Daraldıcı siyasət yeridilirsə, bu zaman pul təklifi azaldılacaq və ya az artırılacaq yaxud faiz dərəcəsi yüksəldiləcək.
Genişləndirici siyasət zamanı isə, pul təklifi kəskin artacaq və ya faiz dərəcəsi azaldılacaq. Bundan əlavə, monetay siyasətin məqsədindən asılı olaraq aşağıdakı növləri var[1]:
Neytral pul siyasəti. Mərkəzi bank faiz dərəcəsində dəyişiklik etmir. Beləliklə nə iqtisadi artım təşviq edilir nə də inflyasiya ilə mübarizə aparılır.
Sərtpulsiyasəti. Bu zaman faiz dərəcəsi yuxarı səviyyədə saxlanmaqla, inflyasiya azaldılır.
Monetarsiyasətinalətləri: Monetar siyasətin əsas alətlərindən biri açıq bazar əməliyyatlarıdır. Bu alət dövlət istiqrazlarının, şirkətlərin səhmləri və xarici valyutaların alınması və satılması ilə pulun miqdarı idarə edilməsinə səbəb olur. Bütün bu əməliyyatlar zamanı az ya da çox həcmdəki valyuata bazar dövriyyəsindən çıxır və ya dövriyyəyə daxil olur. Adətən qısa müddətli açıq bazar əməliyyatlarının səbəbi qısamüddətlifaizdərəcəsinə nail olmaqdır. Digər tərəfdən isə, bu əməliyyatlar hər hansı xarici valyutada (və ya qızılda) xüsusi mübadilə dərəcəsini qoruyub saxlamağa xidmət edir. Monetar siyasətdə istifadə edilən digər əsas alətlərə isə aşağıdakılar daxildir: