Azərbaycanda turizm



Yüklə 25,72 Kb.
səhifə1/7
tarix13.04.2022
ölçüsü25,72 Kb.
#55260
  1   2   3   4   5   6   7
Azərbaycanda turizm


Azərbaycanda turizm

Vikipediya, açıq ensiklopediya



Azərbaycanda turizm — Azərbaycan Respublikası ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər.

Mündəricat

  [gizlə] 



  • 1Tarixi

    • 1.1Qədim və Orta əsrlərin ticarət karvanları mərhələləri

    • 1.2Böyük coğrafi kəşflərdən XIX əsrin sonlarına qədər olan mərhələ

    • 1.3XIX əsrin sonu XX əsrin ortalarına qədər olan kütləvi turizm mərhələsi

    • 1.4XIX əsrin sonlarından sonrakı mərhələ

    • 1.5Müstəqillik dövrünə qədər (1950-1991)

    • 1.6Müstəqillikdən sonrakı mərhələ

    • 1.7Turizmin inkişaf tendensiyası bu gün

  • 2Şəkillər

  • 3Mənbə

  • 4Həmçinin bax

Tarixi[redaktə | əsas redaktə]

Qədim və Orta əsrlərin ticarət karvanları mərhələləri[redaktə | əsas redaktə]

Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Hələ eramızdan əvvəl Azərbaycanda olmuş səyyah və alimlərdən PlinininPlutarxın, HerodotunPtolomey və Strabonun adlarını çəkmək olar.

Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə Böyük İpək Yolunun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur. Belə ki, filosof və tarixçi Strabon bu yol haqqında ilk dəfə müfəssəl surətdə ətraflı məlumat vermişdir. Strabonun yazdığına görə hind mallarının böyük əksəriyyəti Orta Asiya ərazisindən keçərək çaylarla Gürgan (Xəzər) dənizinə, sonra dəniz vasitəsilə Albaniyaya və Kir (Kür) çayı ilə İberiyaya (Şərqi Gürcüstan), oradan isə Pont Evksinskiyə (Qara dənizə) aparılırdı. Böyük İpək Yolu trassları üzərində yerləşən şəhərlərin mühüm rolu qeyd olunurdu.

Hələ qədim zamanlardan marşrut boyu yerləşən şəhərlər beynəlxalq status alırdı. Çünki əcnəbi tacirlər və karvanları qəbul edən və xidmət göstərən belə şəhərlər müvafiq infrastrukturlara malik olmalı idilər. Çoxillik arxeoloji tədqiqatlar göstərir ki, Böyük İpək Yolu ilə gətirilən antik mallar əsas anbar məntəqələrində Mingəçevirdə yerləşdirilir və buradan da Qafqaz Albaniyasının digər şəhərlərinə göndərilirdi. Bu şəhərlərin əksəriyyəti Mingəçevirin yaxınlığında yerləşirdi. Antik mənbələrdə qeyd olunan Qafqaz Albaniyası paytaxtı – QəbələŞamaxı və Bərdə şəhərlərində aparılan çoxillik iri miqyaslı arxeoloji qazıntılar bu məlumatları təsdiq edir. Bu cür təsəvvür etmək olar ki, Orta AsiyaHindistan və Çindən Mingəçevirə gətirilən malların bir hissəsi Gürcüstana və Qara dəniz sahillərinə göndərilir, bir hissəsi isə Mingəçevirdən ticarət yolu (trassı) ilə yayılırdı. Bu trasslardan biri Bərdədən cənuba NaxçıvanKiçik Asiya istiqamətində digəri isə Mingəçevirdən QəbələBöyük Qafqaz sıra dağlarının cənub ətəkləri və Xəzər sahili boyunca Şamaxı–Dərbənd Şimali Qafqaz istiqamətində gedirdi.

İpək yolu trassı üzərində TəbrizMarağaƏrdəbilGəncəNaxçıvanOrdubad, Nuxa (Şəki) Azərbaycanın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi.


Yüklə 25,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin