-Uşaq yaşlarında adətən hansı
ürək xəstəliklərinə rast gəlinir?
-Uşaq yaşlarında rast gəlinən
ürək-damar xəstəlikləri yaşdan
asılı olaraq müxtəlif formada
özünü büruzə verir. Belə ki, ki-
çik yaşlarda daha çox ürəyin
anadangəlmə inkişaf anomali-
yalarına, qüsurlarına və iltihabi
xəstəliklərinə, məktəblilərdə isə
aritmiyalara, vegetativ damar dis-
toniyalarına, arterial hiper və hi-
potoniyalara təsadüf edilir.
Ürək
qüsurlarından
danış-
saq, əhali arasında ürəyin
anadangəlmə qüsurlarının tezli-
yi 1 faiz təşkil edir. Ürək qüsuru
olan valideynin övladı da belə
xəstəliklə doğula bilər. Əgər ana
özü ürək qüsurlu olarsa, onun bu
cür xəstəliyi olan uşaq dünyaya
gətirməsi riski 14 faizdir. Əgər
anada qulaqcıq-mədəcik qapaq-
larının stenozu xəstəliyi varsa,
onda onun övladı 23 faiz ehti-
malla anadangəlmə ürək qüsurlu
doğula bilər. Ürək qüsuru olan bir
uşağa malik ailədə digər ürək qü-
surlu uşağın doğulma riski 1-4 fa-
izdir. Lakin 2 uşaq belə xəstəliklə
doğularsa, ailədə artıq üçüncü
ürək qüsurlu uşağın da doğulma
riski artıq artır, 3-12 faiz olur.
Dostları ilə paylaş: |