•
Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından sonra hər il
olduğu kimi, Ulu Öndərin vəfatının onuncu ildönümü günü – dekabrın 12-də də pay-
taxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri Fəxri xiyaban-
da xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı
önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allah-Taaladan rəhmət
diləyirdilər.
Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri
xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.
Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarə rəhbərləri, respublika ictimaiyyətinin
nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.
Azərbaycanın dövlət himni səsləndi.
Dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi,
məzarları üstünə gül dəstələri düzüldü.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Milli Məclisin sədri
Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak
edirdilər.
•