-İrsiyyətində ürəyin işemik
xəstəliyinə
meyllilik
olan
uşaqlar arasında hansı müalicəvi
və profilaktik tədbirlər aparmaq
məsləhətdir?
-Ailəsində
ürəyin
işemik
xəstəliyinə meylli olan uşaqlarda
əsas risk amillərinin inkişafının
qarşısını almağa çalışmaq la-
zımdır. Profilaktik tədbirlər kimi
gündəlik qida rasionuna diqqət
yetirmək də vacibdir. 2 yaşına kimi
uşaqlarda pəhrizə ehtiyac yoxdur.
Amma sonrakı yaşlarda atero-
gen mənşəli (heyvani) yağların
istifadəsindən çəkinmək lazımdır.
Əslində, böyüməkdə olan uşağın
rasionuna kifayət qədər yağ daxil
edilməlidir ki, onun sinir inkişafı
normal getsin. Lakin bu zaman
rasiona əsasən bitki mənşəli yağ-
lar, xüsusilə də doymamış yağ
turşuları daxil edilməlidir.
Dostları ilə paylaş: |