Azərbaycanda



Yüklə 56,67 Kb.
səhifə8/9
tarix02.01.2022
ölçüsü56,67 Kb.
#41552
1   2   3   4   5   6   7   8   9
mustafa

Pul siyasəti


2015-ci ildə də pul siyasətinə dair qərarların qəbulu zamanı pul siyasətinin həyata keçirilməsi şəraiti və qiymət sabitliyinə nail olma perspektivləri nəzərə alınmışdır.

İl ərzində pul siyasəti iqtisadi tsikldəki meyillər və pul təklifinin dinamikası, habelə qiymət və maliyyə sabitliyi hədəfləri nəzərə alınmaqla həyata keçirilmişdir. İnflyasiyanın məqbul səviyyədə olduğunu nəzərə almaqla qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə 13 iyul 2015-ci il tarixindən etibarən Mərkəzi Bankın uçot dərəcəsi 3.5%-dən 3%-ə endirilmişdir. Faiz dəhlizinin digər parametrlərində isə dəyişiklik edilməmişdir. Belə ki, dəhlizin yuxarı həddi 5%, aşağı həddi isə 0.1% səviyyəsində saxlanılmışdır.

Mərkəzi Bankın pul siyasəti qərarları bank sektorunda faiz dərəcələrinin dəyişiminə təsir göstərən amillərdən biri olmuşdur. İl ərzində manatla ümumi kreditlər üzrə faiz dərəcəsi 0.1 faiz bəndi, o cümlədən hüquqi şəxslərə kreditlər üzrə faiz dərəcələri 1.6 faiz bəndi aşağı düşmüşdür. Əmanətlər üzrə isə faiz dərəcələri il ərzində 0.5 faiz bəndi azalmışdır.
Hesabat ilində pul kütləsinin həcminin və bank sistemində likvidlik səviyyəsinin tənzimlənməsi məqsədilə məcburi ehtiyat normalarından da istifadə olunmuşdur. Pul kütləsinin dəyişimindəki son meyilləri nəzərə alaraq, habelə faiz dərəcələrinin enməsinə şərait yaratmaqla iqtisadi artıma dəstək vermək məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 26 fevral tarixli qərarına əsasən bankların bütün depozitləri üzrə məcburi ehtiyat norması 2%-dən 0.5%-ə endirilmişdir.


Yüklə 56,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin