N
əticə
Aparılan tədqiqatın yekunu olaraq aşağıdakı nəticələri formalaşdırmaq olar:
1. Ölk
ədə aparılan islahatlar iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş,
dinamik iqtisadi inkişaf təmin edilmişdir. Regionların iqtisadi inkişafının təmin edilməsi, əhalinin
sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft
sektorunun inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
2. İnkişaf etmiş dünya ölkələrində olduğu kimi Azərbaycanda da insan iqtisadi artımın əsas
amilin
ə çevrilir. Bunları nəzərə alaraq, müasir əmək bazarının tələblərinə cavab verən kadrların
hazırlanmasına ehtiyac duyulur.
3. Əmək bazarında işçi qüvvəsi təklifinin əsas mənbəyi əmək ehtiyatlarıdır. Aparılan
t
ədqiqata əsasən müəyyən olunmuşdur ki, 2017-ci ildə Azərbaycanın əmək resurslarının 97,7 faizi
əməkqabiliyyətli yaşda əməkqabiliyyətli əhalinin hesabına formalaşmışdır. Ölkə prezidentinin
qayğısı nəticəsində qəbul olunmuş regionların inkişafı dövlət proqramları nəticəsində minlərlə yeni
iş yeri yaradılmışdır. Bu proqramların davamlı olması bir daha ölkə regionlarında iqtisadi inkişafla
yanaşı, məşğulluq problemini də aradan qaldırmış olacaqdır.
4. Əmək resurslarının sayının dinamik artımı və buna paralel olaraq həyata keçirilən iqtisadi
islahatlar
əhalinin iqtisadi fəallığına müsbət təsir göstərmişdir. 2005-ci illə müqayisədə 2017-ci ildə
iqtisadi f
əal əhalinin sayı nisbi ifadədə 15,8 faiz artmışdır. Müqayisə olunan dövrdə məşğul əhalinin
sayı isə 18,7% bəndi qədər artmışdır. İqtisadi fəal əhalinin məşğulluq səviyyəsi 2005-ci illə
müqayis
ədə 2,7% bəndi qədər artaraq 95% təşkil etmişdir.
5. Son ill
ər ölkə iqtisadiyyatında aparılan islahatlar nəticəsində əmək bazarında əhəmiyyətli
d
ərəcədə müsbət dəyişikliklərə nail olunmuşdur. Belə ki, 2005-ci ildə dövlət sektorunda çalışanların
xüsusi ç
əkisi iqtisadiyyatda məşğul olanların ümumi sayının 30,3 faizini təşkil edirdisə, 2017-ci ildə
bu göst
ərici 24,0 faizə enmiş, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə bu dövrdə 1,3 dəfə
artmışdır.
6. BƏT metodologiyasına əsasən 2005-ci ildə işsizlərin sayı 317,8 min nəfər təşkil etmişdir.
2017-
ci ilin yekunlarına əsasən BƏT metodologiyası ilə müəyyən edilmiş işsizlərin sayı 251,7 min
n
əfər olmuşdur. Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların müsbət nəticəsi olaraq ümumi
8
işsizlərin sayı 2005-ci illə müqayisədə 66,1 min nəfər azalmış və işsizlik səviyyəsi 5%-ə qədər
enmişdir ki, bu da beynəlxalq normalara uyğun olaraq təbii işsizlik hüdudları daxilində olmuşdur.
Dostları ilə paylaş: |