1
Surəti
QƏRAR
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
26 oktyabr 2016-cı il İş №1(106)-490/2016 Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Camalov Etibar Əli oğlu
(sədrlik edən, məruzəçi hakim), Əkbərov Kamran Hüseyn oğlu və Əhmədov İsmayıl Həmid
oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi Mustafayeva Taclı Əbdüləhəd qızının, dövlət
ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi Üzrə
İdarəsinin prokuroru Hüseynov Elnar Əli oğlunun və məhkum edilmiş şəxs Hidayətli Nurlan Nuru
oğlunun müdafiəçi Mirzəyev Ruslan Soltanağa oğlunun iştirakı ilə, Hidayətli Nurlan Nuru oğlunun
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 125, 156.1, 182.2.2 və
182.2.4-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-
254/2016 №-li, 24 iyun 2016-cı il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Mirzəyev
Ruslan Soltanağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq,
MÜƏYYƏN
ETDİ:
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-254/2016 №-li, 24 iyun 2016-cı il tarixli
hökmü ilə (Hakimlər: E.Əliyev (sədrlik edən), M.Abdullayev və C.Nəbiyev), Hidayətli Nurlan Nuru
oğlu CM-nin 125, 156.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 08 il
müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Məhkəmənin hökmü ilə Hidayətli Nurlan Nuru oğlu CM-nin 125, 156.1, 182.2.2 və 182.2.4-
cü maddələri ilə ona görə təqsirli bilinərək məhkum olunmuşdur ki, o, Masallı şəhəri Digah küçəsi
ev 12 ünvanında yerləşən evindən mobil telefonu vasitəsi ilə internet şəbəkəsinə daxil olaraq,
özünün yaratdığı, «Azad Azərbaycan» Müstəqil Teleradio Kompaniyası ilə əlaqəsi olmayan və «Öz
aramızda» verilişinin aparıcılarının fotoşəkilləri yerləşdirilmiş «zaur_gunay öz aramızda»
«İnstagram» səhifəsinə aldanaraq müraciət etmiş, Cabbarova Arzu Etibar qızına, özünü «Azad
Azərbaycan» Müstəqil Teleradio Kompanıyasının montajçı-rejissoru kimi təqdim edərək, tamah
məqsədi ilə, sonuncunun şəxsi həyatın sirri olan məlumatları, yəni alt paltarlı fotoşəkillərini və daha
sonra paltarsız video görüntüsünü 2015-ci ilin fevral ayı ərzində aldatma yolu ilə qanunsuz toplayıb
ələ keçirərək 19 fevral 2015-ci il tarixdə sonuncudan şəxsi həyatın sirri olan rüsvayedici şəkil və
videonu yayacağı hədəsi ilə, özgənin əmlakı hesab olan 100 (yüz) manat məbləğində pul tələb etmiş,
bu məqsədlə özünə məxsus AZE seriyalı 1467636 saylı şəxsiyyət vəsiqəsinin fotoşəklini
«Whatsapp» proqramı vasitəsi ilə Arzu Cabbarovanın mobil telefona göndərmiş, pulu ödəmək
məcburiyyətində qalan Arzu Cabbarova Xankişiyevə Ülkər Qurban qızının vasitəsi ilə «Kapital
Bank» ASC-nin Lökbatan filialından 25 fevral 2015-ci il tarixdə göndərdiyi və hədə-qorxu ilə tələb
etdiyi 100 manat məbləğində pulu «Kapital Bank» ASC-nin Masallı filialından götürmüşdür.
Bundan başqa o, cinayət əməllərini davam etdirərək, 25 fevral 2015-ci il tarixdə «Whatsapp»
proqramı vasitəsi ilə səsli və yazılı mesajlar göndərməklə, Arzu Cabbarovanın rüsvayedici
məlumatlar hesab edilən alt paltarlı şəkil və paltarsız videosunu yayacağı hədəsi ilə sonuncudan
təkrarən hədə-qorxu gəlməklə 300 (üç yüz) manat məbləğində pulun bir həftə ərzində ona
göndərilməsini tələb etmiş, 01 aprel 2015-ci il tarixdə Arzu Cabbarovanın 0557647650 saylı mobil
telefon nömrəsinə yenidən göndərdiyi SMS-lərdə sonuncunun paltarsız videosunu yayacağı hədəsi
ilə həmin gün saat 15-ə qədər özgənin əmlakı hesab olan 300 manat məbləğində pulun göndərməsini
2
təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bununla yanaşı, o, Arzu Cabbarova ilə tanış olub, aralarında
sevgi münasibətlərinin yaranması adı ilə, sonuncunun şəxsi həyatın sirri olan məlumatları, yəni alt
paltarlı fotoşəkillərini və daha sonra paltarsız video görüntüsünü aldatma yolu ilə qanunsuz toplayıb
ələ keçirdikdən sonra, sonuncunu sair cəhətdən özündən asılı vəziyyətə saldığına əmin olub,
«Whatsapp» proqramı vasitəsi ilə mesajlar göndərməklə sonuncunun ləyaqətini mütəmadi olaraq
alçaltmaqla, həmin şəkil və videonu yayacağı ilə mütəmadi hədə-qorxu gəlməklə, həmçinin 25
fevral 2015-ci il tarixdə topladığı şəxsi sirr olan məlumatları əks etdirən həmin video materialı
«Whatsapp» proqramı vasitəsi Arzu Cabbarovanın tanışı Ağcabədi rayonu Hindarx kənd sakini
Səbbaqi Sərvər Şaban oğluna göndərib yaymaqla şəxsi həyatın toxunulmazlığını pozduğundan, Arzu
Cabbarovanı özünü öldürmə həddinə çatdırmış, bunun nəticəsində sonuncu Bakı şəhəri, Lökbatan
qəsəbəsi, massiv 2, keçid 5, ev 14 ünvanında yerləşən yaşadığı evin əl damında boğazına keçirdiyi
şərfi, damın tirinə bərkitdiyi məftilə bağlamaqla, 25 fevral 2015-ci il tarixdə özünü asmaqla
öldürməyə cəhd etmiş, lakin boğazına bağladığı şərf ilə məftilin bir-birindən qırılması nəticəsində
özündən asılı olmayan səbəbdən özünü öldürə bilməmişdir.
Bundan başqa Nurlan Hidayətli, Qəbələ rayonu Nohurqışlaq kənd sakini, Musayeva Əfsanə
Zeynal qızına, özünü «Azad Azərbaycan» Müstəqil Teleradio Kompanıyasının əməkdaşı kimi
təqdim edib aldadaraq, 2015-ci ilin fevral-mart ayları ərzində, sonuncuya xəstəliyinin müalicəsinə
köməklik göstərilməsi məqsədilə həmin telekanalda yayımlanan «Öz aramızda» verilişinə dəvətini
təşkil edəcəyini vəd edib, Əfsanə Musayevaya guya bunun üçün bir neçə üz şəkillərinin lazım
olmasını bildirib, aldatma yolu üz şəkillərini ələ keçirərək, həmin şəkilləri montaj edib internetdə
yayıb, rüsvay edəcəyi hədəsi ilə, sonuncunun bədəninin sinə və döş hissələrinin lüt fotoşəkillərini
mobil telefon proqramları vasitəsi ilə özünün istifadəsində olan mobil telefona ötürülməsinə nail
olub, şəxsi həyatın sirri olan məlumatları tamah niyyətilə təkrarən qanunsuz toplamış, həmin
məlumatları ələ keçirməklə əldə edib saxladığı Əfsanə Musayevanın rüsvayedici şəkillərini
yayacağı, zərərçəkmiş şəxsin və əri Şahin Musayevin üzərində zor tətbiq edilməsi üçün 15 nəfər
dostunu Qəbələ rayonuna göndərəcəyi barədə Masallıda yerləşən evindən «Whatsapp» proqramı
vasitəsi ilə xəbərdarlıq etməklə və hədələrini reallaşdıracağına inandırmaq məqsədilə, özündə
saxladığı şəxsi həyatının sirrini təşkil edən bədən hissələrinin lüt şəkillərini Şahin Musayevə
göstərəcəyi ilə zərərçəkmiş şəxs Əfsanə Musayevaya yenidən hədə-qorxu gəlmiş, cinayət əməlləri
barəsində Qəbələ rayon Polis şöbəsinə şikayət olunmasını bilib, cinayət əməllərini davam etdirərək
barəsində Qəbələ rayon Polis şöbəsində olan şikayətin geri götürülməyəcəyi halda Əfsanə
Musayevanın rüsvayedici şəkillərini yayacağı hədəsi ilə, İran İslam Respublikası ərazisindən 06-07
aprel 2015-ci il tarixlərdə xeyli miqdar hesab edilən özgəsinin əmlakı olan 1000 (min) manat
məbləğində pulu, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Toksikoloji Mərkəzdə müalicə
alan sonuncudan mobil telefonun «Whatsapp» proqramı vasitəsi ilə, təkrarən hədə-qorxu ilə tələb
edərək, həmin pulu bank vasitəsi ilə ona göndərilməsi üçün, özünə məxsus AZE seriyalı 1467636
saylı şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkərək «Whatsapp» proqramı vasitəsi ilə Əfsanə
Musayevanın istifadəsində olan mobil telefona göndərməklə, özgənin xeyli miqdarda əmlakını
təkrarən hədə-qorxu ilə tələb etmişdir.
Bununla yanaşı o, Masallı şəhərində Digah küçəsi ev 12 ünvanında yerləşən evindən və İran
İslam Respublikası ərazisindən 2015-ci ilin mart-aprel ayları ərzində rüsvayedici şəkillərini
qanunsuz toplamaqla sair cəhətdən özündən asılı vəziyyətə saldığı Əfsanə Musayevanı özünün
istifadəsində olan 051-707-24-77 nömrəli mobil telefon nömrəsinin «Whatsapp» proqramı vasitəsi
ilə əlində saxladığı rüsvayedici şəkillərini qanunsuz olaraq yayacağı, özündə saxladığı şəxsi
həyatının sirrini təşkil edən bədən hissələrinin lüt şəkillərini sonuncunun əri Şahin Musayevə
göstərəcəyi və Əfsanə Musayevanın və onun yaxın qohumu hesab edilən əri Şahin Musayevə zor
tətbiq edəcəyi ilə Əfsanənin mobil telefonuna göndərdiyi çoxsaylı mesajlarla hədə-qorxu gəlməsi,
həmçinin onun ləyaqətini mütəmadi olaraq alçaltdığından və bu hərəkətləri ilə Əfsanə Musayevanı
özünü öldürmə həddinə çatdırdığından, sonuncu özünü öldürmək qərarına gəlmişdir. Bu məqsədlə
3
Əfsanə Musayeva 02 mart 2015-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən yaşadığı
evdə müalicəsi üçün istifadə etdiyi «finlepsin», «baralqin», sitramon və «parasetamol»
dərmanlarından bir dəfəyə 25-30 ədəd içərək özünü zəhərləmiş, lakin ona vaxtında Qəbələ rayon
Mərkəzi xəstəxanasında ixtisaslı təcili tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olunmuş, 27
mart 2015-ci il tarixdə Əfsanə Musayeva təkrarən, özünün öldürmək məqsədilə yaşadığı Qəbələ
rayonu Nohurqışlaq kəndində müalicəsi üçün istifadə etdiyi «depakin», «ataraks», «qrandaksin»,
«eqonol», «seteriks» və «ketatifen» dərman preparatlarından evin hamamında qapını bağlayıb 50-60
ədəd həbləri birdəfəyə içərək, özünü zəhərləmiş, lakin Qəbələ rayon Mərkəzi xəstəxanasında ona
vaxtında ixtisaslı təcili tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olunmuş və 05 aprel 2015-
ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən yaşadığı evində sirkə turşusu içib huşsuz
vəziyyətdə Qəbələ rayon Mərkəzi xəstəxanasına gətirilmiş, daha sonra Bakı şəhəri, Nəsimi
rayonunda yerləşən Toksikoloji Mərkəzə göndərilməklə ona vaxtında ixtisaslı təcili tibbi yardım
göstərilməsi nəticəsində həyatı xilas olunmuşdur.
Bundan başqa o, eyni xarakterli cinayət əməllərini davam etdirərək, Masallı şəhərində Digah
küçəsi ev 12 ünvanında yerləşən evindən 2015-ci ilin mart ayında, «Azad Azərbaycan» Müstəqil
Teleradio Kompanıyasının «zaur_gunay «İnstaqram» səhifəsinə ağır xəstə olan anası Mehriban
Əşrəfovanın müalicəsi üçün müraciət etmiş zərərçəkmiş şəxs Biləsuvar rayonu, Bəydili kəndində
qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu Böyükşor qəsəbəsi Daş Karxanası küçəsi ev
81A ünvanında kirayədə yaşayan Əşrəfli Türkanə Rəfail qızının «İnstagram» səhifəsinə
“Whatsapp_0517072477” adlı «İnstagram» səhifəsindən yazaraq özünü «Öz aramızda» verilişinin
operatoru kimi təqdim edib aldadaraq, guya verilişin aparıcısı Zaur Bəxşəliyevə təqdim etmək üçün
ondan üz şəkillərini göndərilməsini zəruri olduğunu bildirmiş, Türkanə Əşrəfli ona 4 ədəd üz
şəkillərini göndərdikdən sonra, o, həmin şəkilləri xüsusi kompyüter proqramından istifadə etməklə
internetdən götürdüyü lüt qadın bədəninə montaj edib rüsvayedici şəkillərini internetdə yayacağı
hədəsi ilə, «Whatsapp» proqramından istifadə etməklə mobil telefonuna mütəmadi mesajlar
göndərərək, Əşrəfli Türkanədən İran İslam Respublikası ərazisindən 06.04.2015-ci il tarixdə
təkrarən hədə-qorxu ilə özgəsinin əmlakı hesab olan 150 manat, sonuncu həmin məbləğdə pulunun
olmadığını bildirdikdən sonra, həmin gün güzəşt edib İran İslam Respublikası ərazisindən özgənin
əmlakı olan 70 manat pulu təkrarən hədə-qorxu ilə tələb etmiş və həmin pulu bank vasitəsi ilə ona
göndərilməsi üçün özünə məxsus AZE seriyalı 1467636 saylı şəxsiyyət vəsiqəsinin fotoşəklini
çəkərək «Whatsapp» proqramı vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, Daş
Karxanası küçəsi ev 81A ünvanında olan Türkanə Əşrəfliyə göndərməklə, təkrarən özgəsinin əmlakı
olan pulu hədə-qorxu ilə tələb etmişdir.
Məhkum edilmiş şəxsin müdafiəçisi Mirzəyev Ruslan Soltanağa oğlu apellyasiya şikayəti
verərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 156.1, 182.2.2 və 182.2.4-cü
maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2016-cı il
tarixli hökmünün ləğv edilməsini, cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsinə dair
qərar qəbul edilməsini xahiş etmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin
məhkəməyə ünvanlanmış 17/35-1386 №-li, 05 sentyabr 2016-cı il tarixli məktubu ilə bildirilmişdir
ki, 13.08.2016-cı il tarixdə Bakı İstintaq Təcridxanasından etapla Müalicə Müəssisəsinin Cərrahiyyə
Şöbəsinə 1996-cı il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,
orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, məhkum olunana qədər Masallı şəhəri,
Digah küçəsi, ev 12-də qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 125, 156.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 08 il
müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Şırvan Apellyasiya
Məhkəməsinin hesabında olan təqsirləndirilən şəxs Hidayətli Nurlan Nuru oğlu «Divararalığının
onkoloji xəstəliyə görə keçirilmiş kimya terapiya müalicəsindən sonrakı vəziyyət, Nefropatiya
əlamətləri» diaqnozu ilə daxil olmuşdur. Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq
4
təqsirləndirilən şəxs Hidayətli Nurlan Nuru oğlu 04.09.2016-cı il tarixdə saat təxminən 22:45
radələrində müəssisənin Cərrahiyyə şöbəsində «Qəfləti ölüm, tromboemboliya» diaqnozu ilə
ölmüşdür.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin
məhkəməyə ünvanlanmış 17/35-1386 №-li, 05 sentyabr 2016-cı il tarixli məktubu 09 sentyabr 2016-
cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş və 4987 daxil olma nömrəsi ilə
qeydiyyata alınmışdır.
Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxsin müdafiəçisi Mirzəyev Ruslan
Soltanağa oğlu hüquqlarını müdafiə etdiyi məhkum edilmiş şəxs Hidayətli Nurlan Nuru oğlunun
ölməsi faktı ilə əlaqədar CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə
etirazının olmadığını bildirmişdir.
Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu məhkum
edilmiş şəxs Hidayətli Nurlan Nuru oğlunun ölməsi faktı ilə əlaqədar CPM-nin 39.1.5-ci maddəsinə
əsasən cinayət təqibinə xitam verilməsini etiraz etmədiyini bildirmişdir.
Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilmiş zərərçəkmiş şəxslər
Musayeva Əfsanə Zeynal qızı, Əşrəfli Türkanə Rəfail qızı və Cabbarova Arzu Etibar qızı məhkəmə
iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslər Musayeva Əfsanə Zeynal qızı, Əşrəfli Türkanə
Rəfail qızı və Cabbarova Arzu Etibar qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə kollegiyası dövlət ittihamçısının və məhkum edilmiş şəxsin müdafiəçisinin
çıxışlarını dinləyib hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-254/2016 №-li,
24 iyun 2016-cı il tarixli hökmü ləğv edilməli, Hidayətli Nurlan Nuru oğlu barəsində CM-nin 125,
156.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir.
Belə ki, CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli
törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət
təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi
başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).
Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq
və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından
biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs
qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində
tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı
müddəaları onlara da şamil olunur.
Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu
Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun
yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı
bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu
Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə
müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu
Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi
varis qismində tanınması barədə qərar qəbul edilir.
Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə
bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində
nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır.
Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə
müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi
haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici
əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin
tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan
5
şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim
edilir.
Şirvan Apellyasiya Məhkəməsinin 1(106)490/2016 №-li, 21 sentyabr 2016-cı il tarixli
məktubu ilə, təqsirləndirilən şəxs, mərhum N.Hidayətlinin Masallı şəhəri, Digah küçəsi 12
ünvanında yaşayan ailə üzvlərinə onun 04 sentyabr 2016-cı il tarixdə müəssisənin Cərrahiyyə
şöbəsində «Qəfləti ölüm, tromboemboliya» diaqnozu ilə vəfat etməsi barədə, habelə Azərbaycan
Rеspublikası Cinayət Prоsеssual Məcəlləsinin (bundan sonra CPM-nin) 106-1.3-cü maddəsinə
əsasən məhkum edilmiş şəxsin hüquqi varisi kimi tanınıb-tanınmasına dair istəklərinin olub-
olmaması ilə əlaqədar məhkəməyə müraciət etmələri xahiş olunmuş, məhkum edilmiş şəxsin hüquqi
varisinin müəyyən edilməsi üçün məhkəmə iclası 21 sentyabr 2016-cı il tarixdən 26 oktyabr 2016-cı
il tarixə təxirə salınmış (20 gündən çox müddətə), lakin məhkum edilmiş şəxsin hüquqi varisi kimi
tanınmaq barədə onun yaxın qohumlarından məhkəməyə hər hansı müraciət daxil olmamışdır.
Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, Lənkəran
Ağır Cinayətlər Məhkəməsinin 1(089)-254/2016 №-li, 24 iyun 2016-cı il tarixli hökmü ləğv
edilməli, CPM-nin 39.1.5-ci maddəsinə əsasən Hidayətli Nurlan Nuru oğlu barəsində Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 125, 156.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə başlanılmış
cinayət işi üzrə icraata xitam verilməlidir.
Belə ki, CPM-nin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə,
həmçinin bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş
şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü
maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir.
Həmin Məcəllənin 398.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya
protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin
hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi
ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər.
Qeyd olunanlara əsasən və CPM-nin 39.1.5, 43.3, 106-1.3, 106-1.4, 281, 397-399, 407-410 və
412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏRARA
ALDI:
Hidayətli Nurlan Nuru oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 156.1,
182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 1(089)-254/2016 №-li, 24 iyun 2016-cı il tarixli hökmü ləğv edilsin.
Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən Hidayətli Nurlan Nuru oğlu
barəsində Azərbaycan CM-nin 125, 156.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə başlanılmış cinayət
işi üzrə icraata xitam verilsin.
Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.
Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə
Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Əsli ilə düzdür:
Hakim:
Etibar Camalov
Dostları ilə paylaş: |