Qərbi Kaspi Universitti,
Filologiya və Tərcümə fakültəsi, qrup 328
Hüseyzadə Bəsti
Elmi rəhbər: fi.ü.f.d. Ağazadə İlhamə
İNCƏSƏNƏTƏ BÖYÜK DƏYƏR
Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikasının hərtərəfli inkişafına, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsinə və yüksəlişinə öz töhvəsini vermişdir. O, Azərbaycanın müasir ölkə kimi qurulmasına və beynəlxalq aləmə inteqrasiyasına, müasir dünya arenasında millətimizin özünəlayiq yer tutmasına, dünya azərbaycanlılarının milli birliyinə, Azərbaycan diasporunun yaranmasına nail olmuşdur.
Heydər Əliyevin xalqı və vətəni qarşısında ən böyük xidmətlərindən biri də musiqi mədəniyyətini inkişaf etdirməkdən, yaşatmaqdan, tanıtmaqdan ibarət olmuşdur. Heydər Əliyevin zəngin irsinin, çoxillik siyasi fəaliyyətinin öyrənilməsi belə nəticəyə əsas verir ki, bu tarixi şəxsiyyətin zəngin siyasi fəalliyəti Azərbaycan musiqi mədəniyyəti və incəsənəti ilə sıx bağlı olmuşdur. Milli musiqi mədəniyyətinin davamlı inkişafı və onun istedadlı təmsilçilərinin həyat-yaradıcılığı həmişə Ümummilli Liderin diqqəti və qayğısı üzərindədi. Təbiətcə musiqi vurğunu olan.ş incə və həssas musiqi duyumuna, musiqi zövqünə malik olmuşdur. O, Azərbaycan və dünya musiqisinin bədii nümunələrini həvəslə dinləyirdi. Şəxsi və ailə həyatında da musiqidən ayrılmaz, musiqi və musiqiçilər haqqında peşəkar musiqçi və musiqi tənqidçisi kimi çox dəyərli və maraqlı rəy və fikirləri söyləyərdi. Beləliklə. Heydər Əliyev çoxillik zəngin siyasi və dövlətçilik fəaliyyəti ərzində Azərbaycan musiqi mədəniyyətinə dair özünün çox dəyərli, maraqlı irsini yaratmışdır. Bu irs XX-XXI əsr Azərbaycan musiqi mədəniyyətinin demək olar ki, yarım əsrlik dövrünü əhatə edərək, bu dövr ərzində Azərbaycan musiqisinin bütün sahələrini, məsələlərini, yeniliklərini və nailiyyətlərini özündə cəmləşdirir.
Heydər Əliyevin Azərbaycan incəsənətinə yüksək diqqət göstərməsi onun ağıllı və uzaqgörən siyasətçi olmasından irəli gəlirdi. “İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir” Heydər Əliyev bu fikrini həyata keçirərək, musiqi mədəniyyətinin tərəqqisi üçün ciddi və zəruri iqtisadi baza, güclü maddi-texniki simul yaradırdı. Ulu Öndər məhz həyata keçirdiyi inkişaf siyasətinin uğurlu nəticələri kimi tezliklə bütün respublikanı böyük bir tikinti, abadlaşdırma meydanına çevirdi, iqtisadiyyatın və sənayenin bir çox aparıcı sahələrinin qurulmasına və inkişafına imkanlar yaratdı. Bunun nəticəsində, respublikamızda çoxlu sayda yeni mədəniyyət qurumları, binaları tikilib istifadəyə verilirdi. Məsələn, hazırda Ulu Öndərin adını daşıyan Heydər Əliyev Sarayı, Ş.Məmmədova adına Opera Studiyası, Bakı Xoreqrafiya Məktəbi, Dövlət Mahnı Teatrı, Məktəblilər Sarayı, Yaşıl Teatr, Bakı ətrafı və respublika rayonlarında yeni mədəniyyət evləri, yeni uşaq musiqi və incəsənət məktəbləri, musiqi texnikumları, Naxçıvan MR- in və DQMV-in filarmoniyaları, Naxçıvanda musiqi texnikumu, müstəqillik dövründə Azərbaycan Dövlət Flarmoniyasının əsaslı təmiri və rekonstruksiyası, Naxçıvanda konservatoriyanın yaradılması fikirlərimizə konkret nümunə ola bilər.
Nəticə: Ulu Öndər Azərbaycan haqqında dünyadakı təsəvürlərin müsbət mənada dəyişməsina, Azərbaycan mədəniyyətinin şöhrətlənməsinə nail olaraq, Azərbaycan musiqisi dünyadakı layiqli yerini tutur. Bu gün tam qətiyyətlə və fəxarətlə demək olar ki, Azərbaycanın suveren dövlət kimi qazandığı tarixi nailiyətlərdən biri də məhz Azərbaycan musiqi incəsənətinin tarixi uğurları, yenilikləri, Azərbaycan musiqisinə dünyada diqqətin, marağın artması, onun şöhrətinin daha yüksəlməsidir.
ƏDƏBİYYAT SİYAHISI
Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında Azərbaycan Respublikasının fərmanı, “Azərbaycan” , 1926, 25 iyun
Heydər Əliyev. “Azərbaycan SSR”- Bakı, 1983
Heydər Əliyev “Bəstəkarların yüksək vəzifəsi və amalı”, 1979
“Mədəniyyət haqqında” AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı, - “Azərbaycan”, 1998, 18 aprel
Dostları ilə paylaş: |