Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından sonra hər IL olduğu kimi, Ulu Öndərin vəfatının onuncu ildönümü günü – dekabrın 12-də də pay- taxt sakinləri


MƏNSUR İlk azərbaycanlı alim-cərrah, akademik Mirəsədulla



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix02.01.2022
ölçüsü3,9 Mb.
#2378
1   2   3   4   5   6   7   8   9   ...   16
MƏNSUR

İlk azərbaycanlı alim-cərrah, akademik Mirəsədulla 

Mirqasımovun 130 illik yubileyi qeyd olunmuşdur

u

 Dekabrın 9-da Azərbaycan Tibb Univer-



sitetinin  Tədris  Cərrahiyyə  Klinikasının 

konfrans  salonunda  Azərbaycan  Milli 

Elmlər  Akademiyasının  (AMEA)  Biolo-

giya və Tibb Elmləri Bölməsinin (BTEB) 

fəaliyyətinin nəticələri müzakirə edildi. 

Tədbir  iştirakçıları  əvvəlcə  foyedə  BTEB-

in institutlarının ötən il qazandıqları uğurları 

əks etdirən sərgi ilə tanış oldular.

Biologiya və Tibb Elmləri Bölməsinin aka-

demik-katibi, Milli Məclisin deputatı Əhliman 

Əmiraslanov  iclası  açaraq  bildirdi  ki,  Bio-

logiya  və  Tibb  Elmləri  Bölməsinin  Səhiyyə 

Nazirliyinin,  Kənd  Təsərrüfatı  Nazirliyinin 

tabeliyində  olan  elmi  tədqiqat  institutları  ilə 

bir yerdə illik ümumi iclasını keçiririk. Bio-

logiya Bölməsinin Biologiya və  Tibb Elmləri 

Bölməsi  adlandırıldığı  iki  il  müddətində 

aparılan 

dəyişikliklər 

haqqında məlumat verən 

akademik-katib 

vur-


ğuladı  ki,  artıq  biolo-

giya  sahəsi  ilə  yanaşı, 

tibb  sahəsində  elmi-

tədqiqat işləri ilə məşğul 

olan  müəssisələrlə,  o 

cümlədən  Tibb  Uni-

versiteti, 

Həkimləri 

Təkmilləşdirmə İnstitutu 

və  digər  elmi-tədqiqat 

institutları  ilə  birgə  ça-

lışırıq.  Əvvəllər  biz  hər 

il  bölmələr,  bölmənin 

tərkibində  olan  insti-

tutlar  üzrə  hesabatları 

dinləyirdik.  Hesabatları  dinləyəndən  sonra 

bölmənin  akademik-katibi  rəyasət  heyətində 

bütövlükdə bölmənin tərkibində olan institut-

ların  hesabatını  verirdi.  Akademiyada  olan 

dəyişiklərdən,  reformalardan,  islahatlardan 

biri  də  ondan  ibarətdir  ki,  rəyasət  heyətində 

bölmələrin akademik-katiblərinin hesabatı ol-

mur. Yalnız ümumi yığıncaqda təkcə akade-

miya üzrə yox, ölkə üzrə bütün elmi hesabatı 

akademiyanın  prezidenti  və  baş  elmi  katibi 

verir.


Akademik  Əhliman  Əmiraslanovun  gi-

riş  nitqindən  sonra  Botanika  İnstitutunun 

direktoru,  biologiya  elmləri  doktoru  Validə 

Əlizadə,  Zoologiya  İnstitutunun  direktoru, 

biologiya elmləri doktoru, professor, AMEA-

nın  müxbir  üzvü  İlham  Ələkbərov,  Fizio-

logiya  İnstitutunun  elmi  işlər  üzrə  direktor 

müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq 

Qazıyev,  Mikrobiologiya  İnstitutunun  elmi 

işlər üzrə direktor müavini, biologiya elmləri 

doktoru, professor, AMEA-nın müxbir üzvü 

Pənah Muradov, Mərdəkan Dendrarisinin di-

rektoru, biologiya elmləri doktoru, professor, 

AMEA-nın  müxbir  üzvü  Tofiq  Məmmədov, 

Mərkəzi  Nəbatat  Bağının  elmi  işlər  üzrə  di-

rektor    müavini,  biologiya  üzrə  fəlsəfə  dok-

toru  Vahid  Fərzəliyev,  Travmatologiya  və 

Ortopediya İnstitutunun direktoru, professor 

Vaqif  Verdiyev,  Həkimləri  Təkmilləşdirmə 

İnstitutunun  elmi  işlər  üzrə  prorektoru,  tibb 

üzrə fəlsəfə doktoru Məmmədəli Meybəliyev, 

Elmi Cərrahiyyə Mərkəzinin direktoru, aka-

demik  Böyükkişi  Ağayev  və  Azərbaycan 

Tibb  Universitetinin  elmi  işlər  üzrə  prorek-

toru, professor İbrahim İsayevin  hesabatları 

dinlənildi. 

Bölməyə  daxil  olan  qurumların  illik 

fəaliyyətlərinə  dair  hesabatlara  münasibətini 

bildirən akademik Əhliman Əmiraslanov   bir 

il ərzində xeyli işlər görüldüyünü, ancaq əsas 

hədəfin daha yüksək nəticələr əldə etmək ol-

duğunu  söylədi:  “Bu  gün  elmin  qarşısında 



çox çətin və məsuliyyətli vəzifələr durur. Bü-

tün çıxışlarda, müzakirələrdə bir fikir səslənir 

ki, elmə ayrılan vəsait azdır. Biz bu məsələləri 

qabardanda  haqlı  olaraq  deyirlər  ki  ayrı-

lan  vəsaitin  müqabilində  gördüyünüz  işlər, 

aldığınız  nəticələr  o  qədər  də  qənaətbəxş 

deyil.  Əgər  doğrudan  da  dövlətdən  böyük 

vəsait  almaq  istəyiriksə,  köhnə  sistemlə, 

köhnə  qaydalarla  işləməkdən  əl  çəkməliyik. 

Etiraf  edək  ki,  alınan  nəticələr  müasir  döv-

rün  təlabatına  cavab  vermir.  Yalnız  keçmiş 

SSRİ-nin  tərkibində  olmuş  respublikaların 

bəzilərində qalan akademiyanın mövcud sis-

temi artıq dağılmaq üzrədir, bir çox ölkələrdə 

ləğv  edilibdir.  Qonşu  Rusiyada  sahə  akade-

miyaları böyük akademiyaya birləşdirilibdir. 

Burada  da  çox  ciddi  dəyişikliklər  aparılır. 

Bütün  sahələr  üzrə  vəsaitin  qoyulması  aza-

lır.  Dövlət  ayırdığı  vəsaitin  əsasında  yeni 

nəticələr gözləyir.   Bu baxımdan gördüyümüz 

işləri yüksək qiymətləndirə bilmərik. Hər dəfə 

yeni  avadanlıqların  alınması  barədə  məsələ 

qaldıran  institut  direktorları  eyni  nəticələri 

təkrarlayırlar. Təbii ki, imkan yarandıqca yeni 

avadanlıqlar da alınır, 10 il əvvəlki təchizatla 

bugünkü təchizat arasında çox böyük fərqlər 

var.  Təəssüf  ki,  alınan  avadanlıqlardan  da 

səmərəli istifadə olunmur. Bircə misal çəkim. 

Bölmənin elmi təşkilatlarının və Azərbaycan 

Tibb Universitetinin birgə qrantı ilə transmis-

sion elektron mikroskopu, ona köməkçi cihaz, 

avadanlıq  və  materiallar  alınıb.  O  mikros-

kopdan yalnız Azərbaycan Tibb Universiteti-

nin  əsasən  müəyyən  qurumları  istifadə  edir. 

Çox  yüksək  fəaliyyət 

tutumlu  bu  avadanlıq 

azı gündə 12, 16 saat 

işləməlidir.  Fransa-

dan 

mütəxəssislər 

gəlmişdi.  Azərbaycan 

Tibb  Universitetinin 

klinikalarında  quraş-

dırılan  avadanlıqlara 

baxıb  dedilər  ki,  bö-

yük  vəsaitlə  alınmış 

bu  avadanlıqlardan 

siz gərək gün ərzində 

24 

saat 

istifadə 

edəsiniz”. 

Ciddi  elmi  təd qi-

qatlara  kölgə  salmaq 

istəmədiyini  vurğu-

layan bölmənin akademik-katibi Azərbaycan 

üçün  aktual  olan  mövzuların  seçilməsi 

zərurətindən  danışdı.  Qeyd  etdi  ki,  əgər  bu 

istiqamətdə  islahatlar  aparılmasa,  akademi-

yanın  bəzi  institutlarının  perspektivlərini 

yaxşı  görmürəm.  Akademiyanın  institutla-

rında  ixtisarlar  aparılmalıdır.  Elə  institutlar 

var  ki,  bir  qrant  udmayıb.  İmpakt  faktoru 

olan jurnallarda dərc olunan məqalələrin 5-6 

il əvvəllə müqayisədə xeyli artdığını müsbət 

qiymətləndirən  Əhliman  Əmiraslanov  bəzi 

institutlarda bu göstəricinin hələ də aşağı ol-

masından təəssüfünü dilə gətirdi. Məqalələrə 

istinadların  da  əsas  göstəricilərdən  biri  ol-

duğunu  deyən  natiq    Botanika  İnstitutunda 

akademik  Cəlal  Əliyevin  rəhbərlik  etdiyi 

bölmənin adını çəkərək bildirdi ki, buradakı 

elmi-tədqiqat işlərinə minlərlə istinadlar var. 

Çıxışında  beynəlxalq  miqyaslı  patentlərin 

alınması,    elmi  nəticələrin  təcrübəyə  tət-

biqi  məsələlərinə  də  toxunan  akademik 

son  dövrlərdə  ayrı-ayrı  institutların  birgə 

tədqiqatlar  aparmalarının  təqdirəlayiq  oldu-

ğunu diqqətə çatdırdı.

Bölmənin hesabat yığıncağında AMEA-nın 

vitse-prezidenti, akademik Tofiq Nağıyev də 

iştirak edirdi.


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin