Azərbaycanda sənaye parkları və məhəllələrinin yaradılması ilə bağlı görülən işlər müzakirə edilmişdir



Yüklə 18.42 Kb.
PDF просмотр
tarix28.11.2016
ölçüsü18.42 Kb.

 

 

http://www.xalqqazeti.com/az/news/news/65671



 

 

Xəbərlər 

 

 



Azərbaycanda sənaye parkları və məhəllələrinin 

yaradılması ilə bağlı görülən işlər müzakirə edilmişdir 

 

 



21.12.2015 09:54 | 

 

 



 

Bakı  Biznes  Mərkəzində  “Azərbaycan  Respublikasında  sənayenin  inkişafına  dair  2015-

2020-ci illər üçün Dövlət Proqramının icrası: sənaye parkları və sənaye məhəllələri” mövzusunda 

konfrans keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənayenin müxtəlif sahələrində fəaliyyət 

göstərən müəssisələrin 100-dən çox nümayəndəsi iştirak etmişdir. 

 

Tədbirdə  çıxış  edən  iqtisadiyyat  və  sənaye  nazirinin  müavini  Niyazi  Səfərov  ölkəmizdə 



uğurla  həyata  keçirilən  sənayeləşmə  siyasəti  və  dövlət  başçısının  26  dekabr  2014-cü  il  tarixli 

sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci 

illər üçün Dövlət Proqramı”nın icrası barədə məlumat vermiş, həmin proqram çərçivəsində sənaye 

parkları  və  məhəllələrinin  yaradılması  istiqamətində  görülmüş  işləri  diqqətə  çatdırmışdır. 

Bildirmişdir  ki,   adı  çəkilən  dövlət  proqramı  ölkədə  sənayeləşmə  prosesinin  sürətləndirilməsi 

baxımından xüsusi əhəmiyyət kəsb edir və hazırda uğurla icra olunur. Dövlət proqramında qeyd 

olunan  məqsədlərə  nail  olmaq  üçün  mövcud  istehsal  sahələrinin  genişləndirilməsi  və  yeni 

sahələrin  təşkili,  qeyri-neft  sənayesinin  ixrac  potensialının  artırılması,  elmtutumlu  və  innovativ 

istehsalın inkişaf etdirilməsi, sənaye zonalarının və klasterlərinin yaradılması və s. nəzərdə tutulur. 

Hazırda  Sumqayıt,  Balaxanı,  Mingəçevir  və  Qaradağda  sənaye  parklarının,  Neftçalada  sənaye 

məhəlləsinin təşkili istiqamətində tədbirlər həyata keçirilir. 

 


Sənaye parklarına və məhəllələrinə sahibkarlar tərəfindən böyük maraq göstərildiyini qeyd 

edən  Niyazi  Səfərov  təkcə  Sumqayıt  Kimya  Sənaye  Parkında  rezidentlər  tərəfindən  istehsal 

müəssisələrinin  qurulmasına  1  milyard  manatdan  çox  investisiya  qoyulduğunu  vurğulamışdır. 

Nazir müavini demişdir ki,   Qaradağ Sənaye Parkının rezidenti olan “Bakı Gəmiqayırma Zavodu” 

MMC tərəfindən müqavilə dəyəri 40 milyon ABŞ dolları olan sifariş əsasında yarımdalma qazma 

qurğusunun  pantonlarının  tikintisi  başa  çatdırılaraq  təhvil  verilmiş  və  hazırda  burada  ümumi 

dəyəri 400 milyon ABŞ dollarından çox olan iki sifariş əsasında işlər aparılır. 

 

Ölkəmizdə  “yaşıl  biznes”in  inkişafında  əhəmiyyətli  olan  Balaxanı  Sənaye  Parkına 



rezidentlər  tərəfindən  ilkin  mərhələdə  10  milyon  manatdan  artıq  investisiya  qoyulması  nəzərdə 

tutulur.  Gələn  ilin  birinci  yarısında  fəaliyyətə  başlayacaq  Neftçala  Sənaye  Məhəlləsində  isə 

hazırda infrastruktur şəbəkəsinin yaradılması işləri aparılır. Ölkənin digər rayonlarında da sənaye 

məhəllələrinin yaradılması istiqamətində müvafiq tədbirlər görülür. 

 

Sahibkarlar  (İşəgötürənlər)  Təşkilatları  Milli  Konfederasiyasının  prezidenti  Məmməd 



Musayev  son  zamanlar  ölkədə  sahibkarlığın  inkişaf  etdirilməsi  istiqamətində  atılan  addımların 

özəl  bölmənin  inkişafında  əhəmiyyətli  olduğunu  qeyd  etmiş,  həyata  keçirilən  tədbirlərin 

sahibkarlığın, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sənayenin inkişafına əlavə 

stimul verdiyini vurğulamışdır. 

 

İqtisadi  İslahatlar  Elmi-Tədqiqat  İnstitutunun  direktoru  Vilayət  Vəliyev  çıxışında 

elmi  ideyaların  sənayeyə  tətbiqinin  əhəmiyyətini  xatırlatmış,  bu  məqsədlə  institut  tərəfindən 

universitet-sənaye  işbirliyi  çərçivəsində  ali  təhsil  müəssisələrində  texnoparkların  yaradılması 

istiqamətində araşdırmaların aparıldığını diqqətə çatdırmışdır. 

 

“Azərbaycan  İnvestisiya  Şirkəti”  ASC-nin  icraçı  direktoru  Rövşən  Nəcəf  Azərbaycan 



Prezidentinin  müvafiq  fərmanı  ilə  sənaye  məhəllələrinin  fəaliyyətinin  təşkili  və  tənzimlənməsi 

işlərinin  təmsil  etdiyi  şirkətə  tapşırıldığını  bildirmiş,  Neftçala  Sənaye  Məhəlləsində  yaradılan 

infrastruktur və sahibkarlara təklif edilən xidmətlər barədə məlumat vermişdir. 

 

Konfransda  “Azərbaycan  İnvestisiya  Şirkəti”  ASC-nin,  “Sumqayıt  Kimya  Sənaye  Parkı” 



MMC-nin,  Qaradağ  Sənaye  Parkının  və  “Təmiz  Şəhər”  ASC-nin  nümayəndələri  təqdimatlarla 

çıxış edərək, sənaye parkları və məhəllələrinin üstünlükləri və rezidentlərə tətbiq olunan güzəştlər 

barədə danışmışlar. 

 

Neftçala  Sənaye  Məhəlləsinin  rezidenti  “Bakı  Neftqazmədən  Avadanlıqları”  QSC-nin  



direktoru İslam Feyziyev, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərtexnolayn” MMC-nin 

direktoru Vüsal Ruzmanov, Balaxanı Sənaye Parkının rezidenti “Ekokat” MMC-nin rəhbəri Şəlalə 

Əliyeva təmsil etdikləri şirkətlərin sənaye məhəllələri və parklarındakı fəaliyyətinə dair məlumat 

vermişlər. 

 

Konfrans  çərçivəsində  Balaxanı  Sənaye  Parkında  fəaliyyət  göstərəcək  sahibkara  rezident 



statusunu təsdiq edən şəhadətnamə verilmişdir. 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır. 



 

 

Vaqif BAYRAMOV

“Xalq qəzeti” 

 

 



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır. 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə