ehtiyatları çıxış edir [8, səh. 236-237]. Demoqrafik proseslər fonunda əhalinin təbii artımının
ət dinamikası ölkəmizdə əmək ehtiyatlarının dinamikasına da müsbət təsir göstərmişdir.
2
2005-ci ild
ə əhalinin ümumi sayında əmək ehtiyatlarının xüsusi çəkisi 63,4%, 2017-ci ildə
is
ə 64,7% təşkil etmişdir. Əmək ehtiyatlarının əhalinin tərkibində xüsusi çəkisinin 1,3 faiz bəndi
q
ədər artmasının səbəblərindən biri kimi əməkqabiliyyətli yaşdan yuxarı yaşda olub işləyən
pensiyaçıların sayının artmasını göstərmək olar. Digər tərəfdən ölkədə aparılan pensiya islahatları
n
əticəsində əməkqabiliyyətli yaş həddinin artırılması da əməkqabiliyyətli əhalinin sayına müsbət
t
əsir göstərmişdir. Əmək pensiyaları haqqında qanunvericilik aktlarına edilmiş əlavə və
d
əyişikliklərə əsasən 2027-ci ilə qədər ölkədə həm kişilər, həm də qadınlar üçün
əməkqabiliyyətliliyinin maksimal həddinin 65 yaşa qədər artırılması nəzərdə tutulmuşdur.
2017-ci ild
ə Azərbaycanda əmək ehtiyatlarının sayı 2005-ci illə müqayisədə nisbi ifadədə
18,2 faiz, mütl
əq ifadədə isə 986,8 min nəfər artmışdır. 2016-cı illə müqayisədə 2017-ci ildə ölkədə
əmək resurslarının sayı 0,9% və ya mütləq ifadədə 57,7 min nəfər artmışdır. 2005-2017-ci illəri
əhatə edən zaman kəsiyində əmək ehtiyatlarının ortaillik artım sürəti 1,5% təşkil etmişdir. Bu
zaman k
əsiyində əmək ehtiyatlarının sayında orta hesabla ildə 82,2 min nəfərə qədər artım
müşahidə olunur.
Əmək ehtiyatlarının tərkibinə daxil olan əhali kateqoriyaları haqqında əldə olunan statistik
m
əlumatlar ölkənin əmək resurslarının quruluşunu və quruluşunda baş verən dəyişkənlikləri təhlil
etm
əyə imkan verir. 2005-ci ildə ölkənin əmək resurslarının 97,8%-ni əməkqabiliyyətli yaşda olan
əməkqabiliyyətli şəxslər məcmusu, 1,9%-ni əməkqabiliyyətli yaşdan yuxarı yaşda olub işləyən
pensiyaçılar, 0,3%-ni isə işləyən yeniyetmələr qrupu təşkil etmişdir. 2017-ci ildə ölkənin əmək
re
surslarının 97,7 faizini əməkqabiliyyətli yaşda əməkqabiliyyətli şəxslər məcmusu, 2,3%-ni isə
əməkqabiliyyətli yaşdan yuxarı yaşda olub işləyən pensiyaçılar məcmusu təşkil etmişdir. 2011-ci
ild
ən etibarən ölkənin əmək resursları yalnız iki əhali kateqoriyası hesabına formalaşmağa
başlamışdır.
2005-ci ild
ə ölkə əhalisinin 51,5%-ni iqtisadi fəal əhali, 48,5%-ni isə iqtisadi qeyri-fəal əhali
t
əşkil etmişdir. İqtisadi fəal əhalinin (işçi qüvvəsinin) tərkibinə iqtisadiyyatda məşğul olanlar və
işsizlər daxil edilir. Statistik baxımdan əhalinin məşğulluq səviyyəsi araşdırılan dövrdə
iqtisadiyyatda m
əşğul olanların sayının iqtisadi fəal əhalinin sayına nisbətinin faizlə ifadəsi kimi
mü
əyyən edilir.
Dostları ilə paylaş: