|
A.KAMRANOĞLU
İSTEHSALAT MÜŞAVİRƏSİNDƏ
u
Respublikamızda kitabxana işinin inkişafı, onun müasir dünya
standartlarına uyğun inkişaf etdirilməsi daim Respublika Prezidentinin
diqqət mərkəzində olmuşdur. Elə 2007-ci ilin aprel ayının 20-də
ölkə başçısının imzaladığı “Azərbaycan kitabxanalarının fəaliyyətinin
yaxşılaşdırılması haqqında” sərəncamı və 2008-ci il 6 oktyabr tarixli 3072
saylı Sərəncamı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”
buna sübutdur. Dövlət Proqramı “informasiya cəmiyyəti”, “biliklər cəmiyyəti”
Azərbaycan modelinin qurulması prosesinə yardım göstərilməsini, elektron
kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsini,
onların müasir standartlar səviyyəsinə çatdırılmasını, komputerləşdirilmiş
kitabxana infrastrukturunun yaradılması, kitabxanaların yeni informasiya
texnologiyaları ilə təchiz edilməsi və s. bu kimi bir çox problemlərin həllini
qarşıya qoydu.
Dostları ilə paylaş: |
|
|