmasını təmin edən giriş qurğusudur.

 RJ 45/LAN port – Şəbəkə əlaqə portu daxili şəbəkəyə , başqa kompüterə və internetə qoşulmaq üçün 8 pinli bağlantı istifadə olunur.

 AGP (Accelerated Graphics Port – Sürətləndirilmiş Qrafik Port) – AGP kanalı 32 bit genişliyindədir və 66 MHz sürətində işləyir. 2xAGP, 4xAGP və 8xAGP növləri vardır. AGP verilənlər yolu sadəcə ekran kartları üçün istifadə olunur.

 VGA Portu - 15 pin-li VGA portuna monitor qoşulur.

 ATX Power Connector (ATX Güc Əlaqələndiricisi) – Güc əlaqələndiricisidir

 CPU (Cenrtal Prosessing Unit – Mərkəzi Prosessor Qurğusu) soketi – Bu soketlərin digər bağlantılardan fərqi ana plata üzərində daim taxılı olmalarıdır.

 DIMM (Double Inline Memory Module) – İki tərəfli açıq yaddaş moduludur

 Floppy Disk Driver Connector (Elastik Disk Sürücüsü Əlaqələndiricisi) - IDE şininə bənzəyir , lakin kiçik olur.

 IDE (Intelligent Drive Electoronic – Ağıllı Elektron Sürücü) – IDE əlaqələndiriciləri IDE şinlərinin anakart üzərinə birləşdirildiyi oyuqlardır. Bura adətən HDD və DVD-RW qoşulur.

 SATA port - SATA digər qoşulmalardan daha üstün sürətə malikdir.

 ISA (Industry Standart Architecture – Sənaye Standartlı Arxitektura) – ISA sökükləri köhnə tipli anakartlarda: modem,səs, ekran, şəbəkə və başqa kartların qoşulması üçün istifadə edilirdi. Sürəti aşagıdır , maksimum 16 mhz surəti ilə işləyən sistem şinidir. Bir dəfəyə 16 bit məlumat ötürə bilir.

 PCI (Peripheral Component Interconnect – Xarici Əlaqəli Periferiya Komponentləri) 33 və ya 66 Mhz sürətilə işləyir. Qoşulan qurğuları avtomatik özü nizamlayır (Plug and Play). PCI yuvaları ağ rəngli olub modem, səs kartı, şəbəkə kartı, TV kartı kimi qurğuların qoşulması səbəbiylə sayı digər yuvalara nisbətən daha çoxdur.

 PCI Express: PCI-E, güc istifadəsini, xüsusilə AGP limitlərini genişlədən , sistem yaddaşını daha az istifadə edərək ekran kartı və digər qurğuların xərclərini azaltma imkanı verən bir verilənlər yoludur.

 PCI-X: PCI-X standartının məqsədi PCI slotlarından daha yüksək kanal genişliyi əldə edib “Gigabit Ethernet” kimi server platformalarında şəbəkə kartlarının lazımi kanal genişliyi ilə təmin etməkdir.



Mündəricat

Kompüter qurğuları 2

Sistem bloku 3

Monitor 4

Klaviatura 4

Mouse 5

Ana plata 5

Prosessor (CPU – Central Prosessor Unit) 5.

Çipset 7

Əməli yaddaş 8

Sərt disk 9

Floppy 9.

Ekran kartı 10

Giriş-çıxış yuvaları 12

Ədəbiyyat

1. Abbasov Əli, Əlizadə Mətləb, Seyidzadə Etibar, Musayev İsa. İnformatika və kompüterləşmənin əsasları . Bakı , 2012

2. Ə. Mətləb., Ə. Nuran. Windows 7 və Office 2012 . Bunları noutbookda öyrənməyə nə varki. Bakı , 2012

3. Qurbanov İsabala, Qurbanov Azad , Abdullayeva Rəhilə. İnformatika. Bakı , 2012

4. Зелинский Сергей. Самоучитель работы на компьютере в вопросах и ответах. Харков , 2013

5. Симонович С.В . Информатика. Москва , 2014



6. Таненбаум Э. Архитектура компьютера . Питер , 2003
Yüklə 64,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin