Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Siyasi Texnologiyalar Mərkəzi



Yüklə 33,16 Kb.
tarix22.04.2017
ölçüsü33,16 Kb.
#15355
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası



Siyasi Texnologiyalar Mərkəzi

Kommersiya sektorunda ictimaiyyətlə əlaqələr (PR) işinin təşkili” mövzusunda treninq-kurslara dinləyici qəbulu elan edir.


Treninq-kursların vəzifəsi azad rəqabət, demokratiya şəraitində fəaliyyət göstərən Azərbaycanın özəl kommersiya sektoru üçün yüksək səviyyəli İctimaiyyətlə Əlaqələr (PR) mütəxəssislərinin hazırlanmasıdır. Kurs ərzində dinləyicilər 20 mühazirə dinləyəcək, işgüzar oyunların iştirakçıları olacaq, müxtəlif strukturlarda təcrübə keçəcəklər. Dinləyicilər metodik vəsaitlə təmin ediləcəklər. “Kommersiya sektorunda ictimaiyyətlə əlaqələr (PR) işinin təşkili” treninq-kursları Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Siyasi Texnologiyalar Mərkəzinin mütəxəssislərinin hazırladıqları unikal dərs planına əsasən təşkil olunur. Tədris prosesinin səmərəliliyini, dinləyicilərin biliklərə tam yiyələnməsini təmin etmək məqsədilə dinləyicilərdən 7 nəfərlik qruplar formalaşdırılacaq. 1 dərsin müddəti 2 saatdır. 55 dəqiqədən sonra 10 dəqiqəlik fasilə (kofe-breyk) nəzərdə tutulur. Kursun keçirilmə günləri və saatları dinləyicilərlə razılaşdırılır. Kursu bitirənlərə sertifikat veriləcək. Sahənin mürəkkəbliyini nəzərə alaraq kurslara ancaq ali təhsilli şəxslər qəbul ediləcəklər.
Kursun qiyməti 53 manatdır. Ödəniş nağd və köçürmə yolu ilə ola bilər.


Treninqin dərs planı

1 -ci dərs PR - ümumi məlumat (anlayışlar, tarix), məqsədləri, reklam və marketinqdən fərqləri.

2-ci dərs PR-ın işləmə mexanizmi. İctimai rəyə təsir metodları və metodologiyası. Hədəf auditoriyalar, onların müəyyənləşdirilməsi. İstehlakçının portreti. Modelləşdirmə.

3-cü dərs İctimai rəyə təsirin psixoloji xüsusiyyətləri

4-cü dərs Normalar. Dominanta. Stereotiplər.

5-ci dərs İnformasiya kanalları onların iş prinsipləri, informasiya ilə işi.

6-cı dərs Strukturun mətbuatla iş prinsipləri mətbuat xidməti onun məqsəd və vəzifələri. Şəxsi informasiya axının formalaşdırılması.

7-ci dərs Mətbuat konfransları, brifinqlər, təqdimat mərasimləri, press-turlar.

8-ci dərs PR-fəaliyyəətinin strategiya və taktikası. RACE sistemi.

9-cu dərs İmic və Reputasiya. Onların idarəolunması.

10-cu dərs Böhranlı vəziyyətlər onlar hazırlıq.

11-ci dərs Böhranlı vəziyyətlər zamanı fəaliyyətin strategiya və taktikası, hədəf auditoriyalarla iş.

12-ci dərs Böhranlı vəziyyətlər zamanı davranış. Münaqişələr.

13-cü dərs Təşkilatın PR xidməti. Məqsədi və vəzifələri. İş prinsipləri.

14-cü dərs Dövlət, kommersiya, qeyri-hökümət, dini, siyasi strukturlarda PR xidməti, onların özünəməxsus xüsusiyyətləri.

15-ci dərs PR fəaliyyətin bazasını təşkil edən biliklər. Şaiyələr, onlarla iş.

16-ci dərs PR fəaliyətin bazasını təşkil edən biliklər. Semiotika.

17-ci dərs PR fəaliyətin bazasını təşkil edən biliklər. Neyrolinqvistik proqlamlaşdırma.

18-ci dərs PR fəaliyətin bazasını təşkil edən biliklər. Psixoanaliz.

19-cu dərs PR fəaliyətin bazasını təşkil edən biliklər. Ritorika, əsaslandırma elmi, praqmatika. Germenevtika.

20-ci dərs PR fəaliyətin bazasını təşkil edən biliklər. Ünsiyyət: nəzəriyyə və təcrübə.

21-ci dərs Kursun müzakirəsi. Ümumiləşdirmə. Sertifikatların verilməsi.


Tel.: (99412) 449 81 20; 449 81 08; (99450)213 66 82



www.avciya.org
Yüklə 33,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin