Azərbaycanda



Yüklə 56,67 Kb.
səhifə3/9
tarix02.01.2022
ölçüsü56,67 Kb.
#41552
1   2   3   4   5   6   7   8   9
mustafa

    Bu səhifədəki naviqasiya:
  • Fiskal

Diskont faiz dərəcəsi,


  • Məcburi ehtiyat norması,

  • Mənəvi razısalma (ing. Moral suasion),

  • Açıq ağız əməliyyatları (ing. Open Mouth Operations)

    Fiskal siyasət hökümətin dövlət büdcəsinin gəlir və xərclərindən istifadə edərək iqtisadiyyata təsir etməsidir. Bu zaman istifadə edilən iqtisadi alətlərə xərclər, vergilər, borc misal ola bilər. Məsələn, istehsal potensial səviyyəsindən aşağı olduğu zaman dövlət xərcləri boş dayanmış resursların istifadəsinə yönəldilir. Dövlət xərcləri istehsaldakı bütün boşluğu doldurmamalıdır. Çünki multiplikativ effekt hesabına dövlət xərcləri iqtisadiyyata xərcləndiyindən daha çox təsir göstərir. Belə ki, əgər dövlət yol və körpü tikintisinə vəsait ayırırsa, bu istehsalı yalnız körpünün dəyəri qədər artırmır, həm də tikintidə çalışan işçilər öz istehlaklarını (və ya investisiyalarını) çoxaldır və istehsaldakı boşluğu doldurur.

    Fiskal siyasət sıxışdırıb çıxarma effekti (crowding-out) ilə məhdudlaşır. Dövlət hər hansı layihə həyata keçirərkən nəzərə almalıdır ki, bu özəl sektor üçün çətinlik yaratmayacaq, yəni onların bu resurslardan istifadəsi məhdudlaşmayacaq. Sıxışdırıb çıxarma effekti o zaman baş verir ki, dövlət özəl sektorun görəcəyi işi həyata keçrir və əlavə istehsalı təmin etmir.

    Fiskal siyasət avtomatik tənzimləyicilər vasitəsi ilə də həyata keçirilə bilər. Bu mexanizm vasitəsi ilə fizkal siyasətdə qərarın qəbul edilməsindəki gecikmənin səbəb olacağı mənfi effektlər minimum səviyyəyə endirilir. Bu tənzimləyicilərə misal olaraq, işsizliyin səviyyəsi artdıqca işsizlərə verilən müavinətklərin ümumi həcmi artmasını və gəlir azaldıqca vergi dərəcəsinin azalmasını göstərmək olar. İqtisadçılar adətən monetar siyasəti fiskal siyasətdən üstün tuturlar. Burada əsas iki səbəb var:


        • Monetar siyasət müstəqil mərkəzi banklar tərəfindən həyata keçirilməsi;

        • Mərkəzi Banklar iqtisadiyyatda baş verən dəyişikliklərə fiskal siyasətə nisbətən daha çevik reaksiya verməsi.

    İqtisadiyyat və siyasət elmində fiskal siyasət dövlət gəlirlərinin xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunur. Keyns iqtisadi məktəbinə görə, dövlət vergilərin səviyyəsini (dərəcəsini) və xərclərini dəyişdikdə bu məcmu tələbə və iqtisadi aktivliyə təsir göstərir. Fiskal siyasət biznes tsikllərində dəyişikliklər baş verdikdə iqtisadiyyatı sabitləşdirmək üçün tətbiq edilir. Fiskal siyasətin iki əsas aləti olan vergilər və dövlət xərcləri dəyişdikdə, bu aşağıdakı makroiqtisadi göstəricilərə təsir edir:


        • Məcmu tələb iqtisadi aktivliyin səviyyəsi;

        • Yığım investisiyalar;

        • Gəlirlərin bölgüsü.

    Fiskal siyasət monetar siyasətdən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, fiskal siyasət qanunvericilik aktı ilə tənzimlənən dövlət gəlirləri və xərclərindəki dəyişiklik vasitəsi ilə iqtisadiyyata təsir göstərir. Monetar siyasət isə mərkəzi bank tərəfindən pul təklifinə, faiz dərəcəsinə və məcburi ehtiyat normasına təsir etməklə bunu həyata keçirir.



    Fiskal siyasətin 3 əsas növü vardır:

  • 1   2   3   4   5   6   7   8   9




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin