Azərbaycanda turizm


XIX əsrin sonlarından sonrakı mərhələ



Yüklə 25,72 Kb.
səhifə4/7
tarix13.04.2022
ölçüsü25,72 Kb.
#55260
1   2   3   4   5   6   7
Azərbaycanda turizm

XIX əsrin sonlarından sonrakı mərhələ[redaktə | əsas redaktə]

“Rusya Turizm Cəmiyyəti” (RTC), 1929–cu ildə "Proletar Turizm Cəmiyyəti" (PTC) adlanana qədər ölkədə əsas turizm hərəkatının mərkəzinə çevrilmiş, müxtəlif şəhərlərdə o cümlədən Bakıda yerli şöbələri açmışdı. Cəmiyyətin (yəni RTC-nin) əsas vəzifələri – zəhmetkeşlər arasında özfəaliyyət turizminin inkişafı, turizmə geniş, mütəşəkkil ictimai hərəkat forması vermək, diyarşünaslıq elementlərinin turizmə təqbiq olunması və.s. idi. PTC əsas məqsədi isə turizmin tətbiq olunması, kütləvi hərəkata çevrimək, zəhmetkeşlərin müxtəlif təbəqələrini (əsasən az təminatlı) əhatə etmək, turizmdən onların siyasi və mədəni səviyyəsinin artmasına vasitə kimi istifadə etmək olmuşdu. PTC–nin vəzifələri ölkədə sosializm quruculuğunun məqsədləri ilə tam uyğun idi. Ona görə də 1930–cu ilin mart ayında SSRİ Xalq Komissarlığı “Sovtur” səhmdar cəmiyyətini ilə PCT–nin birləşdirilməsi haqqında qərar qəbul etdi və Ümumdünya Könüllü Proletar turizm və ekskursiyaçılar cəmiyyəti (ÜKPTEC) yaradıldı.1922–ci ildə Bakıda ilk ekskursiyaçı dərnəkləri yaradıldı. Ekskurisyalar əsasən Bakının zavod, fabrik və neft mədənlərində çalışan fəhlələrin digər istehsalat sahələri ilə tanış olmaq xarakteri daşıyırdı. Yay aylarında Xəzər sahilinə – Mərdəkan, Şüvəlan, Buzovna, Türkan,Zığ, Artyom adası və Şıx zolağına istiraht məqsədli eksursiyalar təşkil olunurdu. 1927–ci ildə 450 esksurisya gəzintisi keçirilmişdi. Bu illərdə Azərbaycanda turizm-ekskursiya fəaliyyəti ilə məşğul olan ən fəal Həmkarlar İttifaqları olmuşdur. Azərbaycanda 1929–cu ildən Proletar turizm və ekskursiyalar cəmiyyətinin bölməsi kimi fəaliyyət göstərən AZ. PTEC 1935–ci ildən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi nəzdində fəaliyyətə başladı.Bununla əlaqədar Azərbaycan SSR Xalq Komissarları Şurasının 11 may 1935–ci il tarixli 476 saylı qərarı turizm ekskursiya işini daha da yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər görüldü. Kirovabad (Gəncə) şəhərində Az.PTEC Kirovabad raysovetinin bazası yaradıldı. Hacıkənddə turbaza 3 ev kirayəyə götürüldü. Göygölün sahilində 20 yerlik çadır düşərgəsi təşkil olundu.




Yüklə 25,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin