Ц Н В А Н Ы М Ы З:
Мярданов гардашлары - 100
2-ъи мяртябя,
тел.: 595-24-97
tabibqazeti@gmail.com
Ëèñåíçèéà Н - 022633
Èíäåêñ -0269
Ñàéû 4000
Ñèôàðèø: 109
m
Türkiyə Cumhuriy yə ti nin Ege universitetinin
Tibb fakültəsinin tibb təhsili kafedrasının müdiri dok-
tor professor Xalil İbrahim Durak və Kocaeli universi-
tetinin Tibb fakültəsinin tibb təhsili kafedrasının mü-
diri doktor professor Levent Altıntaş dekabrın 2-dən
5-dək Azərbaycan Tibb Universitetində “Təd ris proq-
ramlarının layihələşdirilməsi, ba ca rıqların tədrisi və
qiy mətləndirilməsi” mövzusunda seminar keçirmişlər.
Seminarda Azərbaycan Tibb Universitetinin tədris
proqramlarında gələcəkdə planlaşdırılan dəyişikliklər
, Tədris Cərrahiyyə Klinikasında yaradılan “Baca-
rıqlar” laboratoriyasının iş prinsipləri və bacarıqların
qiymətləndirilməsi kimi məsələlər müzakirə olunmuş-
dur. Turkiyəli alimlər universitetimizin kliniki fənlərin
tədrisi sahəsində çalışan müəllimlərə işlərini necə qur-
maları üçün dəyərli məsləhətlər vermişdir .
Dörd gün davam edən seminarın işində universi-
tetimizin bir qrup müəllimləri ilə yanaşı Ə.Əliyev adına
Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları da
iştirak etmişlər. Bundan başqa seminarda universitetin
tədris- metodik innovasiya şöbəsinin müdiri, professor
Akif Qurbanov , Səhiyyə nazirliyinin “Səhiyyə Sahəsində
İslahatlar” layihəsinin kordinatotu Fariz Axundov və uni-
versitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəhimə
Qabulova da iştirak etmişlər.
Hörmətli qonaqları ATU-nun rektoru, millət vəkili, aka-
demik Əhliman Əmiraslanov qəbul edərək təhsil islahat-
ları sahəsində onların əməkdaşlarımıza göstərdikləri bu
köməkliyi yüksək qiymətləndirmiş və universitetdə plan-
laşdırılan islahatların aparılması üçün müvafiq göstərişlər
vermişdir.
Dostları ilə paylaş: |