Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından sonra hər IL olduğu kimi, Ulu Öndərin vəfatının onuncu ildönümü günü – dekabrın 12-də də pay- taxt sakinləri



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2378
1   2   3   4   5   6   7   8   9   ...   16
Dekabrın 10-da Yeni Azər-

baycan  Partiyası  Nəsimi 

rayon  təşkilatı  və  Nəsimi 

rayon  İcra  Hakimiyyəti 

Ümummilli  lider  Heydər 

Əliyevin 

anım 

günü 

ilə  bağlı  tədbir  keçi-

rib.  Tədbiri  giriş  sözü  ilə 

açan  Nəsimi  rayon  İcra 

Hakimiyyətinin 

başçısı 

Nəsib  Məhəməliyev  bil-

dirib  ki,  Ümummilli  li-

derimiz  Heydər  Əliyevin 

ölməz 

ideyaları 

daim 

Azərbaycanın  inkişafına 

xidmət edəcək. 

Anım mərasimində YAP Nəsimi 

rayon  təşkilatının  sədri,  partiya-

nın  Siyasi  Şurasının  üzvü,  millət 

vəkili  Məlahət  İbrahimqızı  çıxış 

edərək Ulu öndər Heydər Əliyevin 

dövlətimiz  və  xalqımız  qarşısın-

dakı  misilsiz  xidmətlərindən  da-

nışıb.  M.İbrahımqızı  bildirib  ki, 

Azərbaycanın inkişaf və tərəqqisi 

məhz  Ümummilli  liderimizin  adı 

ilə  bağlıdır:  “Azərbaycanın  in-

kişafı  geniş  vüsət  alıb.  Bu  inki-

şafın  əsas  səbəblərindən  biri 

dövlətimizin  müstəqil  siyasət 

həyata keçirməsidir”.

M.İbrahimqızı qeyd edib ki, ge-

ostrateji  cəhətdən  əhəmiyyətli 

bölgədə  yerləşən  Azərbaycan 

inkişafımızı  istəməyən  xarici 

qüvvələrin  cəhdlərinə  baxmaya-

raq,  öz  yolu  ilə  inamla  irəliləyir. 

Onun sözlərinə görə, bu qətiyyətli 

siyasət  dövlətimizin  beynəlxalq 

müstəvidə nüfuzunu daha da ar-

tırır.  “Azərbaycanın  inkişaf  stra-

tegiyasının  müəllifi  Ulu  öndər 

Heydər  Əliyevdir.  Bu  gün  Pre-

zident  İlham  Əliyev  bu  strategi-

yanı  uğurla  həyata  keçirir.  Artıq 

başa çatmaqda olan 2013-cü ildə 

ölkəmiz  bir  çox  uğurlar  qazanıb. 

Hesab  edirəm  ki,  növbəti  illərdə 

nailiyyətlərimiz daha da artacaq. 

Bütün  uğurlarımızın  əsasında 

Heydər 


Əliyev 

siyasətinin 

təntənəsi  dayanır”  -  deyə,  YAP 

Siyasi Şurasının üzvü qeyd edib. 

Azərbaycan  Tibb  Universiteti-

nin  rektoru,  millət  vəkili,  akade-

mik  Əhliman  Əmiraslanov  Ulu 

öndər  Heydər  Əliyevin  gördüyü 

işlərin  miqyasının  çox  böyük  ol-

duğunu  deyib.  Ə.Əmiraslanov 

Ümummilli 

liderimizin 

Azər-

baycan  elminin  və  təhsilinin 



himayədarı olduğunu, bu sahədə 

çalışanlara,  xüsusilə,  səhiyyə 

işçilərinə həmişə diqqət və qayğı 

göstərdiyini  xatırladıb.  Akademik 

bildirib ki, dünyaşöhrətli siyasətçi 

Heydər Əliyevin ölkəmizin dövlət 

müstəqilliyi  bərpa  edildikdən 

sonra  iki  dəfə  ATU-da  olma-

sı,  müəllim  və  tələbələr  qarşı-

sında  proqram  xarakterli  çıxışı 

və  gələcək  həkimlərə  dəyərli 

məsləhətlər  verməsi  universite-

tin tarixində silinməz izlər qoyub. 

Ə.Əmiraslanov  diqqətə  çatdırıb 

ki,  Ulu  öndərin  səyi  nəticəsində 

1998-ci ildə ATU-nun 11 mərtəbəli 

yeni tədris binası tikilib istifadəyə 

verilib. Azərbaycanda səhiyyənin 

inkişafı, universitetin maddi-texni-

ki bazasının möhkəmləndirilməsi 

və  ölkəmizdə  tibb  kadrlarının 

hazırlanması  məhz  Ulu  öndərin 

adı  ilə  bağlıdır.  ATU-nun  stoma-

toloji  və  onkoloji  klinikalarının, 

Ümummilli  lider  Heydər  Əliyevin 

böyük  qayğısı  sayəsində  yara-

dıldığını  diqqətə  çatdıran  aka-

demik  vurğulayıb  ki,  Onun  la-

yiqli  davamçısı  Prezident  İlham 

Əliyevin dəstəyi ilə inşa olunmuş 

universitetin  çoxprofilli  Tədris 

Terapevtik  və  Tədris  Cərrahiyyə 

Klinikaları  ən  müasir  avadanlıq-

la təchiz olunaraq əhaliyə dünya 

standartlarına  uyğun  səviyyədə 

tibbi xidmət göstərir. Ulu öndərin 

müəyyənləşdirdiyi  siyasətin  Pre-

zident  İlham  Əliyev  tərəfindən 

uğurla  davam  etdirildiyini  vurğu-

layan  Ə.Əmiraslanov  bildirib  ki, 

bu  siyasət  dövlətimizi  gələcək 

nailiyyətlərə doğru aparır. 

Milli  Məclisin  Aqrar  siyasət 

komitəsinin  sədri,  YAP  İdarə 

heyətinin  üzvü  Eldar  İbrahi-

mov  Ümummilli  lider  Heydər 

Əliyevin  Azərbaycan  dövlətinin 

rəmzi 


olduğunu 

vurğulayıb. 

Müstəqil  Azərbaycanın  Heydər 

Əliyevin  şah  əsəri  olduğunu 

deyən  E.İbrahimovun  sözlərinə 

görə,  müasir  Azərbaycanın  in-

kişafı  Heydər  Əliyev  siyasətinin 

nəticəsidir.

Milli  Məclisin  İqtisadi  siyasət 

komitəsinin 

sədri, 

akademik 

Ziyad  Səmədzadə  isə  ölkə  iq-

tisadiyyatının  inkişafında  Ulu 

öndər  Heydər  Əliyevin  əvəzsiz 

xidmətlərindən  bəhs  edib.  Onun 

sözlərinə  görə,  Heydər  Əliyev 

zəngin  irsinin  bundan  sonra  da 

dərindən  öyrənilməsinə  ehtiyac 

var. 


Sonra  ümummilli  lider  Heydər 

Əliyevin  həyat  və  fəaliyyətindən 

bəhs  edən  sənədli  film  nümayiş 

etdirilib.

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          



№ 21 (1574)  16 dekabr 2013 - úц èë                         Ãèéìÿòè 20 ãÿïèê


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin